Ötən gün Nardaran çimərliyində batma təhlükəsilə üzləşən iki nəfər xilas edilib.
Dənizdə çimən baba və nəvəsi batmaq təhlükəsi ilə üzləşib.
Bu zaman əraziyə xilasedicilər cəlb olunub. Xilasedicilərin məharəti nəticəsində baba və nəvə xilas edilib.
Xilasedicilər Qeybəli Kərimov, Camal Əsgərov və Taleh Səgərzadə olublar. Xilasedicilər ümumilikdə 6 nəfərin həyatını xilas ediblər
Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin “Miq-29” təyyarəsi tapılıb.
Bunu “Qafqazinfo”ya açıqlamasında tanınmış politoluq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: “Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar”.
Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.
Bu barədə Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Müdafiə Nazirliyinin məlumat yaydığı məlum hadisə ilə əlaqədar, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.
Hadisə yeri müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcəkdir.
Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.
İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “Minval.info”ya-ə məlumat verilib.
İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.
Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.
Ötən gün Bakının Sabunçu rayonu ərazisində yerləşən Bilgəh çimərliyində yenə də insan ölümü ilə nəticələnən faciə baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, qeyri-çimərlik (nəzarətsiz) ərazidə bir nəfər batıb.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən sahildə aşkar olunub. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
Hadisə şahidlərinin baku.ws-ə verdikləri məlumata görə, ötən gün çimərlik ərazisində 2 nəfər boğulub, bir nəfər isə itkin düşüb.
Bundan başqa, 4 nəfər də boğulma təhlükəsilə üzləşib. Xilasedicilər onları son anda xilas edə biliblər.
Baş verən hadisələrin gürüntülərini təqdim edirik.
Bakıda oteldə qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Gülnarə Məmmədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Minval.info teleqraf.com-a istinadən xəbər verir ki, Gülnarə Məmmədova 2015-ci ilin avqustun əvvəllərində fahişəliklə məşğul olan Sevil Babayevanın Binəqədi rayonunda yerləşən “İron” otelində şəxsiyyəti istintaqa məlum olmayan Azər adlı müştəri ilə cinsi əlaqədə olmasını təşkil edib.
Bunun müqabilində o, Azərdən fahişəliklə məşğul olan qadına verilməsi üçün 200 ABŞ dolları, özünə gəlir olaraq 100 ABŞ dolları alıb.
Gülnarə Məmmədovanın “Hyundai IX35″ markalı avtomobilinə Səməd Qasımov servis xidməti göstərib.
Bunun müqabilində Gülnarə Məmmədova Səməd Qasımovu fahişəliklə məşğul olan Tamara Vəliyeva ilə sonuncunun kirayə yaşadığı Nərimanov rayonunda yerləşən mənzilində görüşdürüb.
İstintaq orqanı tərəfindən Gülnarə Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Gülnarə Məmmədova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində heç kimi fahişəliyə məcbur etmədiyini deyib.
Zərərçəkmiş şəxs qismində ifadə verən Tamara Vəliyevanın sözlərinə görə, Gülnarə Məmmədovanın təhriki ilə 2016-cı ilin sentyabrın sonlarında Osman və Turqay adlı şəxslərlə “Hyatt Recensy” otelinə gedib, həmin şəxslərin hər ikisi ilə cinsi əlaqədə olmağa məcbur olub:
“Daha sonra isə 2017-ci il martın sonlarında Gülnarənin avtomobilini təmənnasız təmir etmiş və bir dəfə də avtomobilinin yağını dəyişmiş Səməd adlı şəxslə Gülnarənin təhriki ilə cinsi əlaqədə olmuşam. Gülnarə məni inandırdı ki, Səmədlə cinsi əlaqədə ol, bununla da Səməd mənim də maddi ehtiyaclarımı ödəyəcək, həm də özü Səmədin qarşısında borclu qalmaz”.
Tamara Vəliyeva ilə intim əlaqədə olan Səməd cinayət işi üzrə şahid qismində ifadə verib. O bildirib ki, Gülnarənin avtomobilinin təmir və yağdəyişmə xərclərini ödəyib:
“Gülnarənin avtomobilini təmir etdirdikdən sonra mənə bir yolla bunun əvəzini çıxacağını bildirdi. Tamara mənimlə cinsi əlaqədə olmaq üçün təşkil etdiyi ilk qadın idi. Gülnarənin Tamaraya hədə-qorxu gəlməsindən məlumatım yoxdur. Lakin onu bilirdim ki, Tamara intim əlaqədə olmağa əvvəlcə razılaşmırdı, sonradan isə mənimlə cinsi əlaqədə olmağa razılıq verdi.
