Son xəbərlər

Piyadanı vurub qaçan AA seriyalı “Mercedes” tutuldu



Beyləqan rayon ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluqdan verilən məlumata görə, mayın 14-ü saat 05 radələrində Stansiya Mingəçevir-Mingəçevir-Bəhrəmtəpə yolunun Beyləqan rayonu ərazisindən keçən 137-ci kilometrində naməlum avtomobillə piyada Məhərrəm Məmmədov vurulub və aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Hadisənin Ağcəbədi rayon sakini Xəyal Sarıyevin idarə etdiyi “Mercedes Benz” 200 markalı 04-AA-132 dövlət qeydiyyat nişanlı avtomobillə törətməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

X.Sarıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Pirallahıda yanğın – Ölən var


Pirallahı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardı 10 m² sahədə yanıb.

Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Cəbhə ilə bağlı nazirliyin məlumatı



Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
“İntim şəkillərini göndər, yoxsa…” – Azərbaycanda qadına şok şantaj (Təfərrüat)


Azərbaycanda gənc qadını sosial şəbəkə vasitəsi ilə şantaj etməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Mahmud Mərdanovun (cinayət işindəki ad və soyadları şərti veririk – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Mahmud Mərdanov 2017-ci ilin sentyabrın əvvəlində mobil telefonunda “votsap”dan Səlimə Babayevaya mesaj yazıb.

Mahmud Mərdanov Səlimə Babayevaya özünü “Raul” adlı şəxs kimi təqdim edib, onunla tanış olub.

Daha sonra Səlimə Babayevanın profilində olan fotoşəkili mobil telefonuna köçürüb, onunla cinsi əlaqədə olmağı təklif edib. Ancaq rədd cavabı alıb. Bu səbəbdən o, Səlimə Babayevanın fotoşəkilini Feysbukda “Səlimə Babayeva” profilində yerləşdirib, onun əxlaqsız və fahişəliklə məşğul olması barədə elan verib.

Ardınca həmin elanı silmək üçün Səlimə Babayevadan sinəsinin və cinsiyyət üzvünün fotoşəkillərini tələb edib. Səlimə Babayeva elanın silinməsi üçün Mahmud Mərdanovun tələbini yerinə yetirib.

Həmin il sentyabrın 15-də Mahmud Mərdanov Feysbuk və digər sosial şəbəkələrdə Səlimə Babayeva haqqında rüsvayçı məlumatlar yaymaqla 100 manat pul tələb edib.

Səlimə Babayeva sentyabrın 17-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Mərkəzi Poçt Filialı vasitəsi ilə 100 manatı Sumqayıt şəhərində yerləşən Mərkəzi Poçt Filialının 11 saylı poçt şöbəsinə Mahmud Mərdanovun dayısı oğlunun adına göndərib. Mahmud Mərdanov dayısı oğlu vasitəsi ilə həmin pulu götürüb.

Ertəsi gün Mahmud Mərdanov Səlimə Babayevanı yenidən şantaj edib. O bu dəfə qadından 250 manat tələb edib.

Şantaj olunan Səlimə Babayeva sentyabrın 21-də Mərdəkan qəsəbəsindəki Mərkəzi Poçt Filialı vasitəsi ilə Mahmud Mərdanovun adına 242 manat göndərib. Mahmud Mərdanov həmin pulu Bərdə rayonunda yerləşən Mərkəzi Poçt Filialından götürüb.

Bundan başqa, Mahmud Mərdanov həmin ilin sentyabr-oktyabr aylarında “Feysbuk” və digər sosial şəbəkələr vasitəsilə Səlimə Babayevadan hədə-qorxu ilə sonuncunun özünə aid olan pornoqrafik-foto materialları əldə edib. O, həmin fotoları bayağı şəkildə ortaya çıxması, insanların qıcıqlandırılması, başqalarında ikrah hissi oyatması və qadına aid olan şəkilləri qeyri-etik formada təsvirini özündə əks etdirən 6 pornoqrafik şəkli sosial şəbəkədə qeyri-müəyyən şəxslərin dairəsində yayıb.

İstintaq orqanı tərəfindən Mahmud Mərdanovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə Mahmud Mərdanov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli olacaq.

Hökmdən narazı qalan Mahmud Mərdanov apelyasiya şikayəti verib. O, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsində hakim Çingiz Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şikayət təmin olunmayıb.

