Son xəbərlər

Düşmən atəşkəsi yenə pozduErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

"Ölkə.Az" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Novruzlu, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Yağıntılı hava şəraiti davam edəcək

Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-6, gündüz 3-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 778 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.
Azərbaycanın rayonlarında noyabrın 22-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 11-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 22-də Abşeron yarımadasında soyuq, rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Qanunsuz torpaq satışı ilə məşğul olan dövlət məmuru həbs edildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərə, o cümlədən müxtəlif sahələrdə əhalini narahat edən korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədi ilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun davranış qaydaları və etik normalarına riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Quba şəhər bələdiyəsinin sədri vəzifəsini icra etmiş Dəstəbəy Tərlanovun qanunsuz əməlləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində D.Tərlanovun xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxmaqla Quba bələdiyyəsinə məxsus 2.5 sot torpaq sahəsini bələdiyyənin perspektiv inkişaf fonduna aid torpaq sahəsi kimi rəsmiləşdirməklə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmasını təmin etmək üçün rayon sakininin 1750 manat pulunu rüşvət kimi tələb edərək almasına, bundan başqa vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini qəsdən pozaraq tanışlıq münasibətləri olan ayrı-ayrı şəxslərə hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq bələdiyyəyə məxsus 3090 manat dəyərində 0,06 ha torpaq sahəsini sataraq bələdiyyənin mülkiyyətindən çıxarmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanmışdır.

D.Tərlanov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və həmin şəxslərin qanuni mənafelərini pozmuş olduqları vətəndaşların dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çovdarovun işçisi azadlığa çıxdı

“MTN işi” ilə bağlı həbs edilən Orxan Osmanov azadlığa çıxıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, general Akif Çovdarovla birgə məhkəmə önünə çıxarılan Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin tabeliyində olan şöbənin rəis müavini Orxan Osmanov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onun cəza müddəti başa çatdığı üçün azadlığa çıxıb.

Onunla birgə həsb edilən Akif Əliyev də bir neçə ay əvvəl eyni səbəbdən azadlığa çıxmışdı. Hazırda bu dəstədən Çovdarov və polkovnik Səlim Məmmədov həbsdə qalır. A.Çovdarov 12 il, S.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onların işi hazırda Ali Məhkəmədədir.

Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.

Yollarda sürət həddi endirildiBakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

"Ölkə.Az" xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Xəzərin səviyyəsinin artması nəticəsində böyük ərazilər su altında qalıbAzərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu Xəzər dənizinin səviyyəsi ilə bağlı gözlənilən proqnozu açıqlayıb.

"Ölkə.Az" xəbər verir ki, institutunun direktoru, akademik Ramiz Məmmədov Trend-ə bildirib. O, açıqlamasında bildirib ki, Xəzər dənizi səviyəsinin dəyişməsinin, o cümlədən 1978-1996-cı illərdə səviyyənin artmasının əsas səbəbi iqlim amilidir. Göstərilən dövrdə səviyyə 2,5 m qalxıb, Azərbaycanın sosial-iqtisadi həyatına 2,2 milyard ABŞ dolları civarında ziyan dəyib. Xəzərin səviyyəsinin artması nəticəsində 48,5 min ha torpaq su altında qalıb, böyuk ərazilərdə qrunt sularının səviyyəsi qalxıb.

R.Məmmədov əlavə edib ki, iqlim modellərinin verdiyi proqnozlara görə, Yer kürəsində rütubətli ərazilərdə yağıntının miqdarı artacaq, quraq-arid ərazilərdə isə azalacaq:

"Bu, o deməkdir ki, dənizə axan əsas çayın - Volqanın suyu artacaq. Nəticədə dənizin səviyyəsinin qalxma ehtimalı var. Ancaq nəzərə almaq lazımdır ki, Xəzər dənizinin güzgü əksi quraq zonadır.

İqlim modellərinin verdiyi proqnozlara görə, bu zonalarda buxarlanma da çoxalacaq. Bu iki amilin birgə təsiri səviyyə dəyişmələrində ekstremal hallarının ehtimalının az olduğunu göstərir. Buna görə də səviyyə nisbətən kiçik amplituda ilə dəyişəcək".

