Son xəbərlər

Məşhur azərbaycanlı generala AĞIR İTKİ
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova ağır itki üz verib.

"Ölkə.Az" unikal.org-a istinadən xəbər verir ki, general-mayorun qardaşı Mirələsgər Seyidov dünyasını dəyişib. Mərhum Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dəfn edilib.

Allah rəhmət eləsin!

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Samur” gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Toyota Prado” markalı avtomobil saxlanılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə kinoloji xidmət itinin tətbiqi ilə baxış zamanı xidməti it avtomobilin ehtiyat təkərinə reaksiya verib.

Daha sonra həmin təkər rentgen qurğusunda yoxlanılıb. Nəticədə, təkərin içində gömrük nəzarətindən gizlədilmiş şəkildə 27 ədəd “iPhone” markalı müxtəlif modelli mobil telefonlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Sosial şəbəkələrdə Bakıda naməlum şəxslərin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.

“Minval.info” xəbər verir ki, videodan göründüyü kimi 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir, qadınları təhqir edir. O ana qədər ətrafda heç kim maddə təsirində olduğu düşünülən şəxsə toxunmur, bəlaya bulaşmaq istəmir.

Amma yarıçılpaq şəxs yoldan keçən bir xanımı da təhqir edib, ona hücum etməyə başladıqdan sonra ətrafdakı vətəndaşlar həmin şəxsə mane olub, onun qarşısını alıblar. Etdiyi davranışların cəzasını ətrafdakı vətəndaşlardan alan şəxsi indi qanuni cəza gözləyir.

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.

Sosial şəbəkələrdə Bakıda naməlum şəxslərin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb.

“Minval.info” xəbər verir ki, videodan göründüyü kimi 2 nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir, qadınları təhqir edir. O ana qədər ətrafda heç kim maddə təsirində olduğu düşünülən şəxsə toxunmur, bəlaya bulaşmaq istəmir.

Amma yarıçılpaq şəxs yoldan keçən bir xanımı da təhqir edib, ona hücum etməyə başladıqdan sonra ətrafdakı vətəndaşlar həmin şəxsə mane olub, onun qarşısını alıblar. Etdiyi davranışların cəzasını ətrafdakı vətəndaşlardan alan şəxsi indi qanuni cəza gözləyir.

“Sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlumatlıyıq, müvafiq rayon polis idarəsində araşdırma aparılır”.

Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsindən asılı olaraq buna hüquqi qiymət veriləcək.

 

Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda dəhşətli hadisəTopçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həyətində arvadının boğazını kəsən şəxs hakim qarşısına çıxarılıb. Məhkəmədə məlum olub ki, hadisə qısqanclıq zəminində törədilib. Prosesdə gərginlik də yaşanıb.

Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Faiq İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib.

Şahid Aytən Poladova hadisə baş verən Mərkəzdə qeydiyyatçı işlədiyini, mərhumun da onun iş yoldaşı olduğunu deyib. O, hadisəni görmədiyini, səs-küy eşidəndən sonra xəbər tutduğunu bildirib. Mərkəzdə işləyən digər qeydiyyatçılar və xəstəxananın digər əməkdaşları da şahid kimi dindirilən zaman hadisəni gördüklərini bildiriblər.

Məhkəmədə əsas şahid qismində Rəşad Rəsulov dindirilib. Belə ki, Rəşad Rəsulov mərhum Xavər İbrahimova ilə münasibətdə olubmuş.

Bunu Faiq İbrahimov da təsdiqləyib. Lakin Rəşad Rəsulov söyləyib ki, mərhumla yaxın, səmimi, dost münasibəti olub.

Sərbəst ifadəsində Rəşad Rəsulov deyib ki, mərhum Xavər İbrahimova ilə münasibəti atasını xəstəxanaya aparan zaman yaranıb.

Onun dediyinə görə, Xavər İbrahimova ilə dost olublar. Suallara cavab verən Rəsulov mərhumun ailə vəziyyəti haqda məlumatlı olduğunu deyib.

Bildirib ki, mərhum ona ailəli olduğunu, bir müddət əvvəl boşandığını deyib.

