![]() |
![]() |
İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.
Bu barəd Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyir.
Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı bulvarında iki nəfər dənizə düşüb.
Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində iki nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Marağı oğlanın başına bəla olub
Rusiyanın qərbində yerləşən Pavlovs şəhərində dəhşətli hadisə baş verib. AYNA Rusiya mediasına istinadən xəbər verir ki, həyəcan həvaskarı olan 33 yaşlı rus köhnə zavaodların birində gəzişərkən müvazinətini itirib və zəhərli qətran dolu qazana düşüb.
Ölümlə üz-üzə qalan gənc ətrafdakı insanların köməkliyi ilə çətinliklə də olsa, qazanın içərisindən çıxarılıb. Onu əvvəlcə zavodun yaxınlığındakı yaşıllıq sahəyə aparıblar. Sonra isə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırıblar.
Dəhşətli ağrı içində qovrulan adamı həkimlər dərhal əməliyyata alıblar. Bədəninin hər yerini bürümüş qapqara zəhərli qətranı xüsusi neştər vasitəsilə təmizləyiblər.
Şəxsin vəziyyətinin stabil olduğu deyilir.
Rəsmi şəxslər bildiriblər ki, zavod işlək vəziyyətdə olmasa da, içindəki zəhərli maddələr tam təmizlənmədiyinə görə belə bir bədbəxt hadisə baş verib.
Azərbaycanda ailəli qadın subay oğlana qoşularaq evdən qaçıb.
Azvision.az xəbər verir ki, hadisə ötən gün İsmayıllı rayonunda baş verib.
Məlumata görə, 3 uşaq anası olan qadının başqa bir kişi ilə gizli eşq yaşadığından xəbər tutan əri onu atasının evinə göndərib.
Xəyanəti üzə çıxan qadın azyaşlı uşaqlarını evdə qoyaraq münasibətdə olduğu şəxsə qoşulub qaçıb.
Faktla bağlı polisə məlumat verilib. Araşdırma aparılır.
Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb.
Bu barədə hadisə şahidləri baku.ws-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.
Baş verən davanın videosunu redaksiyaya göndəriblər.
Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.
Həmin videonu təqdim edirik:<iframe src="https://baku.ws/video2/v.php?v=1267584" width="640" height="360"></iframe>
Hindistanın cənubunda maraqlı bir hadisə baş verib.
“Report” xəbər verir ki, pişik sahibinin həyatını xilas edib. Belə ki, pişik zəhərli kobranın sahibinə hücum etməsinin qarşısını alıb.
Hadisənin videosu lentə alınaraq YouTube-a yerləşdirilib. Evin sahibi Arun Çandru pişiklə ilanın mübarizəsinə böyük həyacanla tamaşa edib.
Ev sahibinin sözlərinə görə, həmin vaxt evdə uşaqlar da olub. Beləliklə, pişik nəyinki ev sahibinin hətta uşaqların da həyatını xilas etmiş olub.
Neftçalada 17 yaşlı oğlan intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Uzunbabalı kəndində qeydə alınıb.
2002-ci il təvəllüdlü Əzizov Samir Rahil oğlu yaşadıqları evin həyətindəki yarımtikilidə özünü asıb.
Qeyd edək ki, yeniyetmə orta məktəbdən bu il məzun olub, universitetə qəbul üçün sənədlərini təqdim edib. Lakin Samirin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.