"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, Əflatun Ələkbərov adlı şəxs qeyri-rəsmi nikahda yaşadığı Tovuz rayonunun Əlibəyli kəndi yaşayan Nişanə Bayramovanın üstünə benzin tökərək yandırıb.
Hadisə 15 noyabr 2018-ci ildə baş verib. Sevgililər arasında münaqişə pul üstündə düşüb. Belə ki, Əflatun Nişanənin qazandığı pul ilə özünə avtomobil alıb. Qadın pulu geri istədikdə dava düşüb və nəticədə bu cinayət baş verib.
Qadının üzü, əlləri, sinəsi, çiyinləri, bir sözlə açıqda olan bədən hissələri ağır dərəcəli bədən xəsarətləri alıb. N.Bayramova yanıq xəsarətlərinin plastik əməliyyat yolu ilə aradan götürülməsi üçün "Səni axtarıram" proqramına çıxıb. Xoşqədəm Hidayətqızı ona kömək edəcəyinə söz verib.
Nişanənin üzünü və bədənini yandıran Əflatun bu cinayəti törətdiyinə görə 11 il 3 ay azadlıqdan məhrum edilib.
Mingəçevirdə İcra Hakimiyyətinə məxsus avtomobil qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə N.Nərimanov küçəsində baş verib. “Mersedes” markalı avtomobil “"Qaz 31 10” markalı maşınla toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
Məlumata görə, “Qaz” markalı avtomobil Mingəçevir İcra Hakimiyyətinə məxsusdur. Faktla bağlı araşdırma aparılır.
Elmar Əli
Oktyabrın 29-da yolu keçərkən avtomobil qəzasına uğrayan və komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumu ilə bağlı professor, onkoloq Adil Qeybullanın Axar.az-a müsahibəsi:
– Oqtay Gülalıyevin vəziyyətinin ürəkaçan olmamasına səbəb həqiqətən də ailəsinin və dostlarının da iddia etdiyi kimi, laqeydlikdir?
– Bilməyənlər üçün Oqtay bəyin qəzasına oxşar bir qəzanın nəticəsini qeyd etmək istəyirəm. Dünyaca məşhur, Rusiyanın Volqoqrad əsilli milyarderi, “Magnat Trade Enterprise” distribütor şirkətinin qurucusu və sahibi Dmitri Obreteskini Londonda, öz evinin yanında avtomobil vurur və bununla milyarder komaya düşür. Onu Londonun ən öncül klinikasına yerləşdirirlər, dünyanın ən məşhur neyrocərrahları, reanimatoloqları işə cəlb olunur. Milyarder 1 həftə komada qalır və aparılan bütün tədbirlərə baxmayaraq, komadan çıxa bilmir və dünyasını dəyişir. Milyarder son 8 ildə ailəsi ilə Londonda yaşayıb və oranın vətəndaşı olub. Adətən, Londonda çox səliqəli və aşağı sürətlə maşın sürürlər, avtomobil qəzaları da az hallarda olur.
Demək istədiyim odur ki, kəllə-beyin travmalarının gedişini proqnozlaşdırmaq çox çətindir. Bu gün Oqtay Gülalıyevə guya laqeydlik, soyuq münasibət, nə bilim, əməliyyatının gecikdirilməsi, onun Türkiyədə uyğun olmayan xəstəxanaya yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yazılanlar hamısı lazımsız söhbətlərdir. Oqtay bəyin ailəsi də müxtəlif fikirlər səsləndirir. Axı onlar nə həkimdirlər, nə neyrocərrahdırlar, nə mütəxəssis. Başı çıxan da, çıxmayan da bu məsələdə fikir bildirir, ağıl öyrədir. Birdəfəlik qəbul etmək lazımdır ki, Oqtay bəyi aşağı sürətlə hərəkət edən avtomobil vursa da, onun aldığı travma olduqca ciddidir. Ailə, yaxınları buradakı xəstəxanadan narahat və narazı idi. Bu səbəbdən aparıldı Türkiyəyə. Orada təbabət kifayət qədər inkişaf edib. Hansısa irəliləyiş oldumu? Əksinə, geriləmə var, nəinki irəliləyiş.
