Bakı Nəqliyyat Agentliyi (BNA) müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.
Agentlikdən AZƏRTAC-a bu barədə açıqlama verilib.
Bildirilib ki, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməməli, həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etməlidirlər.
BNA sürücülərə tövsiyə edir ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.
Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Vətəndaşlardan hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin “141” Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur.
Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, 1985 – ci il təvəllüdlü Həsənov Aqil Arif oğlu yaşadığı fərdi yaşayış evində özünü asıb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. İntiharın səbəbləri bilinmir.
A.Həsənovun psixi problemlərinin olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb.
Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.
Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Beyləqanda 25 yaşlı qız intihar edib.
APA-nın məlumatına görə, rayonun II Şahsevən kənd sakini, 1994-cü il təvəllüdlü Nuranə Həsənova yaşadığı evdə özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onlar meyiti daxili və xarici müayinə olunması üçün Beyləqan MTE PA birliyinin zona mərkəzinə göndərib.
N.Həsənovanın intihar səbəbləri həlilik məlum deyib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Bakının Sabunçu rayonunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxsin Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Mütəllimzadə olduğu məlum olub.
Qəsəbə ərazisində yerləşən ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 400 kvadratmetr olan istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 630 kiloqram olan 550 ədəd çətənə kolu aşkar edilib.
C.Mütəllimzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Əlavə axtarış zamanı C.Mütəllimzadəyə məxsus istixanadan 2 kiloqram 400 qram qurudulmuş marixuana, elektron tərəzi və bir ədəd “BSM-121 Stranser” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı 14-cü Polis bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Üç il əvvəl baş tutan Aprel döyüşlərində qəhrəmanlıq göstərərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən, tank əleyhinə diviziyan komandiri, mayor Mirdamət Bağıyevin atası ilə dialoqu bir neçə gündür ki, sosial şəbəkədə müsbət mənada müzakirələrə səbəb olub.
Belə ki, döyüşlərin qızğın vaxtında M. Bağıyevin 77 yaşlı atası Sərəssan Bağıyev ona zəng vurur. Oğul isə atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir. Amma narahatlığı keçməyən ata təkrar zəng edir.
“Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: “Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırırsan?!”, – deyə vurğulayıb.
Qeyd edək ki, 33 yaşlı mayor M. Bağıyev Aprel döyüşlərində düşmənin 7 tankını, 1 PDM-ni şəxsi heyətlə dolu 3 hərbi maşını məhv edib. Bu zaman o qolundan yaralansa da, yaralı olduğunu 5 gün əsgərlərindən gizlədə bilib.
Xatırladaq ki, zabitimiz döyüşdə göstərdiyi şücaətə görə dövlət tərəfindən mükafatlandırılaraq rütbəsi artırılıb, bu ilin iyun ayında isə “İgidliyə görə” medalı ilə təltif edilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 16 dəfə pozub
Bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Cəvahirli, Mərzili, Füzuli rayonunun Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Astara şəhərində qadın telefonunun əlindən alınması barədə polisə yalan məlumat verib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, şəhər sakini K.Q Rayon Polis Şöbəsinə müraciət edərək Mərkəzi Poçtun yaxınlığında tanımadığı şəxsin onun əlindən “Samsung” markalı mobil telefonunu alaraq qaçdığını bildirib. Müəyyən edilib ki, K.Q-nın mobil telefonunu qeyri-rəsmi ər-arvad kimi yaşadığı İqrar Əliyev qısqandığı üçün künüllü şəkildə ondan alıb, lakin sonra geri qaytarmayıb.
Bununla da K.Q şikayət ərizəsində soyğunçuluq cinayəti barədə yalan məlumat verdiyi müəyyən edilib. İstintaq zamanı “Samsung” markalı mobil telefon aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda dəhşətli qətl törətmiş şəxslərdən biri Ali Məhkəməyə müraciət edib.
Minval.info News24.az-a istinadən bildirir ki, Cinayət Məcəlləsinin 120.2.1-ci, yəni, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə maddəsi ilə təqsirləndirilən və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən Zeynukov Samir Nərimanoviç Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsində çıxarılan hökmün dəyişdirilməsini xahiş edib. İş Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun icraatına verilib.
Qeyd edək ki, dəhşətli hadisəni törətmiş Dimitriy Razumniy 18 il və Samir Zenyukov isə 19 il müddətinə azadlıqdan məhrum edilib. Hadisə Səbail rayon Neftçilər prospektində yerləşən mənzildə baş verib.
Həmin mənzildə Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitriy Razumnıy ilə birgə yaşayıb.
Onlar qadın tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Qadını döyüb və sonra təcavüz ediblər. Qadın bu səbəbdən ölüb.
Dostlar birlikdə qadının meyitini evin eyvanından həyətə atıblar.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov vəfat edib.
Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov 29 iyun 1957-ci ildə anadan olub. O, 1995—1997 illərdə Türkmənistan Səhiyyə və Tibb Sənayesi Nazirliyinin Stomatologiya mərkəzinin müdiri vəzifəsində çalışıb. 1997-ci ildə isə ölkənin Səhiyyə və Tibb Sənayesi naziri təyin edilib. 2001-ci ildə isə Nazirlər Komitəsinin sədrinin müavini olub.
Türkmənistanın birinci Prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dövlət Şurasının qərarı ilə Prezidentin səlahiyyətlərini icra edib.
11 fevral 2007-ci il tarixində keçirilmiş prezident seçkilərində 89,23 faiz səslə qalib olub. O, 2017-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 97,69 faizinin səsini toplayaraq yenidən prezident seçilib.