Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında
Dekabrın 20-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 11-16, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 20-də Abşeron yarımadasında mülayim şimal küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxucularımıza Bakıda baş vermiş səs-küylü qətllərlə bağlı nadir kadrları və təfərrüatı təqdim etməkdə davam edirik.
Bu dəfə Bakıda məşhur ekstasensin ikioğlu ilə birlikdə xüsusi amansızlıqla evindəqətlə yetiirlməsinin təfərrüatını təqdim edirik.
Hadisə Bakı şəhərində, Bayıl qəsəbəsində baş verib. Qonşular tanınmış ekstrasens Etibar Erkin vəiki oğlu əlibağlı, üzü aşağışəkildə meyiti tapılıb.Qeyd olunan qətlintəfərrüatı uzun müddətmətbuatdan və cəmiyyətdəngizli saxlanılıb.
Daha sonra qətlin şok təfərrüatı üzə çıxıb. Məşhur ekstrasensidini qruplaşma “”CEYŞULLAH” -ın həyata keçirdiyi məlum olub. Qətlin heç də tamah məqsədi ilə törədilmədiyi məlum olub. Həbs edilən dini qruplaşmanın 14 nəfər üzvləri sensasion açıqlama verib. Məlum olub ki, dəstənin başçısı Mübariz Əliyev Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı olub. Onlar ekstasensivə oğlanlarını diziüstə, əli bağlı saxlayaraq onlara “əmri” oxuduqdan sonra öldürüblər.
Turkustan.info Sfera.az-a istinadən qətlin görüntüsüvə təfərrüatı ilə bağlı Ceyhun Həmidovun müəllifi olduğu nadir kadrları təqdim edir:
Balakən rayonunun Yeni Şərif kəndində silahlı insident baş verib. Səhiyyə Nazirliyindən (SN) Modern.az-a verilən məlumata görə, silahlı insidentlə bağlı Balakən Mərkəzi Rayon Xəstəxanasına 1-i azyaşlı olmaqla 5 nəfər müraciət edib:
“Yaralılardan 34 yaşlı kişi reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti keçirdiyi əməliyyata uyğundur. 39, 49 yaşlı qadınlar və 59 yaşlı kişinin müalicəsi cərrahiyyə şöbəsində davam edir. Vəziyyəti orta-ağır stabil kimi qiymətləndirilir”.
Rəsmi məlumata görə, 1 yaşlı körpə isə ilkin tibbi yardımdan sonra evə yazılaraq qohumlarına təhvil verilib.
Ağstafa rayon İcra hakimiyyətinin başçısı həbs edilib.
Turkustan.info xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, icra başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu iş başında yaxalanıb.
İH-dən verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.
Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, kiçik yaşlarından anasız qalan Asiman atasının evlənməsini çox istəyirdi. Yeniyetmə qız ona analıq edəcək birinə ehtiyac duyduğunu deyirdi.
"Atamın evlənməsini istəyirəm. Düzdür, o mənə doğma anam kimi şirin olmaz. Qanımdan-canımdan deyil. Mənə sirdaş-dost olsun. Bəlkə də elə sirlərim var ki, atama deyə bilmirəm, ancaq ona deyə bilərəm", - deyən Asiman, atasının evlənməsinə qarşı olmadığını, əksinə onu dəstəklədiyini bildirmişdi.
Alim bəylə evlənmək üçün efirə gələn xanım məhz Asimana görə atası ilə evlənmək istəyirdi. Üzünü gizlədərək efirə çıxan qadın Asimanı vəfat etmiş qızlarına çox bənzətdiyini deyirdi. Lakin bu izdivac baş tutmadı. Maraqlıdır ki, sosial şəbəkə istifadəçiləri arasında Asimanı qadının nəfsinin öldürdüyünü yazanlar da var.
Qeyd edək ki, Alim bəyin qonşusu Gülnarə Nəbiyeva Asimanın ölümündə onu günahlandıraraq şok iddialar irəli sürüb:
“Alim illər idi ki, Asimanı döyürdü. Yoldaşını da döyürdü. Uşaq qış vaxtı çöldə, yerdə yatırdı. Atası evə dostlarını gətirirdi, içirdi. Qızını söyürdü, döyürdü. Asiman atasının qorxusundan mənim evimdə qalırdı, evə getmirdi. Qız mənə yalvarırdı ki, heç kimə heç nə deməyim. O ata deyil”.
Ata qonşusunun bütün ittihamlarını rədd edib və qızının vərəmdən öldüyünü bildirib:
"O Gülnarənin dediklərinin hamısı yalandır. Mənim evimdə yorğan-döşək çoxdur, qızımın quru yerdə yatması qeyri-mümkündür. Keçmişdə evə bir qadın gətirmişdim. Uşaq oldu, 1 ildən sonra gəzməyə başladı. Qovdum. O Gülnarə məndən o qadının hayıfını çıxır.
Mənim qızımın anası, ana nənəsi, xalası da vərəmdən ölüb. Qızım da vərəm xəstəsi idi. Doğulduqdan bəri qabaqlayıcı dərmanlar verilirdi. Ayın 12-də məktəbin tibbi işçisi və dərs hissə müdiri tərəfindən mənə zəng gəldi ki, qızınızın qızdırması var. Getdim evə gətirdim. Qızım özü qızdırma salan dərmanı özü içdi, yəni vəziyyəti o dərəcədə pis deyildi. Dedi ki, ata, mən yatıram. Hərarət səhəri gün də düşmədi".
Hazırda Asimanın ölüm səbəbi araşdırılır. Ekspertizanın rəyi "Elgizlə izlə" proqramında açıqlanacaq.
"Ölkə.Az" avtosfer.az-a istinadən xəbər verir ki, hadisə günün qaranlıq vaxtında baş verib. Normal hərəkət zamanı avtomobillərdən biri zolaqlar üzrə hərəkət qaydasını pozur. Nəticədə digər avtomobilin yoluna çıxaraq ona yandan toxunur. Sürücü idarəetməni itirir və avtomobil sürüşərək təhlükəsizlik adacığına, orda da körpünün başlanğıcına dəyir.
Hadisə nəticəsində sürücü xəsarət alır.
Bəzən zolaqlar üzrə hərəkət qaydalarını pozan sürücülər bunu kobud qayda pozuntusu hesab etmir. Amma nəticələri belə ağır da olur.
Videonu təqdim edirik:
''Ölkə.Az'' Report-a istinadən xəbər verir ki, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.
Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.
“Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi”, - klinikadan bildirilib.
"Ölkə.Az" BakuPost-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs ediblər.
Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.
İcra başçısının və onun müavininin hələlik adı açıqlanmır. Onu qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.