– İzah etdiniz ki, Oqtay bəyin hələ də komada olmasına səbəb laqeydlik deyil. Bəs, səbəb nədir?
– Oqtay bəyi o vəziyyətə salan beyindaxili qanama olub. Beyin əzilməsi baş verib. Beyinin əzilməsinin şəkilləri də var. Bu halda hansı laqeydlikdən söz gedə bilər ki? Birinci yerləşdiyi xəstəxanadan ailə özü etiraz edərək “Baku City Hospital”a aparılmasını istədi. Daha sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparıldı. Daha sonra o klinikanı bəyənmədikləri üçün başqa xəstəxanaya yerləşdirildi. Laqeydlik o vaxt olardı ki, Oqtay bəylə maraqlanmazdılar, müalicəsinə əhəmiyyət verməzdilər, vəsit ayırmazdılar, xaricə aparılmazdı və ya ailə etiraz etdikdən sonra xəstəxana dəyişdirilməzdi. Mən sizə konkret deyirəm, Oqtay Gülalıyevin vəziyyətini laqeydliklə əlaqələndirilməsi ilə bağlı deyilənlərin hamısı əsassızdır.
– İddialardan biri də Oqtay Gülalıyevin hadisə baş verən gün müalicəsində yol verilən nöqsandır. İlk gündən prosesin içində olan biri kimi necə hesab edirsiniz, Oqtay bəyin əməliyyat və müalicəsində hansısa səhvə yol verilib?
– Bunu elə ilk gündən demişəm ki, Oqtay bəyin bütün müalicə prosesi onun 1 saylı Kliniki Tibbi Mərkəzdən (“Semaşko”) çıxarılması ilə pozulub. Qəzadan sonra xəstəxanaya getdim. Mən ora gələndə artıq ailə “Baku City Hospital”la danışmışdı. Prosesin içində olduğuma görə bütün detalları bilirəm. Mənə hüquq müdafiəçisi Əlövsət Sadıqlı zəng vurdu və xəstəxanaya gəldim. Məni professor Vaqif Rəhimovun otağına apardılar və orada biz rentgenə də baxdıq. Orada gördüm ki, bu, olduqca ağır bir əzilmədir və daxili qansızmalar var. Adətən belə situasiyada qanaxma davam edirsə, vəziyyət ciddi olur. Qanama davam etmirsə, bu proses təxminən beş həftəyə müalicə fonunda tam sovrulub gedir. Ailəyə də bu, başa salındı. Özüm də onlara bildirdim ki, icazə verin, xəstə burada qalsın. Çünki o gün respublikada həmin sahədə yeganə mütəxəssis olan neyrotravmatoloq Əmrəli Yusifov növbədəydi. Bütün bu dediklərimizə əhəmiyyət vermədən, ailə mərhum yazar Rafiq Tağının həmin xəstəxanada dünyasını dəyişməsini əsas gətirərək, xəstəni oradan götürdü. Bildirdilər ki, biz artıq “Baku City Hospital”la danışmışıq. Mən onlara qarşı necə çıxa bilərdim ki? Bu, ailədaxili bir qərardır. Sonra da bildirirlər ki, əməliyyat gecikdirildi…
– Məlumata görə, Oqtay bəy 15 saat sonra əməliyyat olunub. Bu, gecikdirilmiş əməliyyat hesab edilirmi?