R.Məmmədov bunu da əlavə edib ki, yağıntıların azalması çayların sularının 10-15 % azalmasına gətirib. Əsas azsulu illər 1995-2000, çoxsulu illər isə 2002-2003 və 2010-cu illər olub:

Su resurslarının dəyişməsinə ən həssas reaksiya verən sahələr energetika, kənd təsərrüfatı və içməli su ilə təminatdır. Hesablamalar göstərir ki, iqlim dəyişmələri səbəbindən çayların suyu azaldıqda Hidro-elektrik Stansiyada (HES) elektrik enerjisinin istehsalı 15-20 % azalacaq".

DİN itlərin kütləvi şəkildə öldürülməsini araşdırır

Xaçmaz rayonunda sığınacaqda saxlanılan itlər kütləvi şəkildə tələf olub.

Bunu “Qafqazinfo”ya açıqlamasında həmin sığınacağın sahibi Nailə Rüstəmli bildirib. O deyib ki, 15 it iki gün əvvəl sığınacağın həyətində gəzib, axşamdan isə onlarda zəhərlənmə əlamətləri aşkar olunub: “Kütləvi şəkildə komaya düşürdülər. Ümumi 15 it zəhərlənib, 11-i ölüb. 4-ü müalicə olunur. Amma ayağa dura bilmirlər, müqavimətləri yerində deyil, ağrı çəkirlər.

Bunu edənin kim olduğunu dəqiq bilmirik. Amma şübhələndiyimiz 2-3 nəfər var. Hansı ki, birincisi qonşu bağın sahibi, Xaçmazda vəzifəli bir şəxsdir. Dəfələrlə mənə hədə-qorxu gəlib, bir dəfə işçisi itlərimizə güllə atıb. Ən çox şübhə etdiyim odur”.

N.Rüstəmli bildirib ki, sağ qalan itlər müalicə üçün Bakıya gətirilib və onlardan nümunələr götürülərək analiz verilib: “Nəticələr hamısı aşağı dərəcəli oldu. Həkim dedi ki, bu tramadol, ya da digər psixotrop dərman verəndə belə olur. Yəni itlərin dərmanla zəhərləndiyi təsdiqləndi”.

N.Rüstəmli hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verib: “Dünən günorta qaynar xəttə şikayət etdim, iki saat sonra Xaçmaz rayon Polis Şöbəsindən əməkdaşlar gəlib izahat aldı”.

Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, müraciətlə bağlı şikayətçinin izahatı alınıb və itlərin ölümü faktı üzərində araşdırmalara başlanılıb: “Əgər araşdırma nəticəsində itlərin kim və ya kimlərsə tərəfindən qəsdən öldürüldüyü aşkar olunarsa, həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək”.

Murad Əhməd

 




 
Kafedə 43 yaşlı kişini söyüş üstündə öldürdülər
Bakıda qətl törətməkdə təqsirli bilinən Turxan İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Qeyd edək ki, qətl hadisəsi bu il Binəqədi rayonu Mirmahmud Kazımovski küçəsi 8 ünvanında yerləşən kafedə baş verib. Saatlı rayon sakini, 43 yaşlı İsgəndərov Əflan Suvarağa oğlu qarın nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Turxan İsmayılov saxlanılıb. 

Daha doğrusu, qohumlarına polisdən zəng gələndən sonra cinayətkar gizlənməyin mənasız olduğunu anlayaraq, özü polisə təslim olub.

Məlum olub ki, qətl 12 santimetr uzunluğu olan ov bıçağı ilə törədilib.

Saxlanan şəxsin sözlərinə görə, Ə.İsgəndərov onun yanında telefonla danışarkən söyüş söyüb və bu, T.İsmayılovun qəzəbinə səbəb olub. 

"Siyasi mühacir" alverinin gizlinləri — Ermənilərdən kim nə qədər alırmış - ŞOK DETALLAR

“Bir zamanlar Azərbaycanda “siyasi mühacir” biznesi elə inkişaf etdi ki, hətta bu prosesə insan hüquq müdafiəçiləri də qatıldı və yaxşı pul qazandılar. Hətta Leyla Yunus zamanında siyasi mənsubiyyəti olmayan, siyasi proseslərdən xəbərsiz olan məhbuslardan 50 min manatadək pul alaraq adını “siyasi məhbus” siyahısına daxil edib”.
Bunu “Ölkə.Az”a hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda “siyasi mühacir” alveri hələ 1990-ci illərdən etibarən başlayıb.