Qərardan da narazı qalan Mahmud Mərdanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayəti də təmin edilməyib.
Azərbaycanda vəzifəli şəxs vəfat etdi



Bir vaxtlar Azərbayvan Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış, III dərəcəli dövlət ədliyyə müşaviri Ağamməd İbişov vəfat edib.

Publika” xəbər verir ki, prokurorluq orqanlarından sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Katibliyinin rəisi vəzifəsini tutan A.İbişov ömrünün sonuna kimi Ədliyyə nazirliyi akademiyasının baş müəllimi kimi çalışıb. O, fəxri ədliyyə işçisi idi.

Qeyd edək ki, A.İbişov xəstəlik səbəbindən vəfat edib.
Tanınmış ginekoloq əməliyyatda öldü - “Medical Plaza”da növbəti faciə



Azərbaycanda əməliyyat zamanı daha bir xəstə ölümü baş verib. Bu dəfə əməliyyat masasından qalxa bilməyən şəxsin özü də həkimdir. 

Bakupost.az xəbər verir ki, "Baku Medical Plaza”da liposaksiya əməliyyatı keçirən, özü də həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişib. 

Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu əməliyyat edən həmkarı isə daha əvvəl də adı xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani olub. 

Məsələ ilə bağlı "Baku Medical Plaza”nın mətbuat xidmətindən xəbəri təkzib etməyiblər: "Həkimlə əlaqə saxlayıb, sizə məlumat verəcəyik”. Daha sonra zənglərə cavab verilməyib. 

Əməliyyatı icra edən Siruz Qoçxani ilə isə əlaqə saxlamaq mümkün olmayıb. Onun telefonunu götürən xanım, köməkçisi olduğunu deyib və həkimin əməliyyatda olduğunu bildirib.

Onu da bildirək ki, estetik-cərrah Sirus Qoçxani 2017-ci ilin iyun ayında 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi.

Son zamanlar bir çox gənc qız və qadınların üz tutduğu qarın piylərinin liposaksiyası əməliyyatı ölüm təhlükəsi yüksək olan əməliyyatlardandır. Qarındakı piylər çıxarılarkən piy qalığının venoz damarlara düşməsi emboliyaya səbəb olur.

Əldə etdiyimiz məlumata görə, Sona xanım Azərbaycanda öz sahəsi üzrə ən peşəkar kadrlardan hesab olunub. 

***

Medicina.az-ın məlumatına görə, S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanım həkimin əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Hazırda onun vəziyyətinin kritik olduğu bildirilir. Ailəyə yaxın olan şəxslərin sözlərinə görə, bu, Cəmil Gürgünün ikinci infarktıdır.

***

"Qafqazinfo" mövzu barədə Siruz Qoçxani ilə əlaqə saxlayıb. Həkimin köməkçisi yaxın günlərdə mətbuata açıqlama verəcəklərini qeyd edib: "Təxminən iki günə mərhum Sona Gürgün Vəliyevanın ailəsi ilə birgə açıqlama yayacağıq".
“Eks-sevgilisi Qənirəni hoteldə gözlədiyini dedi, bıçaqladım”



Bu il yanvarın 2-də Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda mübahisə etdiyi 24 yaşlı azərbaycanlı sevgilisi Qənirə Cabbarovanı taksidə 55 dəfə bıçaqlayaraq öldürən Halil Acar hakim qarşısına çıxıb.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, o, ifadəsində Cabbarova ilə hadisədən 4 ay öncə tanış olaraq sevgi münasibətləri qurduğunu bildirib:

“Kazinoda konsomatris (müştəriləri əyləndirən) kimi çalışırdı. Onunla orada tanış olduq, sevgili olduq. Ona maddi və mənəvi baxımdan dəstək oldum. Hadisə günü işlədiyi yerə getdim. Xeyli içki içdik. Keçmiş sevgililərindən söhbət açılanda mübahisə etdik, anası bizi barışdırdı. Yenə içməyə davam elədik. 

Daha sonra məkandan ayrılıb taksiyə mindik. Bu zaman keçmiş sevgililərindən biri Qənirəyə zəng edib onu hoteldə gözlədiyini dedi. Yenə mübahisə etməyə başladıq, bir-birimizi təhqir etdik, söydük. Özümü o anda itirdim və bıçaqlamağa başladım”.

