“SOCAR PETROLEUM” QSC-nin vəzifəli əməkdaşı vəfat edib.

Publika.az xəbər verir ki, QSC-nin qurğu və avadanlıqların quraşdırılma, sazlama və təmiri üzrə energetika qrupunun rəhbəri Arif Ömərov dünyasını dəyişib.

Şirkətin kollektivi A.Ömərovun vəfatı ilə əlaqədar başsağlığı yayıb.

Bakı metrosunun işində nasazlıq yaranıb.

Oxu.Az-ın məlumatına görə, bu gün səhər saat 08:00 radələrində Bakı metrosunda qatarların hərəkətində texniki problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun məlumatına görə, hadisə metronun “Xalqlar Dostluğu” stanaiyasında baş verib:

“Həzi Aslanov” stansiyasından start götürən qatarda “Xalqlar dostluğu” stansiyasında texniki nasazlıq yaranıb. Nəticədə, sərnişinlər həmin stansiyada boşaldılıb. Qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb.

Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə interval yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.

Sumqayıtda toy məclislərinin birində kütləvi dava düşüb.

Minval.info APA-ya istinadla xəbər verir ki, toy məclislərinin birində mübahisə əlbəyaxa davaya çevrilib.

Belə ki, toy məclisində iştirak edən qız evinin qonşuları ilə qohumları arasında rəqs sifarişi üstündə yaranan mübahisə dava ilə nəticələnib. Davanın qızışdığını görən restoran rəhbərliyi polisə müraciət etmək məcburiyyətində qalıb. Tərəflər arasında yaranan dava polisin müdaxiləsi nəticəsində sakitləşdirilib.

Mübahisə tərəflərinə xəbərdarlıq edilib və bu kimi halların xoşagəlməz hal olduğu bildirilib.

Minval.info // Bu gün Ağstafada baş verən kütləvi qətlin təfərrüatları məlum olub.

APA-nın araşdırmasına görə, hadisə iki nəsil arasındakı qan davasından qaynaqlanıb.

Belə ki, 2006-cı ildə təsərrüfat torpaqlarında suvarma məsələsi ilə əlaqədar Musayevlər ailəsi ilə Süleymanovlar ailəsi arasında münaqişə yaranıb. Fermer təsərrüfatı ilə məşğul olan hər iki ailə həm Sadıqlı kəndində, həm də “Ceyrançöl” adlanan ərazidə qonşu olublar. Ailələr arasında dərinləşən münaqişə 2007-ci ildə 2 nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyinin 2 iyun 2007-ci ildə bununla bağlı yaydığı rəsmi məlumatda bildirilib: “Ağstafa rayonunun ərazisində “Ceyrançöl” adlanan ərazidə fermer təsərrüfatı ilə məşğul olanlar – rayonun Sadıqlı kənd sakinləri Şəmiddin Musayev, onun qardaşları Rüfət və Novruz, qonşuları Ramiz Süleymanov, onun qardaşı Rasim, əmisi oğlu Taleh, qohumları Eldar Mikayılov və qardaşı Kamilin arasında münaqişə baş verib. Bu zaman Rüfət ov tüfəngindən atəş açaraq Rasimi öldürüb, Talehə və Ramizə isə bıçaqla xəsarət yetirib. Xəsarətlə xəstəxanaya yerləşdirilən Ramiz orada vəfat edib, Talehin vəziyyəti isə ağırdır. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Şəmsəddin, Novruz və Rüfət Musayev qardaşları tutulub, onlardan bir ov tüfəngi və 1 ədəd bıçaq götürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır”.

Bu olaydan 12 il sonra bu gün – iyunun 17-də səhər saatlarında Ağstafa rayonunun Böyük Kəsik kəndində ailələr arasındakı münaqişə yenidən faciə ilə nəticələnib. Belə ki, mərhum Ramiz Süleymanovun 1994-cü il təvəllüdlü oğlu Elnur Süleymanov dəmir yolu stansiyası yaxınlığında az müddət əvvəl həbsxanadan çıxan Şəmiddin və Novruz Musayev qardaşlarını gözləyib. Onları qarşılamağa gələn anaları Şərqiyyə Musayeva oğlanları ilə birgə yaxınlıqdakı bazara girib. Bu zaman Elnur Süleymanov qisas almaq məqsədilə “Kalaşnikov” markalı avtomatla Musayevləri atəşə tutub. Gülləbaran zamanı Şərqiyyə, Novruz və Şəmiddin Musayevlərdən başqa, yaxınlıqda olan Ağgöl kənd sakini Zeynəb Cəlilova da odlu silahın hədəfinə tuş gələrək ölüb. 4 nəfəri qətlə yetirin E.Süleymanovun açdığı güllər daha 4 nəfəri də yaralayıb. Bunlar 1964-cü il təvəllüdlü Əhmədov Lilpar Baba oğlu, 1999-cu il təvəllüdlü Abdullayev İbrahim Rasim oğlu, 1951-ci il təvəllüdlü İsayev Nüsrət Məhəmməd oğlu və 1961-ci il təvəllüdlü Həsənov Rəsul Abbas oğludur.

Sadıqlı kəndindən aldığımız məlumata görə, hadisəni törədən Elnur Süleymanov atası öləndən sonra fermer təsərrüfatını daha da genişləndirib. O, sakit təbiətli, zəhmətkeş adam kimi xarakterizə olunur. Subaydır. Ailədə 2 qardaş, 2 bacıdırlar.

