Havanın temperaturu yüksələcək – Proqnoz













Bakıda və Abşeron yarımadasında iyunun 11-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 11-12-də meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Xırdalanda dəhşətli qəza: maşın dilənçini əzib yolun ortasına atdı – VİDEO


İyunun 2-də Xırdalanda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

Sosial şəbəkədə paylaşılan görüntülərdə Masazır dairəsi deyilən ərazidə “Mercedes” markalı avtomobilin yol kənarında dayanmış şəxsi vurduğu, daha sonra isə işıq dirəyinə çırpıldığı əks olunub.

Zərbənin təsirindən həmin şəxs bir neçə metr kənara düşüb.

Hadisə nəticəsində yol kənarında dilənçiliklə məşğul olduğu deyilən şəxs ağır xəsarət alıb.

Həmin görüntüləri təqdim edirik:<iframe src='https://bax.tv/player/65293.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
“Ege” hospitalda xarici vətəndaş əməliyyat zamanı ölüb

Bakıda xarici vətəndaş cərrahiyyə əməliyyatı zamanı ölüb.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Ege” hospitalında qeydə alınıb.

Bu özəl klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycanda dəhşətli intihar – 14 yaşlı qız özünü asdı

Ağcabədi rayonunda yeniyetmə qız intihar edib.

Report xəbər verir ki, rayonun Qaradolaq kənd sakini 14 yaşlı A.Şirinova özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
“Dnepr Malış”ın həbsdən fotosu yayıldı



Ötən il həbs olunan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Haqverdi Yusifovun həbsxanadan fotosu yayılıb.

Kriminal aləmə daxil olan Yusifov bir müddət əvvəl “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovla şəkli ilə gündəmə gəlmişdi.

Qeyd edək ki, kriminal aləmdə “Dnepr Malış” kimi tanınan Haqverdi Yusifov “Lotu Quli”nin klanına daxildir. O, ötən ilin martında Ukraynanın Xarkov şəhərində yerləşən “Ağdam” restoranının qarşısında kalaşnikov avtomatından atəş açaraq bir Azərbaycan vətəndaşının ölümünə səbəb olan şəxslər arasında yer alıb. Haqverdi Yusifov hadisə yerindən qaçsa da, Moldova üzərindən Ukraynadan Türkiyəyə keçərkən saxlanılıb.“Dnepr Malış”ın həbsdən fotosu yayıldı
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 17 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Füzuli rayonunun işğal altında olan Kürdlər kəndi yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Abşeronda partlayış olub – Video


Abşeron rayonunda elektrik xəttində baş vermiş partlayış yanğına səbəb olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsinin üzümlük yaşayış massivində baş verib.

Elektrik xəttində qısaqapanma nəticəsində yaxınlıqdakı quru otluq ərazi yanmağa başlayıb. Havanın küləkli olması alovun əhatə dairəsini genişləndirib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hazırda alovun, yaxınlıqda olan yaşayış evlərinə keçməsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilir.
Hərbçimizin həlak olması ilə bağlı rəsmi münasibət


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həlak olan hərbi qulluqçu ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir:

“Bu gün Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları məhv etmək və bölgədə gərginliyi artırmağa xidmət edir.

Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir”.
İcra başçısının qardaşı xəstəxanada öldü


Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ağır itki üz verib.
Publika.az xəbər verir ki, icra başçısının qardaşı Nizami Məhərrəmov qəfil vəfat edib.