Tamaradan xoşum gəldiyi üçün sonuncuya əlavə olaraq 200 manat pul verəcəyimi bildirmişdim. Lakin həmin vaxt pulum olmadığına görə ona pul vermədən getdim”.
Cinayət işi üzrə ifadə verən digər zərərçəkmiş Sevil Babayeva bildirib ki, 2015-ci ilin avqustun əvvəllərində Gülnarə ilə Səbail rayonu “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşüb:
“Həmin vaxt biz birlikdə həmin ərazidə yerləşən restoranda Gülnarənin dostları Azər və Turalla birlikdə nahar etdik. Gülnarə təklikdə Azərin məni bəyəndiyini, mənimlə cinsi əlaqədə olmaq istədiyini və buna görə 300 ABŞ dolları verəcəyini bildirdi. Mən əvvəl razı olmadım. Lakin Gülnarə mənə özünün də Turalla cinsi əlaqədə olacağını dedi. Bundan sonra razılaşdım.
Həmin gecə Azər mənimlə cinsi əlaqədə oldu və masanın üzərinə 300 ABŞ dolları pul qoyaraq getdi. Gülnarə həmin pulu götürdü, 100 ABŞ dollarını özündə saxladı, 200 dollarını mənə verdi. Bildirdi ki, Azər onun tanışı olduğundan və Azərlə mənim cinsi əlaqədə olmağımı təşkil etdiyindən 100 ABŞ dollarını özünə götürür”.
Nərimanov rayon Məhkəməsinin hökmü ilə Gülnarə Məmmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasının əvvəli 2018-ci il oktyabrın 30-dan hesablanması barədə hökm elan edilib.
Hökmdən narazı qalan Gülnarə Məmmədova apelyasiya şikayəti verib. O, günahsız olduğunu, zərərçəkmişlərə hədə-qorxu gəlmədiyini, onların özləri könüllü müştərilərlə cinsi əlaqədə olduqlarını göstərib.
Gülnarə Məmmədova barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayətinə Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Gülnarə Məmmədovanın şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Gülnarə Məmmədova kasasiya şikayəti verib. O, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Gülnarə Məmmədovanın kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar açıqlanıb.
Gülnarə Məmmədovanın kasasiya şikayəti təmin olunmayıb.
Bakıda qətl hadisəsi törətməyə cəhd etməkdə təqsirli bilinən Maştağa qəsəbəsi sakini, 1977-ci il təvəllüdlü Elvin Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az “publika.az”a istinadan xəbər verir ki, Elvin Səlimov 2 iyun 2016-cı il tarixdə ailə münasibətlərinin pozulması zəminində arvadı Səmayə Səlimova uşaqları ilə birlikdə qardaşı Səlim Səmədovun evinə getməsindən sonra, onları evinə qaytarmaq üçün bir neçə dəfə arvadı və qaynına zəng vursa da, sonuncular onun telefon zənglərinə cavab verməyib.
İçki qəbul etdi, silaha əl atdı
O, iyunun 10-da atası Sahibin işdən çıxarılmasına da qaynı Səlim səbəb olduğunu ehtimal edib. Heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Səlimi öldürmək qərarına gəlib.
Elvin Səlimov həmin gün saat 22 radələrində mağazadan spirtli içki alıb.
İçki qəbul etdikdən sonra qanunsuz olaraq əldə etdiyi, Maştağa qəsəbəsi, dəmir yolu xəttinin yaxınlığında torpağa basdırdığı 8 ədəd patronu olan tapançanı götürüb.
Gecə yarısı evə girdi
Elvin Səlimov iyunun 10-dan 11-nə keçən gecə, saat 1 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qaynının yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsindəki evə gəlib.
O, fərdi yaşayış evinin həyətinə girərək, üzərindəki tapançanı atəşə hazırlıq vəziyyətinə gətirib.
Həmin vaxt həyətdə olan oğlu Samir evdə olan ailə üzvlərinə atasının gəldiyini xəbər verib. Sonra arvadı, qaynı və sonuncunun arvadı Lalə evdən həyətə çıxıb.
İçkili olan yeznəsini yola salmaq istədi
Bu zaman Səlim onun içkili vəziyyətdə olduğunu görüb. O, bacısının ərinin qolundan tutaraq gedib yatmasını, ayıq vəziyyətdə olarkən gəlməsini bildirib. Belə vəziyyətdə o, Elvini darvazadan çölə çıxarıb.
Elvin yenidən içəri keçmək istəyib, amma Səlim ona ayıldıqdan sonra gəlməsini məsləhət görüb, eyni zamanda ailə üzvlərinə tərəf çevrilərək onlara içəri keçmələrini tapşırıb.
Atəş açdı, qaynını yaraladı
Bu vaxt Elvin onun telefon zənglərinə cavab verilməməsini, həmçinin atasının işdən çıxarılmasını bəhanə edərək, Səlimin yaxın qohumları arvadı və bacısının gözləri qarşısında öldürmək istəyib.
