Son xəbərlər

Saatlı rayonunda bıçaqlanma olub.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Seyidlər kəndində 1980-ci il təvəllüdlü yerli sakin Hüseynova Əsmət Niyam qızı bədəninin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra yaralı Cərrahiyyə şöbəsinə yerləşdirilib. Bıçaqlanma hadisəsinin necə və hansı şəraitdə baş verdiyi barədə məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanlı biznesmen Belarusdan deportasiya edilib.

Qaynarinfo xəbər verir ki, Belarus KİV-inin məlumatına görə, Qrodno şəhərində fəaliyyət göstərən şirkətin direktoru miqrasiya qaydalarını pozub. Həmin şəxs Qrodnoda qeydiyyatdan keçməsinə baxmayaraq Vitebskdə bizneslə məşğul olub.

İş adamı daha əvvəl də oxşar formada qayda pozuntusuna yol verdiyi üçün ölkədən deportasiya edilib və Belarusa girişinə 6 ay müddətinə qadağa qoyulub.

Bakının Nərimanov rayonunda 3 avtomobil toqquşub.

APA-nın məlumatına görə, Əsgərov İsmayıl Akif oğlu idarə etdiyi “Subaru” markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil arakəsməni aşaraq əks yola çıxıb. Bu zaman əks yolla hərəkətdə olan və Nizami Hüseynovun idarə etdiyi “Mercedes” və “Hyundai” markalı minik avtomobillərinə çırpılıb. Avtoqəza nəticəsində bir nəfər xəsarət alıb.

Hadisənin təfərrüatı araşdırılır.

Rusiyalı boksçu döyüş zamanı aldığı travmadan dünyasını dəyişibRusiyalı beynəlxalq dərəcəli idman ustası, boksçu Maksim Dadaşyev 28 yaşında dünyasını dəyişib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, onun xəstəxanada ürəyi dayanıb.

Belə ki, cümə günü Beynəlxalq Boks Federasiyasının super yüngül çəkidə kəməri uğrunda puerto-rikolu Sabriel Matiasla döyüşdən sonra Dadaşyevi təcili xəstəxanaya çatdırıblar. Onun beyninin sağ hissəsində qan sızması aşkar olunub. Ötən gün isə artıq boksçunun halı pisləşib və orada keçinib.

Xanımını binadan atmaqda suçlanan direktorun işçisi dindiriləcək – maşında marixuana olduğunu deyib
Bakıda baş verən dəhşətli qətl hadisəsinə görə məhkəmə iclası davam etdirilir.

Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin həyat yoldaşını yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq öldürməkdə təqsirləndirilən Ramiz Taxveli hakim önünə çıxarılıb. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Əvvəlcə onu qeyd edək ki, təqsirləndirilən R.Taxveli Müalicə Müəssisəsində müalicə alır. O, məhkəməyə əlil arabasında gətirilir və deyilənə görə, özünü idarə edə bilmir, psixoloji problemləri var. Bu gün baş tutan prosesdə də Ramiz Taxvelinin davranışlarını idarə edə bilmədiyi müşahidə edilib.

Amma istintaq Taxvelinin səhhətində heç bir problem olmadığı qənaətinə gəlib.

Zərərçəkmiş tərəf də bununla razılaşmır, Ramiz Taxvelinin bilərəkdən bu cür davrandığını deyir. Mərhumun anası Samirə Süleymanova Ramiz Taxvelinin davranışlarını şou adlandırıb.

Sonuncu məhkəmə iclasında R.Taxvelinin vəkili Qanqa İbrahimov vəsatətlə çıxış edib. Müdafiəçi məhkəmə iclasının gedişinin audio və video görüntülərlə lentə alınmasını istəyib. Vəkil işin daha şəffaf araşdırmasının təmin edilməsi üçün vəsatətinin təmin edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib və bildirilib ki, hər prosesdə protokol tərtib edilir.

Vəkil daha sonra Ramiz Taxvelinin işçisi olmuş Rəna Məmmədovanın şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

Vəkil Rəna Məmmədovanın Ramiz Taxvelinin avtomobilinə baxışda iştirak etdiyini və avtomobildən narkotik maddə – marixuana tapıldığı iddia edib. Bu səbəbdən vəkil həmin qadının dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

İttihamda yazılır ki, Taxveli ilk qızının epilepsiya xəstəsi olaraq doğulmasında mərhum arvadı Adelyanı daim günahkar bilib. Bu səbəbdən də onların arasında mütəmadi olaraq mübahisə olub. Sonuncu dəfə ötən il dekabrın 9-da axşam saat 22 radələrində marixuana qəbul edib. Adelyanı yuxudan oyadaraq döyüb, saçından tutub sürüyərək otaqları gəzdirib və uşaqları ilə vidalaşmağa məcbur edib.

