Son xəbərlər

 

"Məlumdur ki, son iyirmi il ərzində Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi məsələsi dövlətin prioritet fəaliyyət istiqaməti kimi müəyyən etdiyi sahələrdən biridir.

Burada söhbət eyni zamanda həm daxili yolların, həm də beynəlxalq əhəmiyyətli yol infrastrukturunun yenilənməsindən gedir. Bu baxımdan cənab Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə müzakirə olunan məsələlər son dərəcə mühüm əhəmiyyət kəsb edir".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, müşavirədə çıxış edən dövlət başçısı görülən işlərin təhlili və qarşıda duran vəzifələrin icrası ilə bağlı önəmli fikirlər səsləndirib, açıqlamalar təqdim edib." İlk növbədə, Bakı şəhərinin və paytaxtın ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı məsələsi müzakirə olundu. Qeyd edək ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük nəqliyyat layihələri icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Əgər bu işlər görülməsəydi, bu gün paytaxtımızda nəqliyyat, ümumiyyətlə, iflic vəziyyətinə düşərdi. Eyni zamanda, son illər ərzində bütün ölkə üzrə bir çox mühüm nəqliyyat layihələri icra edilmişdir. Bu gün ölkəmizdə rahat və təhlükəsiz kənd yolları, müasir şəhərlərarası yollar və ən yüksək beynəlxalq standartlara cavab verən magistral yollar mövcuddur." 

K.Qafarov  ölkəmizdə dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi istiqamətində aparılan işlərin əhəmiyyətindən də bəhs edib: "Son illər ölkəmizdə dəmir yolu infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi istiqamətində də böyük işlər görülüb. Bu işlərdən danışarkən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası xüsusi qeyd olunmalıdır. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, bu layihənin reallaşmasına uzun müddət erməni diasporunun təzyiqi altında ABŞ hökuməti mane olurdu.  Bakı-Tbilisi-Qars dəmir yolunun inşası birbaşa Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Azərbaycan bu layihəni icra etmək istəyəndə Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Lakin cənab Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində bu məsələ də öz həllini tapdı. İlk növbədə, Gürcüstan bir neçə il davam edən danışıqların nəticəsi olaraq razılığa gəldi. Eyni zamanda, cənab Prezident  Amerika dövlətinin yüksək vəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə edərək onları inandıra bildi ki, onlar bu layihənin icrasına maneə törətməməlidirlər. Çünki bu strateji layihədən digər ölkələr, o cümlədən ABŞ-nın müttəfiqləri də faydalanacaqlar. Həyat özü göstərdi ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu mülahizəsində də tam haqlı idi və bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna,  eləcə də Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasına çox böyük maraq göstərirlər. Artıq bu gün müxtəlif ölkələrin yükləri Aralıq dənizi istiqamətinə, Avropaya, Türkiyəyə məhz bu yolla daşınır. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu, coğrafiyamızda son illər ərzində həyata keçirilən ən vacib layihələrdən biridir və bir çox ölkələr bundan sonra da bu yoldan faydalanacaqlar".

30 Yanvar 2025 Geri çağrılan "Lay's" çipsləri ölkəmizə də gətirilibmi?
30 Yanvar 2025 Azərbaycan-İsrail əlaqələri müzakirə edildi
30 Yanvar 2025 Türkiyənin Afrikaya ixracı rekord məbləğə qalxdı
30 Yanvar 2025 Fransa və Almaniyanın Azərbaycana qarşı “söyüş legionerləri”...
30 Yanvar 2025 "GTA VI"nın buraxılış tarixi internetə sızdı
30 Yanvar 2025 12 yaşlı məktəbli elektron siqaretdən öldü
30 Yanvar 2025 Azərbaycanda tanınmış ekspert həbs edildi
30 Yanvar 2025 Ukrayna torpaq, AB qaz hayında: mətnə əlavə edildi
30 Yanvar 2025 Trampın planı bəlli oldu: Türkiyəyə İsraillə bağlı şərt...
30 Yanvar 2025 Bakı və İrəvana yardıma hazırıq: İşğalçı Rusiya...
30 Yanvar 2025 Azərbaycan XİN ABŞ-a başsağlığı verdi
30 Yanvar 2025 Paşinyan Trampla şəkil çəkdirmək üçün... - KİV
30 Yanvar 2025 Novruzda 11 gün qeyri-iş günü olacaq: əlavə 2 gün də...
30 Yanvar 2025 Cənubi Qafqazda gərginliyi onlar qızışdırır – KTMT
30 Yanvar 2025 Əliyevdən Trampa: Bu xəbər bizi kədərləndirdi
30 Yanvar 2025 Quran yandıranlardan biri güllələndi
30 Yanvar 2025 Sülh yenə sual altına düşdü: İrəvanın məqsədi nədir?
30 Yanvar 2025 İndi top Rusiyanın meydanındadır - Stubb
30 Yanvar 2025 Kadırov niyə görünmür? - Nazir açıqladı
30 Yanvar 2025 Trampın Putinə sərt sözlərinə qapılmayın, səhərisi... - Kuleba
30 Yanvar 2025 Nazir getdi, nazirlik də ləğv olunur?
30 Yanvar 2025 Bağırov onların 3 aydır gecikən maaşını, nəhayət ki, verdi
29 Yanvar 2025 Kliçkodan Zelenskiyə: Ətrafınız siyasi intriqa ilə məşğuldur!
29 Yanvar 2025 Tramp bu ərazini ələ keçirmək istəyir, AB şokda... - KİV
29 Yanvar 2025 Qurbanov "Olimpiakos"la oyundan danışdı
29 Yanvar 2025 Ərdoğan Azərbaycan və Özbəkistanın bu nazirləri ilə də görüşdü
29 Yanvar 2025 Qəzzanın şimalına 400 min sakin qayıtdı
29 Yanvar 2025 Qiyamət günü saatı irəli çəkildi: Kremldən açıqlama
29 Yanvar 2025 Suriyanın yeni hökuməti Rusiyadan təzminat istədi
29 Yanvar 2025 Gürcüstanın başına bomba düşsə, Zurabişvili... - Matikaşvili