AB-nin bir sıra üzv dövlətləri Ukraynadakı münaqişənin həlli ilə bağlı gələcək sazişin mətninə Rusiya qazının Avropaya tədarükünün bərpasını da təklif ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, təklif Almaniya, Macarıstan və digər ölkələrdən bir neçə rəsmi şəxs tərəfindən bəyənilib.
Onların fikrincə, Rusiyadan qaz tədarükü AB-də enerji qiymətlərini aşağı salacaq və hər iki tərəfə atəşkəs razılaşmasına əməl etməyə əsas verəcək.