– Tam yalan məlumatdır. Əvvəla, Oqtay bəy 15 saat sonra əməliyyat olunmayıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə gecə 23:00 radələrində gətirilib. Səhər saat 11-ə yaxın da KT olunub, ailənin istəyi ilə yerləşdirildiyi “Baku City Hospital”da dərhal əməliyyata götürülüb. Əməliyyatı bir neçə saat ləngidən də ailə özü olub. Daha sonra oraya neyrocərrah gətizdiriblər guya. Bu doğru deyil, belə olmayıb. Neyrocərrahın gətirilmə prosesini özəl klinika ilə Səhiyyə Nazirliyi özü həll edir. Əgər özəl klinikanın rəhbəri razı olmasaydı, kim gəlib onu orada əməliyyat edəcəkdi? Əməliyyatın olduğu özəl klinikada onlara kifayət qədər endirim olunub. Ailə bunları da deməlidir axı. Şəxsən mənim, klinika rəhbərliyinin təşəbbüsü ilə onlara endirim edilib. Nəzərə alıblar ki, Oqtay bəy ictimai simadır, tanınmış hüquq müdafiəçisidir. Səhiyyə Nazirliyindən gələn həkimlərə də özəl klinikada əməliyyat üçün şərait yaradılıb. Əməliyyatı edən cərrah da ölkənin yüksək səviyyəli cərrahıdır. Əməliyyatın bütün gedişi, bütün əməliyyatın görüntüsü bizdə var və buna kim istəsə, baxa bilər.
– Beyinin bu kimi zədələnməsində koma vəziyyətinin müşahidə edilməsi normaldır?
– Bu, ağır travmadır. İnsan yolla gedərkən yıxılıb ağır zədə alaraq dünyasını dəyişə bilər. Deyirlər, Oqtay bəyin huşu yerində olub. Proses axı tədricən gedir. Beyinə yavaş-yavaş ödəm yığılır. Beyin sıxılmağa başlayır, insan huşunu itirir.
– Adil bəy, əməliyyat prosesindən danışdınız. Bu, uzun çəkən prosesdir?
– Təbii ki. Beyin əməliyyatı ağır prosesdir. Bu əməliyyat üçün kəllə sümüyü bir neçə yerdən deşilir. Həmin açılan dəliklərdən xüsusi əməliyyat aləti olan “çikli” salırlar. Ancaq bu alət elə salınmalıdır ki, beyini zədələməsin. Təkcə bir saata yaxın elə kəllə sümüyünün qapağı kəsilir. Bu barədə danışan adamların heç biri bu prosesin zərrəsini də bilmir. Ancaq hamı bildi-bilmədi fikir bildirir. Məhz bu səbəbdən, mən bu cür demaqoq söz-söhbətlərdən sonra bu prosesə cəlb olunmağıma görə çox peşmanam.
– Adil müəllim, sizcə, Oqtay bəy 1 saylı Kliniki Tibbi Mərkəzdən çıxarılmasaydı, vəziyyəti, durumu başqa cür ola bilərdi?
– Bilirsiniz, mən dedim, ilk gündən onun 1 saylı Kliniki Tibbi Mərkəzdən çıxarılmasının tərəfdarı deyildim. Oqtay bəyi o vəziyyətdə gecə ilə özəl klinikaya transfer etmək ciddi yanlışlıq idi. Bu gün də Oqtay bəyin vəziyyətinin bu şəkildə ağır olmasına səbəb məhz budur. Həmin gün ölkədə bu sahədə ən aparıcı mütəxəssis olan Əmrəli Yusifov orada idi. O, ölkədə neyrotravma sahəsində ən təcrübəli həkimdir. Oqtay bəyi də o əməliyyat edəcəkdi, nəzarətdə saxlayacaqdı. Apardılar özəl klinikaya, oradan Respublika Neyrocərrahiyyə Xəstəxanasına, oradan da Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədəki İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinə, daha sonra ailə oranın da uyğun klinika olmadığını bildirdi, başqa klinikaya keçirilməsini tələb etdi. Oradan da çıxarılaraq İstanbulun “Amerikan” xəstəxanasına köçürüldü… Bunların hamısını ailənin öz qərarı ilə ediblər. Özbaşına etsəydilər, deyəcəkdilər ki, bilərəkdən etdilər, ağırlaşmasına səbəb oldular. Axı ailə özü tələb edib bunları. Ailənin dediklərini etməsəydilər, deyəcəkdilər ki, ailənin tələbləri nəzərə alınmır. Daha nə edilməlidir ki? Ailənin hər bir tələbi nəzərə alınıb, bütün diqqət Oqtay bəyin müalicəsindədir. Hələ də başı bir şeydən çıxmayanlar burada qəsd, laqeydlik axtarır. Belə olmaz axı!
