"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin iyul ayında Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Fövqaladə Hallar Nazirliyinin kiçik giziri 25 yaşlı İsrafilzadə İbrahim Məhbub oğlu işdən çıxarkən naməlum şəxs tərəfindən bıçaqlanıb.
Döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kənan Tağıyev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.
Unikal.org xəbər verir ki, nazirin bacısı dünyasını dəyişib. Mərhum dünən Bakıda dəfn olunub.
Allah rəhmət eləsin.
Yasamal rayonunda bədbəxt hadisə baş verib.
Səhiyyə Nazirliyindən “Minval.info”ya verilən məlumata görə, ağacın budaqları qırılaraq dayanacaqda gözləyən üç nəfər qadının üstünə tökülüb.
Yaralıları təcili tibbi yardım maşınları ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. Onlardan birinə kəllə-beyin travması, digər ikisinə isə onurğanın küt travması diaqnozu qoyulub. Bütün xəstələrə tibbi yardım göstərilib.
Onların bir neçə saata ambulator müalicə üçün evə buraxılacağı gözlənilir.
Fotolar: Bakupost.az
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Tahir Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmənin hökmü ilə T.Bağırov 19 il azadlıqdan məhrum edilib.
İttihama görə, bu il Sabunçu rayonu Nardaran qəsəbəsində bağ massivi, ev 242 ünvanında yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğlu anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
“Ölkə.Az” virtualaz.org-a istinadən bildirir ki, bu barədə EADaily xəbər yayıb.
Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib.
Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar.
Qeyd edək ki, bərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib. 2017-ci ilin avqustunda öldürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 24-26° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
12 oktyabrda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 20-23, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-16 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Ali Məhkəmədə 14 yaşlı qızının pornoqrafik videolarını çəkib sevgilisinə atmaqda təqsirləndirilən Ziyafət Bayramovanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Oxu.Az xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Bildirilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.
Ali Məhkəmə Z.Bayramovanın müraciətini təmin edib.
İttihama görə, evli olan Z.Bayramova onunla birgə ittiham edilən İsaməddin Hacatovla sevgili olub.
Məhkəmədə ifadə verən qadın bildirib ki, İsaməddin ona zəng edib, telefonda böyük qızının bədən quruluşundan xoşu gəldiyini deyib:
“Deyirdi ki, qızımı da onunla görüşə gətirim. Nigarın bakirəliyinə dəyməyəcəyini, qızla ancaq qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etdi. Mən buna qarşı çıxdım. Söylədim, belə şey edə bilmərəm. Daha sonra İsaməddin mənə Hövsan qəsəbəsində yaşayan bibim qızı və qardaşım arvadını onunla görüşə gətirməyimi və üçümüzlə birlikdə cinsi əlaqədə olmağı təklif elədi. Bunun da mümkünsüz olduğunu ona çatdırdım. 3 dəfə də balaca qızım Aytənlə (ad şərtidir) seksual xarakterli videolar çəkib ona göndərməyimi istədi. Bununla razılaşdım. Ərim və oğlum evdə yoxuydu. Böyük qızım Nigar isə hamamda idi. Aytənə öpüşməyi və bir-birimizi sığallamağı öyrətdim. Qızım bunları niyə etdiyimizi soruşanda video çəkib, baxıb siləcəyimi dedim. Aytən mən deyənləri elədi. Videonu çəkib İsaməddinə atdım”.
Z.Bayramova qeyd edib ki, neçə dəfə İsaməddinlə münasibətlərinə son qoymaq istəsə də, bundan qorxub:
“Dəfələrlə dedim, istəmirəm. Məni döyürdü. Axırda birtəhər ondan ayrıla bildim. Üstündən bir neçə ay keçdi, anam zəng elədi. Bildirdi ki, mənim və qızım Aytənin videoları yayılıb. Artıq utancımdan yaşaya bilmirdim. Kəsici alətlə sağ və sol qolumu kəsib intihara cəhd etdim. Lakin polislər gəlib həbs elədilər”.
Hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 150.3.3, 156.1, 242-ci maddələri ittiham verilib. İ.Hacatov barəsində keçirilən ekspertizanın rəyinə görə onda impotensiya aşkarlanmayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İ.Hacıyev 13 il, Z.Bayramova isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Daha sonra qadın kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Bərdə rayonunun Şirvanlı kəndində qədim dövrə dair küp tapılıb.
Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Şirvanlı kənd sakini Cavanşir Məmmədxanov yaşadığı evin həyətində su quyusu qazan zaman küp tapıb.
O, tapıntısı barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər. Nəticədə küpün içindən insan skeleti çıxıb.
Küpün və skeletin hansı dövrə aid olduğunu keçirilən tibbi ekspertiza müəyyənləşdirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə isə, Abşeron yarımadasında mülayim gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.