İttihamda göstərilir ki, həmin vaxt yataqda olan xəstə qızı Aliyanı götürərək yerə çırparaq yuxudan oyadıb.

Səsə digər övladları da oyanıb. Uşaqlar atalarına yalvararaq analarını döyməməsini istəyib.

Taxveli arvadını sürüyərək balkona çıxarıb və balkondan aşağı atıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Xatırladaq ki, hadisə Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Əvvəlcə mərhumun intihar etdiyi deyilirdi. Lakin araşdırmalardan sonra hadisənin intihar yox, qətl hadisəsi olduğu üzə çıxmışdı.

Araşdırmalar zamanı o da məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb.

Bildirək ki, Ramiz Taxveli “Buta Palace”nin art direktoru olub.
Pənah Hüseynlə Tural Abbaslı “Qorotdel”ə çağırıldı
Qarabağ Komitəsinin iyulun 23-də mitinq keçirilməsi ilə bağlı təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn və Tural Abbaslı bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq onlara xəbərdarlıq edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir.

“Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası”nın keçmiş redaktoru Jalə Əsgərova şirkəti məhkəməyə verib.

Minval.info e-huquq.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsinə müraciət edən J.Əsgərova əmək kitabçasında qeydlərin edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan keçmiş redaktor apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, 2017-ci ilin əvvəlində ATV telekanalının redaktoru J.Əsgərova Qafqaz Universitetinin tələbələrinin, guya Odlar Yurdu Universitetinə keçmək istəməsi ilə bağlı hazırlanan sujetə görə işdən azad edilib.

Tələbələr isə onların fikirlərinin təhrif olunduğunu və konteksdən çıxarıldığını bildiriblər.

Telekanalın yaydığı məlumata əsasən, araşdırma nəticəsində belə bir halın olduğunu aşkarlayıb: “Yanlış və təhrif edilmiş informasiyanın istehsalını, yayılmasını prinsipial olaraq qebuledilməz hesab etdiyimiz üçün uyğun tədbirlər gördük. İctimaiyyətə bəyan edirik ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb. Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib, redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib”.

3 bölgədə qaz kəsildi

Bu gün səhər saat 09.00-dan axşam saat 18.00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, məqsəd aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır. Naftalan rayonunda isə bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17.00-dək bərpa olunacaq. Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09.00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.

Ukraynada yeni gizli həbsxanalar aşkarlandı

“Ukrayna Təhlükəsizlik Xidmətinin gizli həbsxanaları ölkə daxilində fəaliyyət göstərir”. “Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” ölkənin Daxili İşlər Nazirliyinin keçmiş məhkum və əməkdaşlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, qurumun gizli həbsxanaları Xarkov, Kramatorsk, Mariupol şəhərlərində, Donbassda təmas xətti boyunca və ölkənin digər şəhərlərində yerləşir.

Mənbələrin sözlərinə görə, gizli həbsxanalarda olan məhbuslar mədən ərazilərinə göndərilib. Həbsxanalardakı insanları mühitə uyğunlaşdırmaq üçün işgəncə veriblər.

Agentlik iddia edir ki, Ukrayna Təhlükəzilik Xidmətinin bəzi həbsxanaları indiyə qədər fəaliyyət göstərə bilər.

Bakının Nərimanov rayonunda 7 maşının toqquşması nəticəsində 5 nəfər yaralanıb.

Minval.info APA-ya istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan “Schacman” markalı yük maşını 2 ədəd “Mercedes”, “Volkswagen”, “Ravon”, “BMW” markalı maşınlara çırpılıb.

Hadisə nəticəsində bir ailənin 3 üzvü, “Volkswagen”-də olan 2 nəfər xanım xəsarət alıb.

Hadisə yerinə Təcili Tibbi Yardım və DYP əməkdaşları cəlb olunub. Qəzadan sonra ərazidə ciddi tıxac yaranıb.

İlkin məlumata görə, hadisəyə səbəb “Schacman” markalı yük maşınının sürücüsü olub.

Qəza nəticəsində “BMW” markalı minik maşınında yaralanan bir ailənin 3 üzvünün kimliyi bəlli olub.

“BMW”-nin sürücü 54 yaşlı Əhmədov Şirxan İlya oğlu qol və baş nahiyəsindən, onun həyat yoldaşı, 54 yaşlı Quliyeva Reyhan Gəray qızı və övladları 24 yaşlı İlyaszadə Mirvari Şirxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, tuneldən çıxan yük maşını yüksək sürətlə hərəkətdə olub.

Ziya Bünyadov prospektində baş vermiş son iki yol qəzası səbəbindən DYP əməkdaşları tərəfindən hazırda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə “Qələbə” dairəsi istiqamətindən Nərimanov rayonu ərazisinə gedən yoldakı tunelə giriş-çıxışa məhdudiyyət qoyulub.

Faktla bağlı araşdırma aparılır.