Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Bayramlı İkram Arif oğlu və onun yaşıdı Məmmədli Eldar Kərim oğlu dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza zamanı ölənlər Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası tələbələri olub. 19 yaşlı gənclər universitetin III kursunda təhsil alırmışlar.
Eldar Məmmədli Saatlı, İkram Bayramlı isə Tərtər rayonundan olub.
Elmar Əli
Qəzada həyatını itirən tələbələrin fotolarını təqdim edirik:
Trend məlumatına görə, hadisə yolun “Ekologiya postu” adlanan hissəsində, tunelin yanında baş verib.
Sumqayıt istiqamətində hərəkət edən maşın baryerin içinə girərək iki hissəyə bölünüb.
Qəzanın maşının yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi bildirilir.
Masallıda istirahət mərkəzində əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetamin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan artıq çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
APA TV xəbər verir ki, hadisə Pirsaat kəndi ərazisində qeydə alınıb.
Sürətlə hərəkətdə olan Bakı sakini, 1994-cü il təvəllüdlü İlkin Elşən oğlu Əliyevin idarə etdiyi "Toyota Camry" markalı 90 UU 111 dövlət nömrə nişanlı avtomobil idaretmədən çıxıb və təxminən 50 metrlik ayırıcı dəmir səddləri qıraraq aşıb.
Nəticədə avtomobildə olan sərnişin - Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, sürücü yüngül xəsarət alıb. Ölən gəncin meyiti Şirvan morquna yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ötən ay Daşkənd məhkəməsinin qərarı ilə azadlığa buraxılan azərbaycanlı biznesmen, “Gold Center” zərgərlik şirkətinin rəhbəri Əhməd Əliyev mətbuat konfransı keçirərək, bəzi sirli məqamlara aydınlıq gətirib.
Oxu.Az xəbər verir ki, 53 yaşlı iş adamı 2012-ci ildə bir qrup generalın hazırda ölkə prezidenti, o zaman isə Baş nazir olan Şavkat Mirziyoyevə qarşı sui-qəsd təşkil edildiyini açıqlayıb:
“2011-2012-ci ildə Özbəkistanda dövlət çevrilişi hazırlanırdı. Çevriliş o zamankı prezident İslam Kərimovu vəzifəsindən uzaqlaşdırmaqla yanaşı, həmin dövrdə Baş nazir olan Şavkat Mirziyoyevə qarşı sui-qəsd məqsədi ilə hazırlanmışdı. Bunun arxasında isə o zaman dövlət təhlükəsizlik xidmətinin rəhbəri general Şuxrat Qulyamov dayanmışdı”.
Qulyamov 2017-ci ildə ömürlük azadlıqdan məhrum edilib, ancaq onun nədə ittiham olunduğu açıqlanmayıb.
Ə.Əliyev çevriliş cəhdi ilə bağlı digər şəxslərin adını ictimaiyyətə açıqlamasa da, bununla bağlı hökuməti məlumatlandırdığını deyib.
Əliyev həbs olunmasının əsas səbəbi kimi onun bu məsələdən xəbərdar olmasını göstərib:
“Mənim həbsimin iqtisadi səbəbi isə Daşkənddə tikdirdiyim “Gold Center”i əlimdən almaq cəhdi idi. Ancaq bu, ikinci səbəb idi”.
Qeyd edək ki, Ə.Əliyev etnik azərbaycanlıdır, zərgərlik şirkətini 20 yaşında qurub. O, həyat yoldaşı və şirkətin doqquz əməkdaşı 2012-ci ildə həbs olunmuşdu. 2013-cü ildə Daşkənd məhkəməsi biznesmeni 20 il müddətinə azadlıqdan məhrum edib.
O, cinayətkar qruplaşma yaratmaqda ittiham edilsə də, biznesmen bu itttihamları qəbul etməyib. Şirkətin doqquz əməkdaşına da həbs cəzası verilib, ancaq iş adamının arvadı şərti cəza alıb.
2014-cü ildə Əliyev “Jaslık” həbsxanasında hökumət nümayəndələri ilə əlaqə quraraq, şəxsən Mirziyoyevə 2012-ci ildəki sui-qəsd planları ilə bağlı məlumatları çatdırıb.
2017-ci ildə Əliyev saxlanma şəraitindən şikayətçi olub.
2019-cu ilin sentyabrında işə yenidən baxan Daşkənd məhkəməsi Əliyevi azadlığa buraxıb.
Rəsmi Daşkənd hələlik azərbaycanlı biznesmenin bu fikirlərinə münasibət bildirməyib.
Tanınmış ekstrasens Nadim Alixanov Rusiyada güllələnib.
Məlumata görə, dünən 34 yaşını qeyd edən edən ekstrasens dostları ilə birlikdə Moskvada azərbaycanlılara məxsus restoranlarının birində toplaşıb.
