Gürcüstan regionda sabitlik və sülhə sadiqdir.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hər iki tərəf üçün məqbul olacaq, sülh və sabitliyə nail olmağa imkan verəcək. Gürcüstan öz növbəsində bu istiqamətdə qonşuları ilə əməkdaşlığa hazırdır”, - o bildirib.
Eyni zamanda, nazir bəyan edib ki, bölgədəki təhlükəsizlik çağırışlarından danışarkən, Gürcüstanın regionlarını işğal edən Rusiyadan qaynaqlanan çağırışlar da nəzərə alınmalıdır.