Bakıda zorlama hadisəsi baş verib.
News24.az-ın məılumatına görə, E.Karadeniz adlı qadın polisə cinsi təcavüzə mərus qalması barədə müraciət edib. O deyib ki, bir müddət əvvəl Uğur Kərimov adlı gənc oğlanla tanış olub. Səmimi münasibətin yaranmasından sonra onlar tez-tez görüşüblər. Görüşlərin birində evə gedərkən Uğur qapını arxadan bağlayaraq E.Karadenizi zorlayıb. O, xeyli müddət qapını açmayıb və cinsi təcavüz əməlini davam etdirib.
Məlumata görə, zorlanan qadın evi tərk edəndən sonra polisə məlumat verib. O, daha əvvəl Türkiyə vətəndaşı ilə evli olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.1-ci, yəni zorlama əməli maddəsi ilə iş açılıb.
Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının girişinə naməlum kişi meyiti atılıb.
Qafqazinfo xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin girişində “VAZ 21 07” markalı avtomobildə 20-30 yaş arası kişinin meyiti aşkarlanıb.
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.
“Mübariz Budaqlını 3 maşın təqib edib” iddiası var; cinayət işinin yeni detalları…
Binəqədi rayonunda odlu silahdan açılan atəşlə öldürülən Mübariz Budaqlı məşhur riyaziyyatçının oğludur. Ziyalı ailəsində anadan olan Mübariz Budaqlı 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib. Bundan sonra özəl sektora üz tutub. Sonradan işləri alınmayıb, şərikləri ilə arasında anlaşılmazlıq yaranıb, barəsində dələduzluq maddəsi ilə axtarış başlanıb. Mübariz Budaqlı bu haqda xaricdə olarkən xəbər tutub. Bilib ki, onu hətta İnterpol xətti ilə axtarışa veriblər. Bakıya qayıdaraq məsələnin araşdırılması üçün istintaqla əməkdaşlıq edib. Bu da sonradan cinayət işinin rayon məhkəməsində baxılmasına yol açıb. Barəsində yol verdiyi xətalara görə yüngül cəza kəsilib.
Onun öldürülməsi ilə nəticələnən hadisəyə gəlincə isə belə xəbərlər var ki, Mübariz Budaqlı dost dediyi şəxslərin qurduğu oyunlara qurban gedib. Ona Rusiyadan zəng edən dostlarından biri Tərtərdən olan və Bakıda yaşayan tanışları ilə barışmaq istədiyini bildirib. Mübariz Budaqlıdan xahiş edib ki, onları barışdırsın. Mübariz Budaqlı da tərəfləri barışdırmaq üçün Taleh Cəlalovu arayıb. Onu barış üçün Taleh Cəlalovun qapısına göndərən dostunun ikili oyun oynamasından məlumatsız olub. Belə ki, Mübariz Budaqlıya “bizi barışdır” deyən dostu Taleh Cəlalova “adam göndərirəm, gəlib sənin dərsini verəcək” deyibmiş. Mübariz Budaqlı məsələdən bixəbər olduğuna görə rahat şəkildə Taleh Cəlalovun qapısına gedib, o, evdə olmadığından geri qayıdıb.
Mübariz Budaqlı ilə Taleh Cəlalovun qohumluq əlaqələri də var. Qeyd olunur ki, Mübariz Budaqlı Taleh Cəlalovun qapısından geri qayıdanda ona zəng gəlib, yerini xəbər alıblar. Binəqədi ərazisində olduğunu deyən Mübariz Budaqlı ünvanına ağır söyüşlər eşidib. Qarşılıqlı söyüşmə olub. Bundan sonrası isə kriminal süjetli filmi xatırladır. Mübariz Budaqovun olduğu avtomobili Binəqədi rayonu ərazində təqib ediblər. İlkin məlumatlarda 1 avtomobildən söhbət getdiyi bildirilirdi. Belə xəbərlər var ki, Mübariz Budaqlının olduğu maşını təqib edən 1 yox, 3 avtomobil olub. Təqib edən “BMW”dən Mübariz Budaqlının olduğu “Mercedes”ə atəş açılıb. Sürücünün yanında oturan şəxs güllə yarasından ölüb, sürücü canını qurtarıb. Sonrakı araşdırmalar zamanı məlum olub ki, təqibçilərin sürücünü öldürmək niyyətləri olmayıb. Faktla bağlı ilkin olaraq Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb. İstintaqın qənaətinə görə, hadisə baş verən gün Tərtər rayon sakini Vüsal Hüseynovun idarə etdiyi “BMW-745″ markalı avtomobillə Bakı sakini Nazim Qədirovun idarə etdiyi ”Mercedes” markalı avtomobil təqib edilib. Bu zaman həmin avtomobilin sərnişini – Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Cəlalov odlu silahdan digər nəqliyyat vasitəsi istiqamətində atəş açıb. Olay zamanı əvvəllər məhkum olunmuş Mübariz Budaqlı qətlə yetirilib. Cinayəti törədən Taleh Cəlalov və Vüsal Hüseynov tutulublar. T.Cəlalovdan lüləsi kəsilmiş “İJ-16″ markalı tüfəng götürülüb.
