Bakıda qətl hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.

Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb.

Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Bakıda ər arvadını güllələyib.

“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, R.Rüstəmov küçəsi mənzil 24-də baş verib.

Belə ki, həyat yoldaşı 1974-cü il təvəllüdlü Ağayeva Zəhra Əkbər qızına atəş açıb. Nəticədə qadın budundan və əlindən güllə yarası alıb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və reanimasiyaya yerləşdirilib.

22 yaşlı azərbaycanlının milyonluq saatı oğurlandıİspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistə hücum edilib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, hücum nəticəsində onun 1 milyon funt-sterlinq ( 2,167,600 AZN) dəyərində olan saatı oğurlanıb.

Gündüz vaxtı hücum edən şəxs azərbaycanlıya bir neçə zərbə endirib. Həmin vaxt 22 yaşlı gənc dostu ilə bir yerdə olub. Azərbaycanlı dərhal hadisə ilə bağlı polisə məlumat verib.

Qeyd edək ki, oğurlanan saat “Richard Mille” markasına aid “50-03 McLaren F1” modelidir. Bu modeldən dünyada cəmi 75 ədəddir və ən bahalı saatlar kateqoriyasına aiddir. Saatı fərqləndirən ən böyük özəllik isə çox yüngül çəkiyə sahib olmasıdır. Belə ki, “50-03 McLaren F1” cəmi 40 qramdır.

Türkiyənin Konya şəhərində dəhşətli hadisə yaşanıb.

Minval.info xəbər verir ki, 62 yaşlı Mazhar O. adlı şəxs namaz qılmaq üçün məscidə gələn universitet tələbəsi K.Y. adlı qızı zorla qucaqlayaraq öpdüyü üçün polis tərəfindən saxlanılıb. Belə ki, iddialara görə, gənc qız namaz qılmaq üçün məscidə gələrək qadınlar bölməsinə daxil olub. Qızın yanına gələrək “mənim əllərimi çox alim öpüb, sən də öp” deyən Mazhar rədd cavabı aldıqdan sonra K.Y.-dan nömrəsini istəyib. Daha sonra qızdan onun yanağını öpməsini istəyən kişi yenə rədd cavabı aldıqda isə onu zorla qucaqlayaraq öpüb.

K.Y. məsciddən çıxdıqdan sonra polis mərkəzinə gedərək şikayət edib. Məscidin təhlükəsizlik kamerasında görüntüləri izləyən polis əməkdaşları Mazhar O.-nu saxlayıb. O, verdiyi ifadədə “şeytana uydum” deyib.

Verilən məlumata görə, sözügedən şəxs bu gün məhkəməyə çıxarılacaq.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Minval.info”ya verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını bu ilin may ayında əkdiyini bildirib.

Tiflisdə güclü külək nəticəsində mərkəzi Rike parkında baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alan digər Koreya vətəndaşı ölüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, xəsarət alanlardan biri olan qadın ağır vəziyyətdə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Beləliklə, park ərazisində dəmir konstruksiya və daş parçalarının aşması nəticəsində ölənlərin sayı ikiyə çatıb. Hadisə yerində ölən kişi də Koreya vətəndaşı olub.

Bədbəxt hadisə nəticəsində xəsarət alan üçüncü şəxs isə ağır vəziyyətdə xəstəxanadadır.

Bakının Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, 42 yaşlı Balakişiyev Nəriman Yadigar oğlu 1-ci Mədən, korpus 8 ünvanında naməlum şəxs tərəfindən döyülüb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Bakıda piyada keçidində ağır qəza - Qadın nəvəsi ilə öldüSamux rayon Qarayeri qəsəbəsində qohumlar arasında dava baş verib.

Minval.İnfo BAKU.WS-ə verdiyi məlumata görə, dava zamanı tərəflərdən biri digərinin üzərindən NİVA markalı avtomobillə keçib.

18-yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədənin müəyyən hissələrinə sınıq diaqnozu qoyulub.

İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident də onlar arasında yaşanan mübahisədən sonra baş verib.

Hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux rayon Polis İdarəsində əməliyyat istintaq qrupu yaradılıb.

Faktla bağlı araşdırma apaılır.

Antarktidada yadplanetli gəmi qəzaya uğradıMəşhur ufoloq Skott Uorinq “Google Maps” xəritəsinin köməyi ilə Antarktidada yadplanetli gəminin qəzaya uğradığını öyrəndiyini bildirib.

 “Ölkə.Az” xəbər verir ki, ufoloqun iddiasına əsasən, yadplanetli gəmi Antarktidanın şimalındakı adada qəzaya düşüb. Qəzadan sonra gəmi 450 metr buzun üzərində sürüşüb.

Uorinqin fikrinə əsasən, UNO çox böyük sürətlə buza çırpıldığı üçün yadplanetlilərin öldüyünü düşünür. Gəminin başqa sivilizasiyaya aid olduğu barədə isə Uorinq əminliklə danışır. Ufoloq dəfələrlə Antarktidanın insanları müşahidə edən yadplanetlilərin bazası olduğundan bəhs edib.

Bəzi ekspertlərin fikrinə əsasən, fotodakı gəmi yox, Ameliya Erhartın təyyarəsidir. Ameliya ilk pilot qadındır və itkin düşüb. Bir çoxları qadının okeanda həlak olduğunu düşünür.

Bu günün havasıSabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

-“Ölkə.Az” Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 55-65 %, gündüz 30-35 % olacaq.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.