"Ölkə.Az" medicina.az-a istinadən xəbər verir ki, mütəxəssislər dırnaqlardakı dəyişikliklərin xəstəliklərdən xəbər verdiyini söyləyib. O, bildirib ki, dırnaqlardakı problemlər xəstəliklərin ilkin əlamətləridir, əgər dırnaqlarda ciddi dəyişiklik varsa, mütləq həkim nəzarətindən keçmək lazımdır.
Dırnaqlarınızı yaxşıca təmizləyin və hansı rəngdə olduğunu görün, dırnaqlarınız səhhətiniz haqqında ciddi məlumatlar verə bilər.
Qalın dırnaqlar
Belə dırnaqlar təbii deyil. Dırnaqlar güclü olmalıdır, ancaq normaldan daha fərqli və qalın görünürsə, diqqətli olun. Qalınlıq ağciyər xəstəliyinin təzahürüdür.
Qalın və sərt səth göbələk infeksiyasına dair işarə verir. Qalın və ayrılmış dırnaqlar qalxanabənzər və ya sədəf xəstəliyinin göstəricisi ola bilər.
-Normaldan daha qalın dırnaqlar, eyni zamanda qan dövranı probleminə işarə edə bilər.
Yoğunlaşan dırnaqlar gözdən qaçırdığınız bəzi problemlərin təzahürüdür. Yeni dərmana başlayarkən allergik reaksiyalar dərhal dırnaqlara təsir edərək yoğunlaşmaya səbəb olur.
Ayrılmış dırnaqlar: Dırnaqlar təkcə qapılara və ya ətrafa dəyməklə qırılmaz. Qırılma səbəbi sadəcə əllərinizi çox yumağınızla, ya da laklarla bağlı deyil.
Qırılmış dırnaqlar fol turşusu, C vitamini və zülal çatışmazlığının nəticəsidir.
Əgər qırılmış dırnaqlar dırnaq dərinliklərində oyuqlarla bərabər görülürsə, bu sədəf xəstəliyinin təzahürüdür. Sədəf xəstəliyinin ilkin əlamətləri, adətən, dırnaqlarda özünü göstərir.
Qırılan dırnaqlar eyni zamanda qida çatışmazlığının də göstəricisi ola bilər.
Yediklərinizə diqqət edin və ümumi sağlamlığınız üçün dırnaqlarınıza daha çox qulluq göstərin.
Çuxura düşmüş dırnaqlar
Çuxur düşmüş dırnaqlar daxili problemlərin təzahürüdür. Əgər bütün dırnaqda çuxurlaşma varsa, bu hal adətən çox su tutumu ilə bağlıdır.
-Dəmir çatışmazlığı
-Hemakromatozis (qaraciyərin orqanizmdə artıq dəmir saxlaması ilə baş verən qaraciyər xəstəliyi)
-Ürək xəstəlikləri
-Hipotiroidizm
Dırnaqlarınız və sağlamlığınız bəzən paralel naviqasiya göstərir. Sağlamlıq problemlərindən xilas olan insanların dırnaqları da normala dönür.
Oyulmuş dırnaqlar
-Kiçik oyuqlar və çuxurlar əllərinizə etinasız yanaşdığınızdan dolayı, ya da sağlamlığınızın qeydinə daha yaxşı qalmadığınızın əlaməti ola bilər.
-Sədəf xəstəliyi
-Birləşdirici toxuma qüsurları
-Alopecia area (saç itkisinə səbəb olan immunitet sistemi xəstəliyi)
-Sink çatışmazlığı (adətən dırnaqların ortasında uzun zolaq şəklində bir oyuq)
Çıxıntılar
Dırnaqların səthi düz və çox hiss edilməyən incə cizgilərdən yaranır. Qabarıq çıxıntılar orqanizmində bir proseslərin səhv getdiyinin göstəricisidir. Çıxıntılı dırnaqlara sahib olanların ən çox yaranan problemləri:
-Dəmir çatışmazlığı
-Artrit
-Lupus (dırnaq dərinliklərində qırmızı xətlər)
-Quru və incə dırnaqlar: Losyonlar və ya dırnaq baxım yağlarına ehtiyacınız yoxdur. Əgər dırnaqlarınız quru və incədirsə, hormon səviyyəsini ölçməkdə fayda var.
