Son xəbərlər

Bakının mərkəzində adını döyərək oğurlayıblar.

Hadisə Bakının tam mərkəzində- Hilton otelinin yaxınlığında qeydə alınıb.

Belə ki, dövlət nömrə nişanı 10LP677 olan “VAZ 2107” markalı avtomobildən iki nəfər düşərək, bir qadını döyüb, maşına basıb aparıblar.

Məsələ ilə bağlı BakuPost Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıb.

BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib ki, artıq məsələ ilə bağlı məlumatlıdırlar: “Məsələdən xəbərdarıq., Hadisəni törədənlərin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək”.

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 75 nəfər olub. 

Səhiyyə Nazirliyindən “Minval.info”ya verilən məlumata görə, müraciət edənlərdən 16-sı qadın, 7-si uşaq, 52-si kişidir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım edilib.

Gecə saat iki üçün xəstəxanada 6 nəfər olub. Səhərə yaxın onlardan 4-ü buraxılıb. Hal hazırda xəstəxanada 2 nəfər qalıb.

Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş rejimdə işləyir.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Bakının Səbail rayonunda Azərbaycan Dövlət Filarmoniyasının yaxınlığında güclü külək nəticəsində qırılan ağacın budağı 20 yaşlı qadının üzərinə düşüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təcili tibbi yardım üçün çağırış saat 12.05-də daxil olub.

Xəstə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Onun vəziyyəti orta ağırdır.

Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınırÖtən gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə hərəkət edən elektrik qatarı Səngəçal stansiyasında birinci yola daxil olarkən, 12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edərək qonşu yolda dayanan yük vaqonlarının altından keçərək, qəfil qatarın qabağına çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya verilən məlumata görə, Lokomotiv briqadası dərhal qatarın dayanması üçün tormozlama aparsa da, uşaq qatarın ön hissəsinə toxunub və nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi briqadası çağrılıb. İlkin yardım göstəriləndən sonra uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hazırda uşağın vəziyyəti kafidir və həkim nəzarətindədir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları”nın əməkdaşları tərəfindən araşdırma aparılır.

Tovuzda kafe sahibi həmkəndlisini bıçaqlayıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü Məhərrəm Məmmədov həmkəndlisi 1990-cı il təvəllüdlü Asif İsmayılovu bıçaqlayıb.

Nəticədə A.İsmayılov ağır vəziyyətdə Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Qan itirən yaralı əməliyyat olunsa da, onun vəziyyəti ağır qiymətləndirilir.

İlkin məlumatlara görə, Asif İsmayılovun hadisəni törədən kafe sahibi Məhərrəm Məmmədova 20 manat pul borcu olub.

Mübahisə də məhz bu səbəbdən düşüb.

Nəticədə M.Məmmədov A.İsmayılova 4 bıçaq zərbəsi vurub.

Keçirilən əməliyyatla M.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb.

Sumqayıtda həkim baş həkimi bıçaqlayıb.

“Minval.info”nun məlumatına görə, hadisə 1-ci mikrorayon ərazisində yerləşən “Sum Modern Dental Clinic”də baş verib.

Belə ki, stomatoloji klinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında mübahisə yaranıb. Daha sonra İbrahimov baş həkimin otağına daxil olaraq onun qarın boşluğuna bir neçə bıçaq zərbəsi endirib.

Şahin Baxşəliyev xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan həkimin komada olduğu bildirilir.

P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.

935d485f0691f90

Nazirlik: “Avtomobilləri ağacların altında saxlamayın və çimərliyə getməyin!”
“Bu gün müşahidə olunan güclü küləklə bağlı avqustun 2-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti tərəfindən xəbərdarlıq edilmişdi. Bu proses gözlənilən idi”.

APA xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, bu gündən başlayaraq avqustun 8-dək ölkə ərazisində, xüsusən də Bakı və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, küləyin maksimal sürəti bu günə təsadüf edəcək: “Avqustun 5-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 23-28, yarımadanın bəzi ərazilərində isə 30-35 m/san-dək şiddətlənəcəyi proqnozlaşdırılırdı. Bu gün saat 11:00 olan məlumata görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeronda 26-28 m/san təşkil edir, açıq dənizdə dalğanın hündürlüyü açıq 2,5 metrdir. Lakin gün ərzində külək daha da güclənəcək və açıq dənizdə dalğanın hündürlüyü 6-8 metr arası olacaq. Ayın 6-7-də küləyin maksimal sürəti aşağı enəcək”.

Nazirlik rəsmisi küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. U. Tağıyeva insanlara tikinti aparılan yerlərdən bir qədər aralıda durmağı, avtomobilləri ağacların altında saxlamamağı və çimərliyə getməməyi məsləhət görüb.
Azərbaycanlı zəvvar Həcc ziyarətində öldü

Azərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib. 

Qafqaz Müsəlmanlar İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərhum 1950-ci il təvəllüdlü Bəhmən Şükürovdur. O, ziyarətdə Həcc əməllərini yerinə yetirən zaman ürək çatışmazlığından vəfat edib.

Ümumi qaydalara görə, zəvvarın Məkkədə dəfn olunacağı bildirilib.

Atəşkəs bu gecə də pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.

“Qafqazinfo” Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.