“Bu işlə məşğul olan mütəşəkkil dəstələr formalaşıb. Bu proses 2012-2015-ci illərdə öz pik həddinə çatıb. Azərbaycanda və Avropada bu işlə məşğul olan xeyli sayda təşkilatlar yarandı.Bu təşkilatlar insanları aldadaraq öz torlarına salaraq evlərini, hətta ticarət obyektlərini satdıraraq Avropa ölkələrinə göndərdilər. Nəticədə bu insanların çoxu orada oturum ala bilmədiyi üçün çıxılmaz vəziyyətə düşdülər. Çünki bu insanlar elə başa düşürdülər ki, Avropada cənnət həyatı yaşayacaqlar. Ancaq ora çatan kimi kamplar, düşərgələrdə dözülməz həyat şəraiti onların fikirlərini alt-üst etdi. Onların geriyə də yolu da qalmadı. Bu zaman Azərbaycana düşmən təşkilatlar bu insanlardan öz məqsədləri üçün istifadə etməyə başladılar. Onların bir çoxu da bu şərtləri qəbul etmək məcburiyyətində qaldılar”, - deyə S.Məmmədov bildirib.

O əlavə edib ki, bu qurumlar həmin insanlardan Azərbaycana qarşı zaman-zaman istifadə etdi.

“Bu “siyasi mühacir” biznesi ilə məşğul olanlar insanların bədbəxtçiliyi üzərindən pul qazananlar adlandırıram. Bu prosesi Azərbaycandakı bəzi hüquq-mühafizə orqanları da qatıldılar. Bir zamanlar bu işlə daha çox Leyla və Arif Yunuslar ailəsi məşğul idi. Onlar məhbuslardan vaxtından əvvəl çıxması üçün yüksək məbləğdə pul alıb adlarını siyasi məhbus siyahısına salırdılar. Düzdür, siyasi məhbuslardan pul almasalar da, başqa məhbuslardan çox yüksək məbləğdə, hətta 50 min manat pul alıb siyasi məhbus siyahısına saldığı məhkumlar olub. Odur ki, bəzi hüquq müdafiəçiləri bu prosesdən zaman-zaman istifadə edib”, - deyə S.Məmmədov qeyd edib.

Onun dediyinə görə, onların məqsədi bu yolla daha pul qazanamaq olub:
“Bu işdə erməni lobbisi daha aktiv işləyib. Məsələn “Front Line Effect”, PİN, Varşavadakı Helsinki Fondu, Norveçdəki İnsan Hüquqları Mərkəzi Azərbaycandan olan miqrantları müvəqqəti yerləşdirmək üçün on milyonlarla vəsait alıblar. Erməni lobbisinin sifarişini icra edənlər Azərbaycandan olan miqrantları “verbovka” edib özlərinin məqsədləri üçün istifadə edib. Həmin şəxslərdən Azərbaycana qarşı şər atmaq, söyüş kampaniyasını həyata keçirmək və sair üçün istifadə ediblər. Hətta elə olub ki, həmin təşkilatlar bir müddət bu insanlardan istifadə edib, çölə atıblar. Lakin onlar belə olanda həmin şəbəkədən uzaqlaşa bilmir. Nəticədə onların qullarına çevrilirlər”.

S.Məmmədov hesab edir ki, Azərbaycan hökuməti bu yöndə fəaliyyətini aktivləşdirməli, maarifləndirmə işi ilə yanaşı həmin təşkilatları, insanları ifşa etməlidir.

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, “siyasi mühacirlər”i erməni lobbisi maliyyələşdirir:

“Mitinq adı ilə ayrı-ayrı Avropa ölkələrinə gedirlər. Təbii ki, həmin xainlər orada işləmirlər. Ancaq ondan-bundan tapşırıqlar alırlar. Həmin saxta siyasi mühacirlər erməni lobbisinin ayırdığı pulla maliyyələşirlər”.

S. Novruzov bəyan edib ki, saxta yollarla “siyasi mühacir” sənədləri düzəltdirmək istəyənlərə qarşı ciddi mübarizə aparılmalıdır:

“Bu işdə, xüsusilə, hüquq-mühafizə orqanları mübarizə aparmalı və diqqətli olmalıdırlar. Belə müraciətlərin hər biri polis tərəfindən ciddi araşdırılmalıdır. Saxta yollarla “siyasi mühacir” statusu alanların bəziləri adlarını dəyişərək, ya erməni və ya da mənşəyi bilinməyən xarici adlar götürürlər. O mühacirlər bu gün Avropada küçə süpürməklə məşğuldurlar”.