-Qalxanabənzər xəstəlikləri dırnaqların nazikləşməsinə səbəb olur. Quru dırnaqlar asanlıqla qırılır və ayrılır.
-Göbələk problemləri də dırnaqları quru və ya nəm edir.
-Həm qalxanabənzər, həm də göbələk problemlərinin müalicəsi uzun müddət davam edir. Əgər dırnaqlarda belə dəyişiklik görsəniz, dərhal nəzərə alın.
Yumru dırnaqlar
-Əgər dırnaqların ətrafında şişmiş dəri varsa, ya da dırnaqlarınız şişmiş kimi görünürsə buna "clubbed" yumru dırnaq deyilir.
-Ağciyər xəstəlikləri (xüsusilə də tənəffüs çətinliyi çəkənlərdə)
-İnflamasyonlu bağırsaq xəstəliklərində
Qaraciyər xəstəliklərində
QİÇS-də müşahidə olunur.
Dırnaqlarınız yalnız bu yuxarıda sadalanan xəstəliklərin əlaməti olmaya bilər. Bu əlamətlər sizin sağlamlığınıza diqqət etməyiniz üçün dəlillərdir.
Dırnaqlar və xəstəliklər düşündüyünüzdən çox daha yaxından əlaqəlidir. Sağlamlığınızı qorumaq üçün dırnaqlarınıza tez-tez nəzarət edin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında hava əsasən, yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 12-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
"Ölkə.Az" unikal.org-a istinadən xəbər verir ki, A.Fərzəliyevin əmri ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu vəzifəsindən azad edilib. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.
Bundan başqa, sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. Belə ki, Rəfail Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.
Məsələ ilə bağlı sabiq şöbə müdirinin qardaşı, “RR” MTK-nın sahibi Nadir Abdullayev Unikal.org-a açıqlama verərək bildirib ki, qardaşı bir neçə aydır ki, işdən çıxıb:
“Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğrudan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”.
Bu barədə "Ölkə.Az"a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaranması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq olunub.
Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının yanında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb.
Sərhəd naryadı tərəfindən dərhal ona ilkin tibbi yardım göstərilib və yaxınlıqdakı tibb müəssisəsinə təxliyəsi təşkil olunub. Hazırda səhhəti qənaətbəxşdir.
Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gürcüstan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləşdirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti rəisinin müavini – Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçirilib.
Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
“Ölkə.Az” olaraq son illər ərzində yanan ticarət mərkəzlərinin və yanma səbəblərini təqdim edirik.
1.Qubada “Birja” ticarət mərkəzi
2019-cu ilin 10 yanvar tarixində Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın baş verib. Rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.
Yanğın zamanı 4-dən artıq mağaza yanıb.
2. “Riyad” ticarət mərkəzi
2018-ci ilin 15 iyul tarixində Abşeron rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzində mebel dükanının anbarında qeydə alınıb. Hadisə zamanı ticarət mərkəzi ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb.
Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
3. “Binə” ticarət mərkəzi
Binə ticarət mərkəzində bir neçə dəfə yanğın qeydə alınıb.
2015-ci ilin 14 mart tarixində Binə Ticarət Mərkəzində yanğın baş verib. Hadisə 7-ci sıranın birinci mərtəbəsində beşinci korpusda qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğının digər mağazalar keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına səbəb elektrik naqillərində qısa qapanmanın olduğu ehtimal edilir. Nəticədə mağaza sahibinə xeyli miqdarda ziyan dəyib.
2011-ci ilin 11 yanvar tarixində Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzində yanğın baş verib.
Nəticədə ümumi sahəsi 40 kvadratmetr olan mağaza içərisindəki mallarla birlikdə yandı. Bitişik mağazalar yanğınsöndürənlər tərəfindən alovdan mühafizə olundu.
