Report" xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, rayonun Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində yerləşən "Vimay" klinikasının qarşısındakı ikimərtəbəli çay evinin ikinci mərtəbəsində 1997-ci təvəllüdlü Cövdət Abbasovla 1958-ci il təvəllüdlü Sabir Ələkbərov arasında mübahisə yaranıb. Mübahisə zəminində C.Abbasov S.Ələkbərovun baş nahiyəsinə çaydanla bir neçə zərbə endirib.
S.Ələkbərov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb. C.Abbasov şübhəli şəxs qismində saxlanılıb.
“Ölkə.Az” xəbər verir ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” proqramına zəng vuran Aynur adlı xanım, onun şəkillərinin üzərinə ingiliscə “Təhlükəlidir” yazılaraq “Whatsapp” vasitəsilə hər kəsə göndərildiyini bildirib:
“Sizin proqramda o şəkli görənə qədər o şəxsin azərbaycanlı olduğu barədə heç bir məlumatım yox idi. O şəkli görəndə mənə atılan eyni şəkil olduğunu gördüm. Onu burada silsilə qatil kimi qələmə verirlər. 7 ölümdə günahlandırılır. Şəkilin üstündəki məlumatda yazılıb ki, sonuncu dəfə uşaq öldürüb.
Nə dərəcədə dəqiq məlumatdır, deyə bilmərəm. Amma o adamın şəkli burada votsabda yayılır. Məktəblərdə uşaqlar məlumatlandırılır ki, tək gəzməsinlər. Valideynlər uşaqlarını məktəbə tək göndərməyə qorxur. Axırıncı dəfə bir azyaşlını öldürdüyünü deyirlər”.
Ukraynada yaşayan Aynur xanımın “Səni axtarıram” proqramına göndərdiyi foto monitorda nümayiş edilib. Şəkilin üzərinə rus dilində “Diqqət, Manyak” və ingilis dilində “Təhlükəlidir” sözləri yazılıb.
X.Hidayətqızının məlumatın dəqiqləşdirmək məqsədilə Ukraynada yaşayan azərbaycanlılara müraciət edib.
Qeyd edək ki, Əli Abdullayev yetərincə imkanlı ailənin övladıdır. O, “Altes Qrup” şirkətinin prezidenti Rüstəm Abdullayevin qardaşı oğludur.
Xatırladaq ki, 1997-ci il təvəllüdlü azərbaycanlı tələbə Cavid Hacıyev 2 oktyabrda Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Almaniyada səfərdə olan Cavid Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılıb. C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb. Meyiti yoxa çıxarmaq üçün bir çox üsullara əl atıb. (baku.ws)
Tələt Dadaşov barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verib.
Ali Məhkəməyə müraciət edən Tələt Dadaşov ona daha yüngül cəza çıxarılmasını istəyir.
Onun şikayəti ilə bağlı məhkəmə baxış iclası hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinə 2018-ci il martın 19-da Lənkəran şəhər-rayon Polis şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin 3 gün əvvəl – martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.
Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində M.Babayevin həmin gün Aşağı Nüvədi qəsəbəsində yaşayan T.Dadaşovun evində olarkən aralarında baş vermiş münaqişə zəminində sonuncu tərəfindən küt alətlə qətlə yetirilməsi, cəsədinin isə zirzəmidə basdırılması müəyyən edilib.
M.Babayevin meyiti eksqumasiya edilib.
Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub və barəsində həbs qətimkan tədbiri seçilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.
Baku.ws xəbər verir ki, Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov bir neçə gün əvvəl yaşadığı evdə təmir işlərinə yardım edərkən yıxılıb və bədən xəsarətləri alıb.
Onun ayağı iki yerdən sınıb və xəstəxana şəraitində müalicə olunub.
Rəşad Rüstəmov Ağcabədi rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub və əməliyyatdan sağ çıxmayıb.
Faktla bağlı araşdırma başladılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 22-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 24-29, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 17-18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.
Tanımadığı adama işə düzəlmə adı ilə pul verib. İndi nə işə düzəlir, nə də pulunu geri ala bilir.
"Ölkə.Az" xəbər verir ki, hadisə Xaçmaz rayon sakini Hikmət Qurbanovun başına gəlib. O, deyir ki, Bakıda təsədüfən tanış olduğu Eldəniz Əliyev adlı şəxs onaişə düzəltmək adı ilə təklif edib. Özünü bir qurumunəməkdaşı kimi təqdim edən Eldəniz ondan Bunun müqabilində pul istəyib.
Aralarında belə razılaşıblar ki, qalan 300 manatı isə işə düzələndən sonra alacaq. Avqus ayında pulu verən Hikmət sentyabrın 7 də işə getməli imiş. Eldəniz Əliyev Hikməti inandırmaq üçün özünün şəxsiyyət vəsiqəsinin surətini dəverib.
Hikmət Qurbanov aldadığını biləndən sonra aradan ay yarım keçməsinə baxmayaraq pulunu geri ala bilmir. Bir neçə dəfə həmin şəxsdən ''narahat olma pulunu qaytaracam'' mesajları da alıb. Lakin indi onu aldadan adamla əlaqə qura bilmir. Hikmət Qurbanov başına gələn hadisə ilə bağlı polisə məlumat verib
Bakıda Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən kriminal aləmdə “Astaralı Fuad” kimi tanınan Fuad Əsgərov, Samir Abdullayev (Ay qam) və Tofiq Qaranizadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Unikal.org xəbər verir ki, Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, hər üç şəxsin kassasiya şikayəti təmin edilməyib, hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.
Hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Samir Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaranizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulub.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaranizadə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti veriblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilədək, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilədək artırılıb.
Təqsirləndirilən Fuad Əsgərov və Tofiq Qaranizadə və Samir Abdullayev Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin bəziləri Lotu Qulinin, bəziləri isə Rövşən Lənkəranskinin tərəfdarıdır.
Tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov Rusiyanın Çelyabinsk vilayətində baş vermiş yol qəzasında ölüb.
Unikal.org Report-a istinadən xəbər verir ki, qəza Plast şəhərinin yaxınlığında baş verib.
"Ruslada" qənnadı şirkətinin sahibi olan Ə.Süleymanovun olduğu "Toyota Land Cruiser" markalı avtomobil xəndəyə yuvarlanıb və sonra aşıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Sükan arxasında olan təhlükəsizlik müəssisəsinin işçisi xəstəxanaya yerləşdirilib.
Polis iş adamının öldüyünü təsdiqləyib, qəzanın başvermə şəraiti araşdırılır.
Qeyd edək ki, Ə.Süleymanov 1960-cı ildə Azərbaycanda anadan olub, ötən əsrin 90-cı illərində Cənubi Urala köçüb və orada Ural və Sibirdə ən böyük şirniyyat istehsalçılarından və təchizatçılarından biri olan iri holdinqini təsis edib.