Bu məqsədlə Elvin özündə olan silahlı qaynı Səlimə tuşlayıb və atəş açıb. Onun açdığı atəş nəticəsində Səlim ağır zərər vurmaya aid olan xəsarətlər alıb. Atəşin təsirindən Səlim arxaya gedərək darvazaya söykənib.
İki dəfə atəş açmağa cəhd etdi, qadın imkan vermədi
Daha sonra Elvin qaynına tərəf daha bir atəş açmaq istəsə də, güllə açılmayıb. O, silahı atəş vəziyyətinə gətirərək təkrar atəş açmaq istəsə də, yenə də güllə açılmayıb.
Həmin vaxt Lalə əli ilə Elvini itələyib, onun hərəkətlərinin qarşısını alaraq aktiv müqavimət göstərib, yenidən atəş açmasına mane olub. Ailə üzvləri Səlimi darvazadan içəri keçirib, qapını arxadan bağlayıblar.
Cinayətkar hadisə yerindən qaçdı, yaralı xəstəxanaya aparıldı
Bundan sonra Elvin yaxalanacağından ehtiyatlanaraq hadisə yerindən uzaqlaşıb. Səlim vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunub.
Polis və prokurorluq əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində cinayəti törədən Elvin Səlimov ertəsi gün həbs edilib.
İstintaq orqanı tərəfindən Elvin Səlimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmək), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
17 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Səlimovun barəsində 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Hökmdən narazı qalan Elvin Səlimov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Elvin Səlimovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti qərar elan edib. Qərara görə, Elvin Səlimovun şikayəti təmin olunmayıb.
Cəzadan 1 il çıxıldı
Bu qərardan narazı qalan Elvin Səlimov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərarı açıqlayıb.
Qərara görə, Elvin Səlimovun hökmdən Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi xaric edilib. Onun cəzası 16 ilə endirilib.
Xəzər rayonunda bir nəfər beş nəfər tərəfindən döyülüb.
APA xəbər verir ki, bu barədə məlumat Xəzər Rayon Polis İdarəsindən verilib.
Şüvəlan qəsəbəsində yerləşən “Mayak” istirahət mərkəzində müştəri 1989-cu il təvəllüdlü Rüstəm Mütəllimzadə iaşə obyektinin işçiləri tərəfindən naməlum səbəbdən döyüb.
Yaralı xəstəxanaya aparılıb.
Faktla bağıə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Rusiyanın Perm diyarında xanım məmur küçədə yatan “bomj”u ayağı ilə vuraraq, ərazidən uzaqlaşmasını tələb edib. “Qafqazinfo”nun məlumatına görə, həmin anı “AiF-Prikamye”nin jurnalisti görüntüləyib.
Qadının sözlərinə görə, evsiz-eşiksiz olan bu şəxsdən gələn qoxu “bütün qızları boğub, nəfəs almaq mümkün deyil”. Atdığı addıma daha bir səbəb kimi o, həmin binanın tarixi abidə olduğunu qeyd edib.
Xanım məmur bildirib ki, sosial məsələlər üzrə xidmətlər həmin “bomj”dan imtina edib.
Məsələ ilə bağlı mənbə Rusiya Daxili İşlər Nazirliyinin Perm diyarı üzrə baş idarəsinə müraciət edib. İdarədən bildiriblər ki, 6 nömrəli polis bölməsinin növbətçi hissəsinə daxil olan məlumata əsasən, həmin əraziyə post-patrul xidmətinin əməkdaşları yollanıb, lakin onlar orada heç kimi aşkar etməyib.
Rusiyanın Moskva şəhərində tanımadığı xanımı onunla tanışlığa cəhd edən digər iki oğlandan qorumaq istəyən paytaxt sakini Yuri Melnikov xəstəxanalıq olub. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “NTV” televiziyasının “ÇP” verilişi süjet hazırlayıb.
Belə ki, zərərçəkənin digər iki oğlana “bir az nəzakətli olun” deməsi ona baha başa gəlib. Hadisə şahidlərinin lentə aldığı görüntülərdən də açıq-aydın görünür ki, Yuriyə hücum edən şəxslərdən birinin əlində bıçaq olub. Dəfələrlə cəhd edən cinayətkar Melnikova soyuq silahla xəsarət yetirə bilməyib. Onlar onu vəhşicəsinə döyüb ərazidən uzaqlaşıblar. Yaralı ətrafdakı insanların köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.
Y. Melnikovun sağ olması xəbərinə qədər isə görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri onu artıq “basdırıb”. Belə ki, onlar onun həmin davadan sonra sağ qalacağına şübhə ediblər.