24 yaşlı Acarın ağır şərtlərlə ömürlük həbs cəzasına məhkum edilməsi tələb edilir. Hakim ona müdafiəsi üçün vaxt verərək məhkəmə prosesini təxirə salıb.
“Eks-sevgilisi Qənirəni hoteldə gözlədiyini dedi, bıçaqladım”
“Eks-sevgilisi Qənirəni hoteldə gözlədiyini dedi, bıçaqladım”
Bakıda “Arsenal” və “Çelsi”nin azarkeşləri arasında dava olub, xəsarət alan var


Bakıda Avropa Liqasının final oyunundan əvvəl “Arsenal” və “Çelsi”nin bir qrup azarkeşi arasında dava olub.

“Report”un məlumatına görə, insident “Torqovı”dakı pivəxanaların birində baş verib.

Nəticədə “Arsenal”ın 54 yaşlı azarkeşi Grogery Kilroe döyülüb. Onun başına butulka ilə zərbə vurulub. Zərərçəkən 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda təşkil olunacaq final qarşılaşması saat 23:00-da başlanacaq.
Bakıda çoxmərtəbəli binada yanğın olub – Foto


Bakının Yasamal rayonunda yanğın baş verib.

ONA-nın xəbərinə görə, hadisə Qurban Xəlilov küçəsi 18 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində qeydə alınıb.

Bildirilir ki, yanğın Rauf Hüseynova məxsus 4 otaqlı mənzilin mətbəxində yaranıb. Həmin vaxt evdə heç kim olmayıb. Ev sahibləri kondisioneri və paltaryuyanı işlək vəziyyətdə qoyaraq getdiyindən cihazlarda qısaqapanma baş verib.

Bakıda çoxmərtəbəli binada yanğın olub – Foto


Hadisə yerinə FHN-in yanğınsöndürən texnikaları və təcili tibbi yardım briqadası cəlb olunub. 12-ci mərtəbədə qeydə alınmış yanğın qaldırıcı qurğuların köməkliyi ilə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb.
İki iraqlı turist Bakıda eyni qadınla sekslə məşğul oldu, sonra isə… – İşə polis qarışdı


Körfəz ölkələrindən Azərbaycana gələn kişi turistləri seksdən sonra polisə şikayətlə müraciət etməsi artıq geniş vüsət alıb.

Belə şikayətlərdən biri mayın 26-da Səbail rayonunun 41-ci Polis Bölməsinə daxil olub. Şikayət pul müqabilində intim xidmətlər göstərən qadından edilib.

Şikayətçilər mayın 25-də turist qismində bir həftə müddətinə Azərbaycana gəlmiş İraq vətəndaşları Qusey Casim Kərim və Sefa Hüseyn Kərimdir. Badamdar qəsəbəsində yerləşən xaricilər intim xidmətlər üçün dəvət etdikləri Şəms adlı qadının səhər 08:00-da evi tərk edən zaman onların iki mobil telefonunu, iki blok siqaretini, iki min dollar məbləğində pulunu oğurladığını iddia edir.

Hələlik əməliyyatçılar iraqlıları aldatmış qadını saxlaya bilməyib. Bu istiqamətdə hazırda işlər aparılır. Polislərin buna cəmi beş gün vaxtı qalıb. Əks təqdirdə turistlər vətənlərinə qayıdacaq və ədalətin bərqərar olmasını gözləri ilə görə bilməyəcək.

Bu arada, Səbail rayonunun 9-cu bölməsinə 27 yaşlı qadın müraciət edib. O, mayın 26-da səhər saatlarında Əliyarbəyov küçəsində BƏƏ vətəndaşının onu döydüyünü iddia edir. Ancaq şikayətçi ona əl qaldırmış şəxsin adını xatırlamır.

Bundan əvvəl Oxu.Az mayın 9-na keçən gecə “Crown Baku” hotelində Hindistan vətəndaşı, 29 yaşlı Hiteş Qoyal Rakeş Kumarın oğurluq qurbanı olduğunu xəbər vermişdi. Şikayət ərizəsinə əsasən, hindistanlının hotel nömrəsinə dəvət etdiyi zərif cinsin nümayəndəsi onun pul qabından min dollar pul oğurlamışdı.

Oxu.Az