Son xəbərlər

Bakıda küçədə yaşlı qadına qarşı Ä°YRƏNC HƏRƏKƏTGoranboy rayonunda 7 il əvvəl qətl törətməkdə təqsirli bilinən Aydın Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Minval.info “publika.az”a istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu ilin martın 29-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Goranboy rayonunda 2011-ci ildə baş verən ağır cinayətin üstü açılıb.

Həmin gün 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəxşəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.

Araşdırma zamanı məlum olub ki, Rəxşəndə Hüseynova 2011-ci ildə qardaşı – 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb.

Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən Aydın Hüseynov saxlanılıb.

Rəxşəndə Hüseynova ailəli olub. 2008-ci ildə boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadının həyat tərzi, dəfələrlə xarici ölkələrə getməsi qardaşları tərəfindən narazılıqla qarşılanıb.

Rəxşəndə Hüseynova həyat tərzi ilə bağlı qardaşının iradlara məhəl qoymayıb, nəticədə 2011-ci ildə Aydın Hüseynov onu boğaraq qətlə yetirib.

Rəxşəndə Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.

İstintaq orqanı tərəfindən Aydın Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Aydın Hüseynov törətdiyi əməli etiraf edib. O, ittiham üzrə özünü qismən təqsirli bilib.

Aydın Hüseynov bacısını yüngül həyat tərzi keçirməsi, tez-tez xarici ölkələrə özbaşına səfərlərə getməsinə iradını bildirib.

O, qeyd edib ki, bununla bağlı dəfələrlə bacısına iradını bildirib: “Sonuncu dəfə də bacımla mübahisəmiz oldu. O, xaricə getmək istəyirdi. Mən isə ona həyat tərzini dəyişməsini tələb etdim. Amma dediklərimə məhəl qoymadı. Bu səbəbdən onu öldürmək qərarına gəldim. Bacımı boğdum. Onun öldüyünə əmin olandan sonra meyitini basdırdım ki, cinayətin izi itsin”.

Növbəti proses iyulun 31-də davam edəcək.

Bakıda küçədə sürücülər arasında dava olub.

Trend bildirir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində “Bizim market”in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bakı metrosunda qatarda problem yaranıb, sərnişinlər boşaldılıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu gün səhər saatlarında “Dərnəgül” – “Həzi Aslanov” İstiqamətində hərəkətdə olan qatarda texniki problem yaşanıb:

“Hadisə ötən yay gətirilən yeni qatarlardan birində baş verib. İnşaatçılar stansiyasında dayanan qatarın qapılarından birində problem yaranıb. Təhlükəsizlik məqsədilə sərnişinlər boşaldılıb. Məlumata görə, sərnişinlərdən xəsarət alan olmayıb. Qatardakı problem aradan qaldırılıb və qatar yoluna davam edib. Yaranmış texniki nasazlıq səbəbindən qatarların intervalında 5-7 dəqiqə fasilə yaranıb”.

Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb.

Hadisə iyulun 10-da rayonun İsmətli kəndində baş verib.

27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənib və gecə saatlarında vəfat edib. Hazırda onun meyiti daxili müayinə olunması üçün ekspertizaya göndərilib.

Araşdırma aparılır.

Həyat yoldaşı hərbçi olan C.Əlizadənin başqa rayondan oraya gəlin köçdüyü bildirilir.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, xəstə axşam saatlarında xəstəxanaya kritik vəziyyətdə daxil olub. Yaxınlarının deməsinə görə qarpızdan zəhərlənib. 05:30 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq dünyasını dəyişib. Faktla əlaqədar rayon hüquq-mühafizə orqanları məlumatlandırılıb. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün, meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verməsinə mərhumun yaxınları qəti etirazlarını bildiriblər. Bu səbəbdən də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda hadisə ilə bağlı AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: “Hadisənin qida zəhərlənməsi olub-olmaması və baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat təqdim olunacaq”.

Bakı şəhərində azyaşlı qızlara qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Minval.info “ölkə.az”a istinadən xəbər verir ki, ictimai yerlərdə azyaşlı qızlara qarşı əxlaqsız seksual hərəkətlər edən 1961-ci il təvəllüdlü Nuşirəvan Məhərrəmov Xətai rayonunda ələ keçib.

Xətai polisi onu saxlayandan sonra N.Məhərrəmovun daha bir neçə rayonda eyni hərəkətləri etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Zuğulba çimərliyində xilasedicilər sərxoş halda olan şəxslər tərəfindən döyülüb.

“Report” xəbər verir ki, sərxoş olan bir neçə şəxs Buzovna qəsəbə sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Ramili və Mahmudov Hüseyni döyüblər.

Mehdiyev Ramil qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alan şəxs aidiyyatı həkimlərin nəzarətinə götürülüb.

Ötən gün Masallıda baş verən və 8 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası uzun müddət yaddaşlardan silinməyəcək.

“Qafqazinfo” xəbər verir ki, sözügedən qəza 3 ailənin faciəsi ilə sonlanıb.

Ölənlərdən 3-ü bacı-qardaşdır. Bunlar Qoşmalıan kənd sakinləri Gültac və Aytac Məmmədovalar, qardaşları Elgün Məmmədovdur. Adıçəkilən mərhumlar qəzaya düşən “Mersedes Benz Vito”nu idarə edən Nizami Mustafayevin qapıbir qonşuları olublar.

