Son xəbərlər

Nazilənin oğlu qəzaya düşdü



Tanınmış şairə Nazilə Səfərlinin oğlu Nurlan qəzaya düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə şənbə günü Masazır yolunda baş verib. 

Nurlan “KİA” markalı avtomobili ilə idarəetməni itirərək başqa bir maşına çırpılıb. Qəza zamanı avtomobil yararsız hala düşüb, şairənin oğlu isə özəl xəstəxanalardan birinə yerləşdirilib. 

Hazırda N. Səfərlinin oğlunun vəziyyəti qənaətbəxş hesab edilir.
İyun ayının qeyri-iş günləri açıqlandı


Bu il iyun ayında ölkədə 5 gün qeyri-iş günü olacaq.

İyunun 5 və 6-sı Ramazan bayramı, 15-də Milli Qurtuluş Günü, 26-da isə Silahlı Qüvvələr Günü qeyd ediləcək.

Lakin Milli Qurtuluş Günü şənbə gününə təsadüf etdiyi üçün iyunun 17-si də iş olmayacaq.

Beləliklə, bazar günü də nəzərə alınarsa, ardıcıl olaraq iyunun 15,16, 17-si ölkədə qeyri-iş günüdür.
Azərbaycanda müəllim vəhşicəsinə döyüldü – ŞOK VİDEO (+18)



Cəlilabada müəllim döyülüb.

Sosial şəbəkəlrədə yayılan görüntülərdə iddia olunur ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.

İddia olunur ki, döyülən şəxs rayonun 3 nömrəli ümumi orta məktəbin 60 yaşlı Alim müəllimidir.

Məlumatda qeyd edilir ki, yaşlı kişi ərazidə yaşıyan qadına qarşı əxlaqsız edib.

DİQQƏT! VİDEODA SÖYÜŞ VƏ ŞİDDƏT VAR. (+18)

<iframe src='https://bax.tv/player/63657.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Bakının “Zara”da paltarlarını dəyişən qadınları videoya çəkirlər – Şok


Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.

Bu barədə Bakı sakini Xədicə Kərimova baku.ws-ə şikayətində bildirib.

Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən “Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.

“Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, – deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı “Zara” mağazası ilə əlaqə saxladıq. Məsələni bildirdik. Mağazadan cavab verdilər ki, bu barədə rəhbərliyə məlumat veriləcək. Lakin məsələyə açıqlama verilmədi.<iframe src='https://bax.tv/player/63665.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
İmtahanda zəif bal toplayan yeniyetmə özünü binadan atdı – Bakıda



Bakıda 17 yaşlı oğlan intihar edib.

Ölkə.az xəbər verir ki, Nəsimi rayonu, Moskva prospektində 2002-ci il təvəllüdlü S.Quliyev özünü yaşadığı bınanın 10-cu mərtəbəsindən ataraq intihar edib.

Sosial şəbəkədə yazılanlara əsasən, 17 yaşlı yeniyetmənin intiharına səbəb imtahanda zəif bal toplaması olub. O, intihar edəndə evdə heç kəs olmayıb.

Anası və bacısı isə intihar etdikdən sonra evə gəliblər.
 
Leysan yağacağı, dolu düşəcəyi gözlənilir


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 23-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 23-27, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-70, gündüz 45-55 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanda məktəblinin qatarın altında qalmasının dəhşətli TƏFƏRRÜATI


Bu gün Ağstafa rayonunda 10 yaşlı məktəblinin ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub.

Publika.az xəbər verir ki, Böyük Kəsik kəndində qatarın altında qalaraq ölən 10 yaşlı Elbrus Məmmədov saat 12:30 radələrində dərsdən çıxıb. Daha sonra evə yola düşən şagird stansiya ərazisindən dəmir yolu xəttinin əks tərəfinə keçmək üçün yük vaqonlarından ibarət qatarın altından keçməyə çalışıb. O, vaqonun altına daxil olarkən Qatar hərəkətə başlayıb. 10 yaşlı Elbrus vaqonun sonuncu təkərinin altında qalaraq hadisə yerində dünyasını dəyişib.

Bildirilir ki, vəfat edən şagirdin atası İlham Əhmədov hadisənin baş verdiyi dəmir yolu stansiyasında işləyir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.Əhmədov Böyük Kəsik kənd tam orta məktəbinin 4-cü sinif şagirdidir.
Rayondan gəlib bacanağının qohumu ilə cinsi əlaqəyə girdi, öldürüldü – Bakıda gecəyarısı şok olay



Bakıda intim münasibətdə olduğu qadının qohumunu bıçaqlamaqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Samir Səmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Samir Səmədov Sabirabad rayonunda anadan olsa da, Bakı şəhəri, Yasamal rayonunda evlərdən birində kirayə yaşayıb.

Bacanağının qohumu ilə intim münasibət

Evli olan iki uşaq atası Samir Səmədov paytaxtda tikinti sahələrində fəhləlik edib. Gündəlik əldə etdiyi qazancla ailəsini dolandırıb.

İstintaq sənədlərinə görə, Samir Səmədov paytaxtın Səbail rayonunda yaşayan baldızının əri Sahib Vəliyevin yaxın qohumu Lamiyə Əliyeva ilə görüşüb. Lamiyə ilə tez-tez görüşən Samir Səmədov bir neçə dəfə onunla intim əlaqədə olub.

Gecə yarısı küçələrində tutdu

Samir Səmədovun Lamiyə ilə intim münasibətindən Sahib Vəliyev xəbər tutub. Baldızının əri olan və ailəli olan Samir Səmədovun onun qohumunu ala bilməyəcəyini bilən Sahib Vəliyevə bu intim münasibət xoş gəlməyib.

Bu səbəbdən Sahib Vəliyev 2017-ci il avqustun 25-də, gecə saat 03.00-da Samir Səmədovu yaşadıqları küçədə tutub. O, Samir Səmədovdan burada nə etməsini soruşub.

Mübahisə və 5 bıçaq zərbəsi

Həmin vaxt Samir Səmədov da niyyətini gizlətməyib. O, Sahib Vəliyevə Lamiyə ilə intim münasibətdə olmağa gəldiyini deyib.

Əvvəlcə Sahib Vəliyev ona qohum olduqlarını, belə hərəkətin düzgün olmadığını söyləyib. Amma Samir Səmədov ona kobud cavab qaytarıb.

Buna görə də qohunmların arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir Səmədov üstündə gəzdiridiyi bıçaqla Sahib Vəliyevin qarın nahiyyəsinə 5 bıçaq zərbəsi vurub.

Sahib Vəliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

4 il 6 ay cəza, ümumi rejim

İstintaq orqanı tərəfindən Samir Səmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Samir Səmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm edilib.

Bu hökmdən narazı qalan Samir Səmədov apelyasiya şikayəti verib. O, barəsində azyaşlı uşağının olmasını, zərərçəkmişlə barışmasını yüngülləşdirici hal kimi qəbul edilməsini xahiş edib. Samir Səmədov barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.

Cəzadan 1 il 6 ay çıxıldı

Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrlik etdiyi kollegiyada Samir Səmədovun apelyasiya şikayəti araşdırılıb. Hakim heyəti Samir Səmədovun apelyasiya şikayətini qismən təmin edib və onun cəzasının 3 ilə qədər endirilməsi barədə qərar qəbul edib.

Bu qərardan narazı qalan Samir Səmədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Hafiz Nəsibovun sədrlik etdiyi kollegiyada kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib. Qərara görə, Samir Səmədovun kasasiya şikayəti təmin olunmayıb.
Azərbaycanlı məşhur dünyasını dəyişdi



Azərbaycanın elm ictimaiyyətinə ağır itki üz verib.

ONA xəbər verir ki, fəlsəfə elmləri doktoru, professor Oruc Abdullayev 66 yaşında vəfat edib. Oruc Abdullayev 1979-1983 cü illərdə Bakı Dövlət Universitetində aspiranturada təhsili alıb. 1983-cü ildə BDU-nun fəlsəfə üzrə ixtisaslaşmış elmi şurasında namizədlik dissertasiyası, 1994-cü ildə AMEA-nın Fəlsəfə İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək, fəlsəfə elmləri doktoru, 1996-cı ildə isə professor elmi adına layiq görülüb. 1988-ci ildən Azərbaycan Texnologiya Universitetində fəlsəfə və elmi kommunizm, fəlsəfə və politologiya, 2002-ci ildən fəlsəfə və tarix kafedrasının müdiri, 1996-cı ildən 2011-ci ilə kimi tərbiyə-humanitar məsələlər üzrə prorektor işləyib.

Göstərdiyi elmi fəaliyyətinə görə mərhumun adı Azərbaycan Milli Ensiklopediyasına salınıb.