2017-ci ilin 1 aprel tarixində Bakıda yerləşən "Binə" ticarət mərkəzində yanğın baş verib. Bu barədə ticarət mərkəzində işləyənlər redaksiyamıza məlumat verib.
Məlumata görə, yanğın ticarət mərkəzinin 6-cı korpusunda 4-cü sırada qeydə alınıb.
2014-cü ilin 12 iyul tarixində “Binə” ticarət mərkəzində növbəti yanğın qeydə alınıb. Ticarət Mərkəzinin elektrik qovşağında qısaqapanmadan tüstülənmə baş verib. Ərazidə olan şəxslər tüstülənən ərazini söndürüb.
4. “Cantəpə” ticarət mərkəzi
2011-ci ilin 18 mart tarixində, saat 13 radələrində Bakının Binəqədi rayonunda “Cantəpə” adlı ticarət mərkəzində güclü yanğın baş verib. Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın restoran, kafe, market, alış-veriş mərkəzi və banket zalı olan dördmərtəbəli binanın 4-cü mərtəbəsində başlayıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat daxil olan kimi, əraziyə 7 yanğınsöndürən maşın yollanıb. Yanğının binanın dam örtüyündə baş verdiyi ehtimal olunur.
5. “Sahil” ticarət mərkəzi
2014-cü ilin 12 mart tarixində Bakıda "Sahil" Ticarət Mərkəzində yanğın baş verib. Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb.
6. “Sədərək” ticarət mərkəzi
“Sədərək” ticarət mərkəzində də bir neçə dəfə yanğın baş verib.
2018-ci ilin 16 noyabr tarixində Bakının Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub və yanğın saat 12:28-də söndürülüb. Yanğının Yeni il malları satılan anbarda başladığı bildirilir.
2016-cı ilin 24 sentyabrında da “Sədərək” ticarət mərkəzində qısaqapanmadan yanğın baş verib. 9-cu sırada yerləşən ayaqqabı dükanında baş verən yanğın söndürülüb.
2013-cü ilin 19 fevral tarixində Bakının Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində yanğın baş verib.
Ticarət mərkəzində elektrik lövhəsi və elektrik kabelləri yanıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb olunub. Məlumatda bildirilib ki, yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.
2019-cu ilin 26 fevral tarixində “Sədərək” ticarət mərkəzində yanğın baş verib.
Məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanıb.
7. “AMAY” ticarət mərkəzi
2014-cü ilin 13 sentyabr tarixində “AMAY” ticarət mərkəzində də yanğın qeydə alınıb. Yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib.
8.Bərdədə ticarət mərkəzi
2017-ci ilin 27 noyabr tarixində Bərdə rayonunda yerləşən ticarət mərkəzi yanıb. Yanğın ticarət mərkəzində yerləşən mağazalardan birində başlayıb.
9. “Karvan” ticarət mərkəzi
2013-cü ilin 20 oktyabr tarixində Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yanğın baş verib. 16 nəfər tüstüdən xəsarət alıb. Sahibkarlara onminlərlə manat civarında ziyan dəyib, xüsusilə yanğından qızıl dükanı olan sahibkarlar zərər görüb. Fövqaladə Hallar Nazirliyinin rəsmi açıqlamasına görə, yanğın ticarət mərkəzinin 2-ci mərtəbəsində təxminən 20000 kv.m sahəni, 1-ci mərtəbəsində 2500 kv.m sahəni və 3-cü mərtəbədə 1200 kv.m sahəni əhatə edib.
10. “Park Plus” ticarət mərkəzi
2012-ci ilin 22 noyabr tarixində Sabunçu rayonunda hər mərtəbəsi 1500 kv.m olan üçmərtəbəli "Park Plus" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 210 kv.m olan sağlamlıq mərkəzində saunanın taxta üzlüyü 12 kv.m sahədə, dəhlizin və 3 otağın tavanı 102 kv.m sahədə yanıb. Sağlamlıq mərkəzinin qalan hissəsi və digər kabinetlər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.