 

Faciə nəticəsində digər vəfat edənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu isə Xocadoy kənd sakinləri olublar. Əldə etdiyimiz məlumata görə, ata və oğulları yaxın günlərdə kənddə keçiriləcək toy mərasimində iştirak etmək üçün yola çıxmışdılar.

Qəzada yaralanan Tağıyeva Miranə isə Kərvəz kəndindədir. O, qəzadan yaralı qurtulsa da, 3 yaşlı övladı Rufullayev Ayxan Natiq oğlu hadisə yerində keçinib.

Hazırda Bakıda müalicə aldığı deyilən Minarənin qardaşı Tağıyev Əlizahir Atalı oğlu da qəza nəticəsində həlak olub. Kənd sakinləri onu Rəşad adı ilə tanıyıb. Yaxınlarının bildirdiyinə görə, o, yaxın vaxtlarda hərbi xidmətə gedəcəkdi.

“Mersedes Benz Vito”nun sürücüsü Nizami Mustafayevə gəlincə, kənd sakinlərinin verdiyi məlumata görə, o, mehriban biri olub. Uzun müddət idi ki, Bakı-Lerik və əks istiqamətdə sərnişindaşıma ilə məşğul olurmuş. Hazırda həbs edilən 35 yaşlı sürücünün 4 övladı var.

Azərbaycanlı rus məmurların üzərinə benzin tökdü

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı sahibkar saxlanılıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Cənub Sahil parkında kafeni sökmək istəyən məmurları benzinlə yandırmağa cəhddə ittiham olunur. Onun barəsində hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açılıb.

Məsələ burasındadır ki, Əmlaka Nəzarət Komitəsinin nümayəndələri icarəyə müqaviləsi olmadan çalışan kafeni sökmək üçün əraziyə gəliblər. Bu zaman kafeni işlədən Nürəddin adlı azərbaycanlı onlara hücum edərək məmurların üzərinə benzin töküb.

10 ildən artıqdır Sankt-Peterburqda yaşayan 28 yaşlı azərbaycanlı fermer təsərrüfatı ilə məşğuldur və halal məhsulların satışını həyata keçirir.

Qeyd edək ki, kafe 250 kv. metr sahəni əhatə edib. Məmurlar 47 stol və 188 stulun yerləşdiyi yay kafesini söküblər və münaqişə də məhz bu zaman başlayıb.

Əbülfəz Bünyatov azadlığa buraxıldıNardaran hadisələrinə görə həbs edilən Əbülfəz Bünyatov dünən azadlığa buraxılıb.

Minval.info-nun verdiyi xəbərə görə, Ə.Bünyatovun müraciətinə Nizami rayon Məhkəməsinin hakimi Rauf Əhmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsində baxıb.

Qərara əsasən, Ə.Bünyatov azad edilib. Bu barədə sosial mediada paylaşım edilib.

Xatırladaq ki, Ə.Bünyatov 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı güllə yarası alaraq iflic olub. 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə proseslərinə xərəkdə gətirilirdi və proses zamanı həkimin nəzarətində saxlanılırdı.

Hava niyə qeyri-sabit keçir? — AÇIQLAMA

"İyul ayının birinci ongünlüyü demək olar ki, qeyri sabit keçir, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çoxdur. Əgər keçən il iyul ayında rekord temperatur göstəriciləri qeydə alınırdısa, bu il temperatur iqlim normasına yaxındır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva son günlərdə müşahidə edilən hava şəraiti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, iyulun 9-u günün ikinci yarısından 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərə xırda dənəli dolu düşüb: "Ən çox düşən yağıntının miqdarı Xınalıq, Qrızda 35.0 mm (aylıq normanın 62%-i), Girdimançayda 29.4 mm, İsmayıllıda 21.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 20.0 mm (aylıq normanın 27%-i), Tərtərdə 19.0 mm (aylıq normanın 78%-i), Kişçayda (Şəki) 16.0 mm (aylıq normanın 12%-i), Qusarda 12.0 mm, Bərdədə 10.0 mm (aylıq normanın 41%-i), İvanovkada, Quba, Şahdağda 9.0 mm, Xaltan, Ağdamda 7.0 mm, Gədəbəydə 6.0 mm, Zərdab, Ordubadda 4.0 mm, Cəfərxan, Mərəzədə 3.0 mm, Ağsu, Sarıbaş (Qax), Göygöldə 2.0 mm, Ağdərədə (Ordubad), Oğuz, Zaqatala, Şəki, Xaçmaz, Yevlax, Göyçay, İmişli, Sabirabad, Qazıməmməd, Biləsuvar, Daşkəsəndə 0.0-1.0 mm olub.

Bu gün ərzində-10 iyulda ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim və arabir güclənən qərb küləyi əsəcək. Əksər mərkəzi Aran rayonlarında havanın minimal temperaturu 20-25 dərəcəyədək, maksimal temperatur isə 32-37 dərəcəyədək təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacaq.
Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini müəyyən edəcək.

Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir. Havanın temperaturu 30-35 dərəcə təşkil edəcək ki, bu da bu ayın iqlim normasına yaxındır.

Meteohəssas insanların nəzərinə: İyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər".