Məhkəmə sisteminə gətirilən prosesləri siyasi materiala çevirmək, hakimlərimizi, prokurorlarımızı təzyiq altında saxlamaq, onları hədəfə almaq məsuliyyətsizliyin zirvəsidir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz hamımız məhkəmənin işini görməsinə dəstək olmalıyıq. Türkiyə məhkəməsi yalnız və yalnız türk milləti adından qərar verir. Türk milləti adına qərar verənlərə heç kim göstərişlər verə bilməz. Türkiyə məhkəməsi iyulun 15-nə keçən gecə qorxu divarlarını uçurub. Ədliyyə sistemimizi millətimizin tələblərinə uyğun olaraq daim yeniləyir, bloklanan nöqtələri açırıq”, - Ərdoğan bildirib.