Bildirilir ki, Mahir Quliyevin qardaşı son vaxtlar ürəyindən şikayətlənirmiş. Bir neçə gün əvvəl həkim müayinəsindən keçən Nizami Məhərrəmovun əməliyyat edilməli olduğu bildirilib. Bakıdakı klinikalardan birində ürəyindən şuntlama – “anju” əməliyyatı keçirilən icra başçısınının qardaşının halı daha da pisləşib. Məlum olub ki, cərrahi əməliyyat zamanı N.Məhərrəmovun beyninə qan sızıb. O, xəstəxanada keçinib.
Uşaqları kim və niyə qaçırır – dəhşətli statistika



Dünya uşaq oğrularından və cinayətkarlardan dad döyür
Paytaxtın Sabunçu rayonunda qaraçılar tərəfindən qaçırılıb, diləndirilən 3 yaşlı Zəhranın hekayəsi son iki gündə cəmiyyətdə ən çox müzakirə yaradan mövzudur. Musavat.com xəbər verir ki, dünyada qaçırılan, itən, qaçırılaraq satılan, diləndirilən uşaqların sayı ildən-ilə artır. Ümumən dünyada hər il 2.5 milyon uşaq qaçırılaraq satılır və onların yarısının da qız uşağı olduğu təxmin edilir. Sənədlərə görə, hər il bu rəqəmlərdə artım özünü göstərir.

Hər il 1000-1500 Quatemalalı körpə övladlığa götürülmək adı ilə insan ticarətinin qurbanı olur. Avropa Birliyi ölkələrində təxminən 200-500 min arasında uşaq fahişənin olduğu təxmin edilir. Bunların üçdə ikisi Orta Avropa ölkələrindən gəlirlər.

Uşaqları kim və niyə qaçırır – dəhşətli statistika


Britaniyada 140 min itkin düşmüş uşaq var. Belçikada gündə beş uşaq itir.Təbii fəlakətlər, müharibə, daxili çatışma və terror zamanı da qaçırılan uşaqların sayı artır. Toqo, Mali, Burkina Faso və Qanada yaşayan uşaqlar Nigeriya, Fil Dişi Sahilləri, Kamerun və Qabona insan ticarətçiləri vasitəsilə aparılır.

SOSİAL AKTİV UŞAQ TEZ TAPILIR

Araşdırmalara görə, itkin düşdüyü bildirildikdən sonra tapılan uşaqların profilinə baxıldığı zaman bir detal diqqəti cəlb edib. Bu, onların sosial yöndən daha güclü olması ilə bağlıdır. Pozitiv həyat davranışlarının olması (idmanla məşğul olma, kitab oxuma, TV izləmə, qəzet oxuma, kompüterdə vaxt keçirmə) bu uşaqların tapılma ehtimalını artırır.

Uşağın internetlə tanış olması riskli və istismar ehtimalını artırsa da, tapılmasını da asanlaşdırır. Uşağın itdiyi tarixdə yanında cib telefonunun, kredit kartının olması da ip ucları yarada bilir.

ÖLDÜRÜLMƏ FAİZİ – QORXUNC STATİSTİKA!

Amerikada aparılan bir araşdırmaya görə, uşaq qaçıran məhkumlar orta yaş altında və 98 faiz kişilərdir. Həmin məhkumların çoxunun keçmişində ən azı iki həbsxana təcrübəsi mövcuddur. Statistikalara görə, daha öncə uşaq qaçıranların bu cinayəti yenidən təkrarlaması ehtimalları da çox yüksəkdir. Uşaq qaçıranların 20 faizinin bir cinayət ortağı olur. Xaricilər tərəfindən qaçırılan uşaqlar əsasən cinsi istismardan sonra öldürülür. Öldürmələr ilk 3 saatda baş tutur. Öldürmə faizi yüzdə 91-dir.

İtkin uşaqlar problem son illər dünyanın ən vacib problemlərindən biridir. Mərkəzi Belçikada olan Child Focus adlı təşkilat hər il bir neçə min itkin və istismar edilən uşaqların dosyesini araşdırır. Amerikada Beynəlxalq İtkin və İstismar Edilən Uşaqlar Mərkəzinin rəqəmlərinə görə, hələ də minlərlə itkin uşaq var. Amerikada orta illik hesabla 350.000 uşaq qaçırma olayı yaşanmaqdadır.