“Xavər xanım mənə dedi ki, yoldaşı onu tez-tez döyüb. Sonuncu dəfə də gəlib işlədiyi yerdə döyüb. Bundan sonra da ondan ayrılıb. Bizim səmimi münasibətimiz olub”, – deyə R.Rəsulov bildirib.

Təqsirləndirilən şəxs söz istəyərək deyib: “Xavər durduğu yerdə gəlib səni tapdı? Əlbəttə ki, Sən onu yoldan çıxardın. Bütün bunların baş verməsinin səbəbkarı sənsən”.

Məhkəmədə R.Rəsulova mərhumla aralarındakı münasibət haqda suallar verilib. Məlum olub ki, Rəsulov istintaqda mərhumla intim əlaqədə olduğunu deyib. Amma məhkəmədə bunları inkar edib və israrla bildirib ki, münasibətləri sadəcə dostluq olub.

Suallara cavab hadisənin baş verməsinin bəzi qaranlıq məqamlarını da açıb. Belə ki, məlum olub ki, mərhumla Rəsulov arasında Qubada da görüş olub. Hətta onlar Xavər İbrahimovanın doğum gününü qeyd edərək birlikdə hoteldə də qalıblar.

Bundan başqa isə Rəsulov mərhumun Bakıda yaşadığı mənzilə də gedib.

Bütün bunların izahı Rəsulovdan soruşulub. Rəsulovun cavabı belə olub:

“Mən onun evinə bir dəfə getmişəm. Onda da suları xarab olmuşdu. Düzəltmək üçün çağırdı. Evə gedəndən bir az sonra Faiq gəldi. Qapını döydü, səs-küy düşdü. Polislər gələndə Faiq də qapını qırdı. Sonra bizi polisə apardılar. İkimizdən də izahat alıb buraxdılar. Səhər Xavər mənə zəng elədi ki, Faiq onu zəng edib hədələyir. Mən də polisə məlumat verməsini dedim.

Qubada isə hoteldə qalmışıq. Onun doğum gününü qeyd elədik. Sonra da hoteldə qaldıq. Mən onunla heç bir münasibətdə olmamışam. Sadəcə dost idik”.

Rəsulovun dedikləri məhkəməyə inandırıcı gəlməyib. O, məhkəməyə bildirib ki, telefon yazışmaları da var.

Təqsirləndirilən Faiq İbrahimov ağır əməliyyat keçirdiyini, bu hadisədən sonra əsəblərinin gərginləşdiyini bildirib.

Əlavə edib ki, bu hadisənin baş verməsinə günahkar arvadı və Rəsulov olub.

“Düzdür, Xavərlə problemlərimiz var idi. O, son zamanlar ayrı evdə qalırdı. Amma biz boşanmamışdıq. Mən ondan niyə mənə xəyanət etdiyini soruşdum. Bu zaman aramızda mübahisə başladı. Özümü itirdim, əsəbləşib onu vurdum”, – deyə təqsirləndirilən şəxs qeyd edib.

Məhkəmənin sonunda şahid Rəsulovla Faiq İbrahimovun məhkəmə zalında olan dörd qardaşı arasında gərginlik yaşanıb. Məhkəmə icraçıları hadisənin böyüməsinin qarşısını alıb. Rəsulovun təhlükəsizliyi təmin edilərək məhkəmə binasından uzaqlaşdırılıb.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, Faiq İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə bu il iyunun 10-da baş verib.

41 yaşlı İbrahimova Xavər Arif qızı işlədiyi Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində qətlə yetirilib.

Qeydiyyatçı işləyən Xavər İbrahimova müəssisənin həyətində əri 38 yaşlı Abşeron rayon sakini İbrahimov Faiq Əliqulu oğlu tərəfindən bıçaqlanıb.

Sinə və boğaz nayihəsindən zərbələr alan Xavər İbrahimova hadisə yerində dünyasını dəyişib.