11. “Meyvəli” ticarət mərkəzi
2016-cı ilin 26 yanvar tarixində Bakının Qaradağ rayonunda “Meyvəli” ticarət mərkəzinin ümumi sahəsi 4 kv.m olan gözətçi köşkü, yaxınlıqda dayanmış 2 ədəd "Kamaz" markalı yük avtomobilinin birinin banının taxta üzlüyü 1 kv.m, banına yığılmış 7,5 ton tərəvəz məhsulunun 100 kiloqramı, digər yük avtomobilinin taxta üzlüyü 2 kv.m, banına yığılmış 10,5 ton tərəvəz məhsulunun 150 kiloqramı və yaxınlıqda dayanmış “Hyundai” markalı minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb.
Avtomobillərin və tərəvəz məhsulunun qalan hissəsi, həmçinin yaxınlıqdakı anbar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
12. Qəbələdə ticarət mərkəzi
2015-ci ilin 8 iyul tarixində Qəbələ rayonunda ticarət mərkəzlərindən birində yanğın baş verib. Rayon ərazisində vətəndaşa məxsus ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanıb.
13. Gəncədə ticarət mərkəzi
2019-cu ilin 25 yanvar tarixində Gəncə şəhərində yanğın olub.
Hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən "Ucuzluq" ticarət mərkəzində baş verib.
Yanğın nəticəsində xəsarət alan var.
Ticarət mərkəzinin birinci mərtəbəsində baş verən yanğın zamanı oradakı əşyalar, satış üçün nəzərdə tutulan mallar yanıb.
14. “AF Mall” ticarət mərkəzi
2018-ci ilin 2 iyul tarixində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən çoxmərtəbəli binanın zirzəmisində (“AF mall” ticarət mərkəzi kimi tanınır) 2 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
15. “Diqlas” ticarət mərkəzi
2019-ci ilin 23 mart tarixində Bakı şəhəri, Nizami rayonunda güclü yanğın baş verib.
İlkin məlumata görə, yanğın ticarət mərkəzinə yaxın dönərxanaların birində baş verib, daha sonra güclənərək ticarət mərkəzinə keçib. Ticarət mərkəzi yararsız hala düşüb. Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar. Bundan əlavə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri cəlb olunub.
"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, elektrik naqillərində yaranan qısaqapanmadan başlayan yanğın qısa zamanda demək olar ki, bütün bazarı əhatə edib.
Fövqəladə Hallar Nazirliyi dərhal 3-cü dərəcəli çağırış edərək əraziyə xeyli sayda texnika və canlı qüvvə, eləcə də, 3 helikopter, eləcə də Xüsusi Riskli Xilasetmə Xidmətinin briqadalarını cəlb edib.
Eyni zamanda, hadisə yerinə 8 təcili tibbi yardım briqadası, xeyli sayda polis əməkdaşları cəlb edilib. Baku TV-nin əməkdaşları gecə saatlarında yanğın baş verən əraziyə baş çəkib, hadisə yerindəki son vəziyyətlə maraqlanıb. Ərazidə çəkiliş aparan zaman tüstülənmə müşahidə edilib. Bu səbəbdən gecə boyunca Yanğından Mühafizə Xidmətinin 3 briqadası yoxlama-nəzarət işləri aparıb.
Ərazidə olan polis əməkdaşları oğurluq və digər neqativ halların baş verməməsi üçün xidmət aparıb. Yanğından qalan isə mağazalardakı müxtəlif növ tikinti materiallarının külü və bazarın xarabalığa bənzər qalıqları olub.
Qeyd edək ki, yanğın yerinə Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. Nazir müavini jurnalistlərə açıqlamasında bildirib ki, alovun miqyası böyük olduğundan nazirliyin helikopterləri vasitəsilə 150 tona yaxın su ilə yanğına havadan müdaxilə edilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. Yanğın zamanı səkkiz nəfərə yerində ilkin tibbi yardım göstərilib. Dörd nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Yanğın tam söndürülənədək Bakı-Sumqayıt şossesində hərəkət məhdudlaşdırılıb. Yol hərəkətinin tənzimlənməsi işində DİN Baş DYP İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov şəxsən iştirak edib.
Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.