Ölən qardaşlar isə ailəli olublar. Qardaşlardan biri az müddət əvvəl, ötən ilin sonunda həbsxanadan çıxandan sonra ailə qurubmuş. Digər qardaşları Rüfət Musayev isə 2007-ci ildəki qətl hadisəsi ilə bağlı hələ də həbsxanadadır.

Ermənistan atəşkəsi pozmağa davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

This image has an empty alt attribute; its file name is news_20190616121709.jpgBu gün Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

"Ölkə.Az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-40% olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Şimal-qərb küləyi axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-19° isti, gündüz 20-25° isti təşkil edəcək.

İkinci dəfə xəstəxanaya gətirilən şəxs öldü

Qaxda ikinci dəfə xəstəxanaya gətirilən şəxs dünyasını dəyişib.

“Qafqazinfo” xəbbər verir ki, 1970-ci il təvəllüdlü Qax rayon Qaxbas sakini Anar Fazil oğlu Bayramov iyunun 15-də səhhəti ilə bağlıQax rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə daxil olub. Elə həmin gün axşam saatlarında isə öz istəyilə xəstəxananı tərk edin. Ötən gecə axşam saatlarında A.Bayramov yenidən təcili tibbi yardım şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya gətirilib. Xəstə xəstəxanya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Jurnalistin qızı və həyat yoldaşının intiharı ilə bağlı təfərrüatlar












Bu gün Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində ana və qızının özlərini yaşadıqları binanın 10-cu mərtəbəsindən atması hadisəsi ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb.

Publika.az-ın məlumatına görə, hadisədən bir neçə dəqiqə əvvəl “Respublika” qəzetinin baş redaktor müavini İsmayıl Abdullayev qızı ilə birgə alış-verişdən gəlib.

Bir neçə torbanı yaşadıqları evə qaldıran Xədicə Abdullayeva heç kimin gözləmədiyi halda qəfil özünü pəncərədən atıb. Qonşuların bildirdiyinə görə, hadisə vaxtı məhəllədə Hacı adı ilə tanınan jurnalist İsmayıl Abdullayev də evdə olub. Sakinlər hadisə yerində vəfat edən Xədicənin üstünü pərdə ilə örtmək istəyərkən onun anası Rübabə Abdullayevanın da özünü atdığını görüblər.

Qadın qızının yanında yerə düşərək hadisə yerində keçinib. Məlumata görə, intihar edən Xədicə Abdullayeva ailəli olub və 5 yaşlı qızı varmış. O bir müddət imiş ki, müalicə alırmış və bu məqsədlə Gürcüstanda və İsraildə xəstəxanalarda olub. Sinir xəstəliyindən əziyyət çəkən X.Abdullayeva bu günlərdə yeni müalicə kursu götürübmüş. Onun anası Rübabə Abdullayevada isə son vaxtlar onkoloji xəstəlik aşkarlanıbmış. Xəstəlik səbəbindən qadında psixoloji sarsıntılar müşahidə edilirmiş. O, son vaxtlar əsasən rayonda olsa da, müalicəsi ilə əlaqədar Bakıya gəlibmiş.

Sakinlər onu da bildiriblər ki, İ.Abdullayev yaşadığı binada qızı və oğlu üçün ayrı-ayrı mənzillər alıb və onlar ayrılıqda yaşayıb. Vəfat edən ana və qızının dəfn mərasimi Goradildə keçiriləcək.

Qeyd edək ki, hadisə vaxtı X.Abdullayevanın həyat yoldaşı Bakıda olmayıb. Ona xəbər yolda, yəni paytaxta gələrkən verilib. Mərhumun 5 yaşlı qızı isə hadisə vaxtı bağçada olub.

Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.
Azərbaycanlı professor yıxıldı, beyninə qan sızdı — Vəziyyəti ağırdır














Görkəmli professor, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadə xəstəxanaya yerləşdirilib.
Professeron qızı Ayfər Nizaməddinqızı “Ölkə.Az”a bildirib ki, atası evdə əlil arabasından yıxılaraq başından çox ciddi zədə alıb. Bunun nəticəsində beyninə qan sızan professor Sumqayıt təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ağır xəsarət nəticəsində danışıq qabiliyyətini və yaddaşını itirən Şəmsizadə 3 gündən sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) yerləşdirilib.

Bir müddət sonra professorun nitqi düzəlib, yaddaşı normallaşıb. Hazırda onun vəziyyəti qənaətbəxş olsa da, hələ də ağır olaraq qalır.
Qeyd edək ki, şəkər xəstəliyindən əziyyət çəkən Nizaməddin Şəmsizadənin keçən il sol ayağı buddan amputasiya edilmişdi.

Bakıda həyat yoldaşını öldürməyə cəhd göstərmiş şəxsin barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Prokurorluğunda Rzayev Zaur Ağahüseyn oğlu barəsində Cinayət Məcəlləsinin 29.120.2.4-cü, yəni . xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, Hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Stil” gözəllik salonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu adı çəkilən gözəllik salonunda işləyən, keçmiş arvadı, 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızını bıçaqlayıb. A.Rzayeva çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z.Rzayev saxlanılıb.