Belə iddialar da var ki, Mübariz Budaqlı ilə T.Cəlalov arasında uzunmüddətli münaqişə olub. Ədavət 2011-ci ildə meydana gəlib. Belə ki, M.Budaqlı və digər 2 nəfər T.Cəlalovun bir ailə üzvü haqda şayiələr yayıb. Söz-söhbətləri eşidən T.Cəlalov digər iki nəfəri bıçaqlayıb və buna görə müəyyən müddət həbs cəzası çəkib. Hadisə baş verən gün isə T.Cəlalov M. Budaqli ilə avtomobil təmiri sexində təsadüfən rastlaşdığını bildirib. Onu avtomobili ilə təqib edib və məlum hadisəni törədib.
Cinayət işinin Bakı Şəhər Prokurorluğunda aparılması iş üzrə daha əhatəli əməliyyat-istintaq tədbirlərinin keçirilməsi zərurətinin ortada olduğunu deməyə əsas verir. Hazırda cinayətdə adı keçən hər kəsin müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər gerçəkləşdirilir.
Mərhumun ailəsinin vəkili Ceyhun Yusifov deyir ki, Mübariz Budaqlı kriminal olmayıb: “Bir çox qaranlıq məsələlərlə bağlı istintaqa məlumat verilib. Ümid edirik ki, obyektiv araşdırma aparılacaq. Mübariz Budaqlı ziyalı ailənin övladıdır. Onun adının kriminal kimi hallandırılması doğru deyil. Ailəsi baş verən faciənin sarsıntısının təsirindən çıxa bilməyib. İstintaqın obyektivliyinə inanırıq”.
musavat.com
Bakı şəhər Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarovun ailəsində faciə baş verib.
Minval.info publika.az-a istinadən xəbər verir ki, tanınmış hakimin azyaşlı nəvəsi Siyarə bədbəxt hadisə nəticəsində vəfat edib.
Belə ki, azyaşlı qız ailəsi ilə birgə istirahətdə olarkən nəzarətsiz qalması səbəbindən su hovusunda boğulub.
Qeyd edək ki, Ağamalı Qafarov Bakının tanınmış məhkəmə sədrlərindəndir. O, daha əvvəl Nəsimi Rayon Məhkəməsinə sədrlik edib.
Neftçala sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Astanlı kəndində baş verib.
Kənd sakini, 1990-cı il təvəllüdlü Fərzəliyev Şəhrizad Nail oğlu sağ bud nahiyəsindən aldığı güllə yarası ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralının dediyinə görə, o, Məhəbbət adlı şəxs tərəfindən güllələnib.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında baş vermiş güllələnmənin daha bir videosu yayılıb.
Minval.info Oxu.Az-a istinadən həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, cinayət rayonun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməklə törədilib.
Hadisə nəticəsində dörd nəfər ölüb, dörd nəfər yaralanıb.
E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.
Bir qədər əvvəl Babək prospektində şəhər mərkəzi istiqamətində yol nəqliyyat hadisəsi baş verib.
Minval.info xəbər verir ki, prospektlə yüksək sürətlə hərəkət edən maşın aşıb.
Qəza nəticəsində xəsarət alan var. Əraziyə təcili tibbi yardım və yol patrul xidməti maşınları cəlb olunub.
Yolun qismən bağlandığı səbəbindən hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilir.
Abşeronun Fatmayı kəndində bıçaqlanma hadisəsi baş verib.
Minval.info Report-a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Şiriyev Orxan Allahverən oğlu və 1987-ci il təvəllüdlü Əliyev Osman Mirzəbala oğlu öz həyətlərində naməlum şəxs tərəfindən bıçaqlanıblar
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O.Şiriyevə qarının kəsilmiş-deşilmiş yarası, O.Əliyevə isə döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki yaralı əməliyyat edilib.
Bildirilir ki, hər iki şəxs evlərinin həyətyanı sahəsində keçirilən toy mərasimində baş vermiş kütləvi dava zamanı bıçaqlanıblar.
İyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında baş verən cinayətin görüntülərini əldə olunub.
Minval.info baku.ws-ə istinadən videonu təqdim edir.
Qeyd edək ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri – Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elvin Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.
Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.
Ağır cinayəti törətməkdə şübhəli bilinən Elvin Süleymanova Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sözügedən hadisənin ağırlıq dərəcəsi və geniş rezonans doğurması nəzərə alınaraq, eyni zamanda, cinayətin hərətərəfli, tam və obyektiv araşdırılması məqsədilə respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin təcrübəli əməkdaşlarından ibarət qrup artıq Ağstafa rayonuna ezam olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.