Son xəbərlər

Bakıda ticarət mərkəzi yanır“Ekologiya postu” yaxınlığında ticarət mərkəzi yanır.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində tikinti materialları satılan “EuroHome” mərkəzində baş verib.

Bir mağazada başlayan yanğın qısa müddətdə digərlərinə yayılıb.

Hazırda güclü yanğının bütün mağazalara yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən faktı təsdiqləyiblər.
***
Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Tərtərdə güllələnmə hadisə baş verib.

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki,Tərtər şəhər Səməd Vurğun küçəsində yaşayan 32 yaşlı Behbudov Mənsur Oktay oglu ağzından güllələnib.

Onun kim tərəfindən və nə səbəbdən güllələndiyi məlum deyil.

Yaralı Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün Gəncə şəhərində özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Aramsız yağışın fəsadları: Sabunçuda həyətlər, yollar su altında qalıb — VİDEOAramsız yağış bu dəfə də paytaxtın müxtəlif yerlərində gölməçələr yaradıb, onlarla ev, həyətyanı sahə su altında qalıb.

"Ölkə.Az" xəbər verir ki, Sabunçu rayonu Əliağa Vahid küçəsində yerləşən əksər evləri su basıb, bəzi sakinlər isə hətta azyaşlı uşaqlarını qohumlarının evlərinə göndərməyə məcbur olublar.  

Ərazidə yerləşən evlərin zirzəmilərində təxminən 40 santimetrə yaxın su var. Sakinlər bildirir ki, hər dəfə yağış yağanda həyətə çıxa bilmirik, uşaqlarımız məktəbə gedə bilmirlər.

Vətəndaşlar yaşayış evlərindəki vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Onların sözlərinə görə, aidiyyatı qrumların hər birinə müraciət etsələr də, problemlə maraqlanan olmayıb.  

Sakinlərin şikayəti ilə bağlı Sabunçu rayonu Ramanı qəsəbə nümayəndəsi Məhəmməd Əsədovun verdiyi cavab isə belə oldu:  

“Hazırki vəziyyətdə heç bir köməklik edə bilmərik. Bizim nasosumuz da yoxdur su çəkmək üçün. Kanalizasiya sisteminə gəldikdə isə artıq bununla bağlı layihə qəbul olunub, yaxın vaxtlarda həmin yerlərdə də kanalizasiya sistemləri quraşdırılacaq”.  

Görünən odur ki, məsul qurumların problemə laqeyd münasibəti nəticəsində sakinlər hələ bir müddət də bataqlıq adlandırdıqları bu ərazidə yerləşən evlərində nasosla su çəkməli olacaqlar.  (oxu.az)

Ermənilər Azərbaycanla sərhəddə doğulan hər körpəyə 1000 dollar ödəyəcək


Ermənistan hökuməti Azərbaycanla sərhəddə yerləşən kəndlərdə yaşayan sakinlərə əlavə ödənişlər edəcək.

Turkustan.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə deputat Arman Babacanyan çıxışında deyib.

Onun sözlərinə görə, layihə 2020-ci ilin yazında Azərbaycanla sərhəddəki Tavuş, Qeqarkunik və Vayots-Dzor vilayətlərinin kəndlərində başlayacaq. Proqram Azərbaycanla sərhəddə azı 3 il yaşayan ailələrdə hər yeni doğulan körpəyə 1000 dollar birdəfəlik ödənişin verilməsinə, uşağın 3 yaşa çatmasına qədər isə ayda 100 dollar müavinətin kəsilməsini nəzərdə tutur.

Deputat gələn il müzakirəyə çıxarılacaq qanun layihəsinin maliyyələşməsində diaspor və yerli biznesmenlərdən kömək alacaqlarını deyib. /Modern.az/

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

FHN-dən verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Ağdərədə qarın hündürlüyü 19 sm-ə çatıbAzərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, dekabrın 9-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Zabratda 20 mm (aylıq normanın 68 faizi), Sumqayıtda 16 mm (aylıq normanın 60 faizi), Maştağada 14 mm (aylıq normanın 41 faizi), Bakıda 13 mm (aylıq normanın 44 faizi), Binədə 11 mm (aylıq normanın 38 faizi), Neft Daşlarında 14 mm (aylıq normanın 66 faizi), Çilov adasında 3 mm, Pirallahıda 2 mm, Naxçıvan MR-da 3-12 mm, Lənkəran-Astara zonasında 2-6 mm, Mərkəzi Aran rayonlarında və Balakən-Şəki bölgəsində 1-8 mm olub.

Qar örtüyünün hündürlüyü Ağdərədə 9, Daşkəsəndə 6, Qırızda 4, Gədəbəy, Şahdağda 2, Sarıbaş, Göygöldə 1 sm təşkil edib.

Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş

Bu gün Bakının Yasamal rayonunda intihar edən qızın kimliyi müəyyənləşib.

"Qafqazinfo"nun məlumatına görə, özünü hündürmərtəbəli binadan ataraq intihar edən Qırtımova Sevinc İlham qızı Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır.

Məlumatı Qırtımovlar ailəsinə yaxın olan şəxslər təsdiqləyiblər. S.Qırtımovanın hansı səbəbdən intihar etdiyi hələ ki, bəlli deyil. Əslən Zaqataladan olan S.Qırtımova bir müddət idi ki, Bakıda işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

İranda sentyabr ayından bəri 81 nəfər qrip xəstəliyindən vəfat edib.

Bu barədə məlumatı İranın səhiyyə nazirinin müavini Əli Rıza Rəisi verib. Onun sözlərinə görə, keçən həftə də qrip səbəbi ilə ölən 25 nəfərlə birlikdə sentyabr ayından bu tərəfə 81 nəfər H1N1 virusunun (donuz qripi) qurbanı olub. Son bir həftədə isə 8 min 333 nəfər qrip şikayəti ilə xəstəxanaya müraciət edib.

Rəisi qeyd edib ki, bu virusa yoluxan şəxslər ciddi şəkildə gigiyenik qaydalara riayət etməli və mümkün olduğu qədər insanlarla fiziki təmasdan çəkinməlidir.    /yenicag.az/

Bakıda göydən yerə nur yağan kimi, yer sakinlər üçün əsl cəhənnəmə çevrilir desək, yəqin ki, razılaşarsız. Əksər küçə və prospektlərdə yağış kollektorlarının olmaması, zamanla yollarda çalaların açılmasına səbəb olur ki, bu da istər nəqliyyat vasitələrinin, istərsə də piyadaların hərəkətinə çətinlik yaradır. Bir sözlə, yağış belə həyatımızı çətinləşdirməklə məşğuldur…

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Avtomboil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, buna səbəb bəzi yerlərdə yağış- kanalizasiya kollektorlarının olmamasıdır.

“Bakıda əhalinin sayı sürətlə artdığından, tikinti sürətlə getdiyindən kanalizasiya kollektorları gərgin vəziyyətdə çalışır. Yağış kollektorları da kanalizasiya kollektorlarına qoşulanda su yenidən yollara qayıdır. Biz mümkün olan yerlərdə yağış-kanalizasiya sistemi yaradıb həmin kollektorlara qoşuruq.

Kollektorların qoşulması  mümkün olmayan yerlərdə isə yol kənarında xüsusi quyular qazılır. Bunun vasitəsilə axan sular quyulara yönəldilir, oradan isə nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırılır. Bu da mümkün olmadıqda təbii axınla ərazidən uzaqlaşdırılmağa çalışılır. Amma bu çox zaman alınmır, çünki yol kənarında olan infrastruktur buna imkan vermir. Əvvəllər Bakıda tikintilər az idi, yağış sularının ərazidən təmizlənməsi təbii axınla mümkün idi. Hazırda isə bir çox hallarda bu, mümkün olmur”, – deyən A.Nəcəfli qeyd edib ki, son illər Bakıda tikilən yeni tikililər buna imkan vermir:

“Bu üzdən bu cür problemlər də baş verir”.

Komitə Bakıda uşaqların ögey anaları tərəfindən döyülməsi faktını araşdırırBakının Sabunçu rayonunda azyaşlı uşaqların ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində araşdırmalara başlanılıb.

"Ölkə.Az" xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

O bildirib ki, faktla bağlı Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq komissiyası vasitəsilə Dövlət Komitəsi tərəfindən araşdırmalar davam etdirilir:

“Bu məlumatdan xəbərdarıq. Bununla bağlı Dövlət Komitəsinin Hüquq və Uşaq şöbələrində araşdırmalara başlanılıb. Sadəcə olaraq, hadisə ilə bağlı araşdırmalardan sonra yekun məlumat veriləcək. Ümumiyyətlə, uşaqlara qarşı fiziki, psixoloji və digər zorakılıq növlərindən istifadə etmək yolverilməzdir. Həmin zorakılıq faktları törədən şəxslərin əlindən uşaqların məhkəməyə müraciət edərək alınması məsələsi hər zaman aktual olub. Buna görə də valideynlər və valideyn hüquqlarından istifadə edən şəxslər bu hüquqlarından sui-istifadə etməməlidirlər. Həmin şəxslər fiziki zorakılıq törədəndə və himayəsində olduğu uşağa məsuliyyətsiz yanaşanda məhkəmə qərarına əsasən, öz hüquqlarını itirirlər. Hazırda bu məsələ istiqamətində araşdırma aparılır. Hadisəni törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Bildirilib ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb.

Məlumata görə, uşaqlar hazırda ana babalarının yanındadırlar. Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.