Bakıda güclü yağışlar səbəbindən yollarda bir sıra problemlər yaranıb.
Oxu.Az xəbər verir ki, yağış sularına qərq olan paytaxt yolları nəqliyyatın hərəkətini də çətinləşdirib.
Bir sıra ərazilərdə gölməçələr yaranıb ki, bu da piyadaların gedişinə maneə törədib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən günün ikinci yarısından yağışın kəsiləcəyi bildirilib.
Bakının Səbail rayonunda 44 yaşlı kişiyə qarşı soyğunçuluq törədilib.
APA xəbər verir ki, hadisə Mikayıl Hüseynov küçəsində baş verib.
Belə ki, iki nəfər naməlum şəxs Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Əfqan Tanrıverdiyevi hədələyib və boğmağa cəhd göstərib. Daha sonra onun çanta və mobil telefonunu əlindən alaraq qaçıblar.
Faktın təfərrüatları Səbail RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.
“Yağışın günün ikinci yarısında kəsiləcəyi gözlənilir”.
“Qafqazinfo”ya bu barədə məlumatı ETSN-in Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva verib. O bildirib ki, artıq sabahdan yağmursuz hava şəraiti bərqərar olacaq:
“Gözlənildiyi kimi, bu gün günün birinci yarısında Bakı və Abşeron bölgəsində yağış müşahidə olunur. Son illərdə bu proses avqust ayının 9-da 2009-cu ildə qeydə alınıb. Həmin gün 6 mm miqdarında yağış yağıb ki, bu da aylıq normanın 98%-ni təşkil edir. Son dəfə isə 2013-cü ilin avqustun 9-da 7 mm miqdarında yağış yağıb, bu da aylıq normaya bərabərdir. Avqust ayı üçün anomal sayılan hava şəraitidir, lakin bəzi illərdə belə proseslər müşahidə olunub.
Qısamüddətli prosesdir. Günün ikinci yarısında həmin bulud sistemi ölkə ərazisini, əsasən də Abşeron yarımadasını tərk edəcək. Onu da qeyd edim ki, yağışlı hava bütün ölkəni əhatə etmir. Yalnız respublikanın şimal və şərq rayonlarında, ən intensiz formada isə Abşeron yarımadasında müşahidə olunur”.
Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Minval.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 21 011”, “Daewoo Nexia” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Müzəffər İlqar oğlu Hüseynzadə, “Daewoo Nexia”nın sürücüsü 1983-cü il təvəllüdlü Qasımov Kamran Sakit oğlu və Mustafayeva Nailə Yolçu qızı dünyasını dəyişib.
Qəza nəticəsində Murtuzəliyeva Ayşən Əhməd qızı, Murtuzəliyeva Aysel Əhməd qızı və Murtuzəliyev Vüqar Vüsal oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, dünyasını dəyişən şəxslər toydan gəlirmiş.
Faktla bağlı araşdırma aparılır.
Bakıda 28 yaşlı gənc intihara cəhd edərək özünə xəsarət yetirib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu X.Məmmədov küçəsində qeydə alınıb.
28 yaşlı Ağaməmmədov Pünhan Malik oğlu öz yaşadığı ünvanda damarlarını doğrayıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona hər iki biləyin kəsilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb. İntihara cəhdin səbəbi hələ məlum deyil.
“Hamılıqla ümid edirik ki,sağ-salamat tapılsın”.
Bu sözləri BAKU.WS bölgə muxbirinə hazırda axtarışları aparılan pilotumuz Rəşad Atakişiyevin xalası oğlu Səbuhi Qılıncbəyli bildirib.
“Hazırda Bakıdayam və ailə üzvülərimizlə xoş xəbər gözləyirik. Bizdə olan son məlumata görə axtarışlar davam etdirilir. Başqa heç bir məlumatımız yoxdur”
S.Qılıncbəyli bəzi KİV-də pilotumuz R.Atakişiyevin tapılması ilə bağlı yayılan xəbərləri də əsassız adlandırıb.
Bildirək ki, iyulun 24 də saat 22-00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vaistəsi radarlardan itib.
Bir müddət öncə Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 11 ünvanında yerləşən “Leyla” şadlıq sarayının administratorunun toy sahiblərinə qarşı dələduzluq etməsi ilə bağlı xəbər dərc etmişdik.
Xəbərdə deyilirdi ki, şadlıq sarayının Akif adlı administratoru bu ilin iyun, iyul və avqust ayının əksər günləri üçün orada toy etmək istəyən 100-ə yaxın şəxsdən beh alaraq toy günü təyin edib. Daha sonra aldığı behləri götürərək qaçıb. Dələduzluqda ittiham edilən şəxs isə deyir ki, bu məlumatlar həqiqəti əks etdirmir.
Belə ki, pulları götürüb qaçmaqda ittiham olunan Akif adlı şəxs “Minval.İnfo” saytı ilə əlaqə saxlayaraq məlumatı təkzib edib: “Mənim 52 yaşım var. Xəbər yayılandan özümə gələ bilməmişəm. Bakının ən lüks restoranlarında çalışmışam. Bu sahədə çalışanlar məni yaxşı tanıyır. Haqqımda deyilənlərin hamısı yalandır. Birincisi mən heç yerə qaçmamışam, Bakıda, evimdəyəm. Bundan əlavə, əgər iddia edildiyi kimi “Leyla” şadlıq sarayının 100-ə yaxın behini də vermiş müştərisi, yəni toyu var idisə, oranı niyə mərasim evi etdilər? Gəlir gətirən restoran bağlanarmı? Təbii ki, xeyr.
Məni sevməyən, düşmənlik edən kimlərsə bu yalan məlumatı ötürüb mətbuata. Ayıbdır, mənə bu hərəkət yaraşmaz. Mən bir nəfərin də pulunu götürüb qaçmamışam. Əgər belə şey olubsa məni polisə şikayət edə bilərlər”.
Qeyd edək ki, hadisə haqqında ilk məlumatı Report.az yayıb