Bakıda naməlum şəxs yolu bağladı
Sosial şəbəkələrdə Bakıda naməlum şəxsin küçədə avtomobil yolunu bağlaması və avtomobillərin hərəkətinə mane olması barədə video yayılıb. Kadrlardan görünür ki, bir nəfər avtomobil yolunu bağlayır, yüksək səslə sürücüləri narahat edir, avtomobillərin hərəkətinə imkan vermir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən "Ölkə.Az"a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:

"Videogörüntülərdə əks olunan hadisədən məlumatlıyıq. Hadisə ilə bağlı müvafiq rayon polis idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.

Ərinin məşuqəsinə hücum edib, video çəkdi

Qalmaqallı görüntü sosial şəbəkədə yayılıb.

Videodan aydın olur ki, döyən qadın qısqanclıq zəminində əri ilə sevgi yaşayan digər xanımı cəzalandırır. O, isə çarəsiz qalıb qışqırır və kömək istəyir. “Səni bir də ərimin yanında görsəm

Qeyd edək ki, döyülən qızın 17, döyənin isə 18 yaşı var. Onlar qonşudur.

[center][img]https://cdn.minval.info/2019/11/dava-sa-yoldu-1024x700.jpg[/img][/center]Ərinin məşuqəsinə hücum edib, video çəkdi
Qalmaqallı görüntü sosial şəbəkədə yayılıb.
Videodan aydın olur ki, döyən qadın qısqanclıq zəminində əri ilə sevgi yaşayan digər xanımı cəzalandırır. O, isə çarəsiz qalıb qışqırır və kömək istəyir. “Səni bir də ərimin yanında görsəm
Qeyd edək ki, döyülən qızın 17, döyənin isə 18 yaşı var. Onlar qonşudur. 
<embed width="500" height="300" src="https://bax.tv/player/79470.html" frameborder="0" webkitAllowFullScreen mozallowfullscreen allowFullScreen></embed>


Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abdullayev və Sabirabad rayonunun Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 1-də Sabirabad rayonu ərazisindən quldurluq hadisəsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Dərhal Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 3 radələrində Qaratəpə kəndindəki evə girmiş maskalı şəxslər ev sahibəsinin ağzını yapışqanlı lentlə bağlamış, onunla birgə yaşayan bacısının isə əllərini və ağzını tutaraq pul vermələrini tələb etmişlər. Bu zaman digər ailə üzvləri səsə-küyə gəldiklərindən onlar istədiklərinə nail ola bilməyərək hadisə yerini tərk etmişlər.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bu cinayət əməlini törədən şəxslər qısa müddətdə müəyyən edilmişlər.

Baş Cinayət Axtarışı İdarəsi, Sabirabad RPŞ və Qaradağ RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Bakı şəhər sakini E.Abdullayev və Qaratəpə kənd sakini Fikrət İsgəndərov saxlanılmışlar.

Qeyd edək ki, evinə basqın edilən şəxs Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovadır.

Azərbaycanda toy karvanında avtomobildən havaya atəş açıldı“Youtube” sosial şəbəkəsində Qazax rayonun Daş Salahlı kəndində, toy karvanında kənd sakinlərindən birinin avtomobildən havaya atəş açmasının görüntüləri yayılıb.

Yeniavaz.com xəbər verir ki, görüntülər, noyabr ayının 10-da Eldar Barxudarlı adlı şəxsin “Youtube” kanalına yüklənmiş videoda öz əksini tapıb. Sərlövhədə kadrların Qazax rayonunun Daş Salahlı kəndində keçirilən toyda lentə alındığı bildirilib. E. Barxudarlı həmçinin toyu lentə alan operator olduğunu qeyd edib.
Kadrlarda “VAZ-2106” markalı, “09-BC-367” dövlət qeydiyyat nişanlı avtobobilin ön tərəfində əyləşən gəncin ov silahından havaya atəş açdığı müşahidə olunur.
Həmin kadrları təqdim edirik:


Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

***

Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Xose Bernardonun vəziyyəti orta ağırdır.

APA-nın məlumatına görə, bu barədə xəstəxananın həkimləri bildirib.

Bildirilib ki, xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub.

İnsident isə Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.