"Ölkə.Az"ın Report-a istinadən xəbərinə görə, prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru Rövşən Tağızadə həyata gözlərini yumub.
Baş Prokurorluğunun kollektivi R.Tağızadənin vəfatı ilə bağlı başsağlığı verib.
Allah rəhmət eləsin!
Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 26-da saat 20 radələrində Xəzər rayonunun Albalılıq qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini F.Məmmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 28 noyabrda gözlənilən hava şəraitini açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 28-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Əli Gülalıyev bildirib.
"Atam Oqtay Gülalıyev bu gün Amerikan xəstəxanasında (Türkiyənin İstanbul şəhərindədir - red.) palataya köçürülüb. Təəssüf ki, vəziyyəti ağır olaraq qalır. Komadan ayılması, ağciyərinə və qanına düşmüş infeksiya üçün həkimlər müalicə edirlər",- Ə.Gülalıyev qeyd edib.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.
Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.
O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib.
Müdafiə Nazirliyindən "Ölkə.az"a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Abxaziyanın Suxumi şəhərində iki qanuni oğru qətlə yetirilib.
“Minval.info” xəbər verir ki, hadisə noyabrın 22-i “San-Remo” restoranında baş verib. Sosial şəbəkələrdə “qanuni oğrular” Astamur Şamba (Astik Qadautskiy) və Alxaz Avidzbanın (“Xasik”) öldürülmə anının görüntüləri yayılıb.
Videoda maskalı bir şəxsin “oğruları” restoranın həyətində olan kollardan necə atəşə tutduğu görünür. Qatil güllələdiyi şəxslərin hərəkətsiz qaldığını görsə də, onalra atəş açmağa davam edib. Videoda qatilin yolda onu gözləyən ağ avtomobilə qaçması da qeydə alınıb.
Hadisədən bir saat sonra Suxumi dəmiryolu anbarının ərazisində cinayətkarların yanan avtomobili tapılıb.
Astamur Şamba yerindəcə, ağır yaralar alan Alxaz Avidzba isə xəstəxanada dünyasını dəyişib. Hadisə nəticəsində təsadüfən həmin vaxt restoranda olan bir neçə şəxs, həmçinin, masaya xidmət etmək üçün yaxınlaşan ofisiant qız xəsarət alıb.
Abxaziya prezidenti Raul Xadjimba respublikanın Təhlükəsizlik Şurasının iclasında, hüquq-mühafizə orqanlarından baş verən qətlin həlli üçün bütün bölmələrdən istifadə edilməsini tələb edib.
Qeyd edək ki, güllələnən “qanuni oğru”lar Abxaziyanın “oğru dünyası”nın önəmli isimlərindən olan Raul Barsbaya (“Pıza”) yaxın şəxslər olub. Güllələnən şəxslər bundan əvvəl kriminal aləmin nüfuzlu “qanuni oğru”ları olan Merab Canqveladzenin (Merab Suxumskiy) klnanının üzvləri Alxaz Aqrba (“Alxaz Qudautskiy”) və Tengiz Lakerabayanı (“Tenqulyaşa”), həmçinin Nadir Səlifova (“Quli”) yaxınlığı ilə seçilən Niko Dqebuadzeni (“Nika Qaqrinskiy”) təhqir etmişdilər.
Məhəmməd Türkmən
Minval.info
"Ölkə.Az" avtosfer.az-a istinadən xəbər verir ki, hadisə İmam Rza məscidinin yerləşdiyi küçədə baş verib. KamAZ markalı su maşını hərəkətdə olarkən qəfildən təkərinin biri asfalta girib.
Qeyd edək ki, ərazidə bir müddətdir "Azərsu" qazıntı iləri apararaq su çəkir.
Daha sonra isə qazılan ərazilərin üstünə asfalt vurulur.
Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, hazırda tələbələr təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətiriliblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
Dörd nəfərin vəziyyəti yaxşı olduğu üçün artıq evə buraxılıb.
Onlar 17 yaşlı Salmanlı Ləman Söhrab qızı, Heydərli Nəzakət Mustafa qızı, Qarayeva Nazlı Nadir qızı, Rəcəbli Aysun Surxay qızı, 18 yaşlı Mahmudova Gülyetər Nadir qızı, Osmanlı Aysun Valeh qızıdır.
Tələbələrdən L.Salmanlının vəziyyəti orta-ağır olaraq qiymətləndirilib və həkim nəzarətində saxlanılır. Digər tələbələr ambulator müayinədən sonra evə buraxılıb.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.