Məclisin qızğın yerində Nadim və dəvətlilər qəflətən silahlı hücuma məruz qalıb. Nadim Əlixanov və bir rusiyalı qız ağır yaralanıb. Güllə Alixanovun boyun və çiyninə, qızın isə qarın boşluğuna dəyib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Məclisdə kriminal aləmin nümayəndələri olduğundan hadisənin qisas zəminində törədildiyi istisna olunmur.
Nadim Alixanovun qardaşı Nofiq Alixanov faktı BAKU.WS-ə təsdiqləyib. O, qardaşının hazırda reanimasiyada olduğunu bildirib.
“Cin və ruhla fala baxıram, qara magia ilə məşğulam, düşmənlərin ölməsi üçün cadu edirəm”.
Bu fikirlər “İnstaqram”da yer alır.
Ümumiyyətlə, son günlər bu cür elanlarla dolu fal və ya cadu səhifələrinə çox rast gəlmək mümkündür.
Səhifələrin hər birində fala baxan və ya cadu edən şəxslər bu işi nə ilə gördüklərini və hər bir işi üçün qiymətləri də qeyd ediblər.
Hətta bəzi səhifərələrdə cadunun edilməsi prosesi də aydın şəkildə göstərilir.
Hətta bu azmış kimi səhifələrin hər birində bu işi görənlər gördükləri işə zəmanat verdiklərini bildiriblər.
Onlar öz fəaliyyətlərini günün tələblərinə uyğunlaşdırmağı da yaddan çıxarmayıblar. Çünki ödənişi onlayn tələb edir, yalnız bundan sonra cadu etdiklərini müştərilərinə bildirirlər.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov isə bildirir ki, həmin şəxslər dələduzdurlar və məqsədləri insanları aldatmaqdır. Cadu deyilən bir anlayış yoxdur və bunu edənlər sadəcə insanları psixoloji olaraq buna inandırırlar.
Onun sözlərinə görə, belə insanlarla mübarizə aparmaq üçün Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə iş görürlər.
İdarə rəsmisi vətəndaşları bu dələduzlara qarşı ayıq olmağa və aldanıldıları təqdirdə dərhal müvafiq qurumlara müraciət etməyə çağırıb.
Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış»da bu gün mübahisəli məqamlar yaşanıb.
Minval.info xəbər verir ki, verilişə müraciət edən Ceyhun adlı Neftçala sakini birinci qrup əlil olduğunu və arvadı tərəfindən biabr olduğunu bildirib.
Qeyd edib ki, arvadı yaxın ailə dostu ilə ona xəyanət edib. Ən dəhşətli məqam isə qadının bunu ərindən rahat gizlətməsi olub. Ceyhun bəyin sözlərinə görə, bir gözünün görməməsi və digərinin zəif olmasından istifadə edən qadın bunu rahatlıqla gizlədib.
Bir gün evdə olan Ceyhun bəy qadınının biabrçı fotolarını və videolarını gizli işlətdiyi telefonu ortaya çıxardaraq tapıb. Ceyhunun efirə çxımaqda tək istəyi kənddə rahatçılıq tapmasıdır.
«Mən kənddə gəzə bilmirəm. Hamı arvadımın bu hərəkətindən danışır. O, çıxsın getsin kənddən. Ən pis isə ondan keçən ayda boşansam da hələ də mənim evimdə rahat qalır» – deyə Ceyhun bildirib.
Daha sonra qarşı tərəf də efirə qoşulub müəyyən arqumetləri ortaya qoyub.
Həmin anları sizə təqdim edirik:
Minval.info
APA məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədikləri bildirib və həmçinin qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib: "Nə istintaq dövründə nə də məhkəmədə müvəkkilim barəsində verilən ittihamlar öz təsdiqini tapmayıb. Bu səbəbdən Sevinc Abbasova badəsində bəraət hökmünün çıxarılmasını tələb edirik".
Daha sonra Sevinc Abbasova son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "25 ildir müəllim işləyirəm. Məktəbdə, universitetdə dərs demişəm. Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olunmuşam. 625 namizəd içində ilkin direktor təyin olunan 12 direktordan biriyəm. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləmə olub. İşimdə heç zaman səhlənkar olmamışam. İttihamların heç birini qəbul etmirəm".
Məhkəmədə hökm oxunub.
Hökmə əsasən, Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya yaşadığı evdən 23:00-dan 07:00-a qədər çıxmaq qadağan olunub və o elektron qolbaq taxacaq.
Mülki iddiadan 18 min 500 manat (maddi ziyana görə 8 min 500 manat, mənəvi zərərə görə 10 min manat) direktordan tutularaq Elinanın anasına ödəniləcək.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.
Hadisə rayonun Yalama kəndində qeydə alınıb.
Kənddə qazıntı işləri aparan kənd sakinləri üzləşdiyi mənzərədən dəhşətə gəlib. Boz rəngli, təxminən 1,5 metrdən uzun olan ilanabənzər buynuzlu vəhşi heyvanı görən şəxslər dərhal onu zərərsizləşdirib.
Öldürülən vəhşi sürünənin bədən hissəsi təhlükəli "Qafqaz gürzəsi"nə bənzəyir.