Fırıldaqçılar yeni üsula əl atıblar. Vətəndaşlara zəng edərək bildiriblər ki, pensiyanız artıb. Artan məbləği balansınıza yükləmək üçün şəxsiyyət vəsiqəsi və kart məlumatlarınızı bizə göndərin.
Fırıldaqçıların yaşlı qadının pensiya kartından pul çəkmək istəyiblər. Yaşlı qadının qızının ayıqlığı bu cəhdin qarşısını alıb.
Hadisə Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbə sakini Validə Əşrəfovanın anasının başına gəlib. Validə Əşrəfova deyir ki, dünən tanımaqdıqları nömrədən ev telefonlarına zəng gəlib. Bildirilib ki, pensiyalar 40 manat artıb. Artan məbləği karta yükləmək üçün yaşlı qadından lazimi məlumatları tələb ediblər
Validə Əşrəfova bunla bağlı Dövlət Sosial Müdafiə fonduna zəng edib. Bildirilib ki, artımla bağlı heç bir vətəndaşın evinə zəng edilmir.
Biz də həmin şəxsin mobil nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı.
Artıq Validə Əşrəfova məsələ ilə bağlı Suraxanı rayon 31-ci polis bölməsinə müraciət edib. Faktla bağlı araşdırma aparılır.
Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.
Turkustan.info xəbər verir ki, yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir. Mərhum dünən Yasamal qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, E.Əlizadə bundan əvvəl Xarici İşlər Nazirliyində çalışıb.
“Ölkə.Az” xəbər verir ki, kafedə qəhvə içən şəhər sakini küçədən keçən bir timsahı görəndə şok keçririb.
Təxminən iki metr uzunluğunda olan yırtıcı küçə ilə hərəkət edirmiş. Şəhər sakinləri bu nadir hadisəni videoya çəkmək üçün küçəyə çıxıblar.
Şahidlərin sözlərinə görə, hadisədən bir neçə dəqiqə sonra timsahın sahibi gələrək, onu minik maşınına mindirib.
Çağırışa gələn polislər yırtıcının sahibinin lazım olan bütün sənədlərinin olduğunu qeyd edib.
Bu barədə "Ölkə.Az"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Mərzili, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
"Ölkə.Az" virtualaz.org-a istinadən bildirir ki, istintaq yolu ilə müəyyən edilib ki, Fuad Quliyev özünə məxsus həyətyanı sahədə qanunsuz olaraq külli miqdarda narkotik tərkibli bitkilər əkib becərib, onlara aqrotexniki qaydada qulluq göstərib, kultivasiya edib.
Bu il iyul ayının 28-də Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində F.Quliyevə məxsus yarımtikilidə dibçəklərdə əkilmiş, yaş vəziyyətdə ümumi çəkisi 6580,0 qram olan 62 ədəd çətənə kolu aşkarlanıb.
Törətdiyi cinayət əməlinə görə F.Quliyevə qarşı Cinayət Məcəlləsinin 237.2.3-cü (Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham irəli sürülüb və barəsində Siyəzən Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Əsasən balıqçılıqla məşğul olduğunu deyən Fuad Quliyev otuz yaşından bəri narkotikə qurşanıb. Bu ilin aprelində dənizin kənarı ilə evə qayıdarkən sönmüş ocağın yaxınlığında kibrit qutusuna rast gəlib. Qutunun içərisindəki çətənə toxumlarını o saat tanıyıb. Toxumları evə gətirib, onları əkib-becərib. Sönmüş ocağın kənarından tapdığı çətənə toxumları böyüyüb ərsəyə çatdıqdan sonrasa elə Fuadın öz ocağını da söndürüb: "Kibrit qutusunu açanda içərisində çətənə toxumu olduğunu gördüm. Marixuana çəkirəm deyə çətənə toxumu olduğunu bildim. Balıq mövsümü başa çatırdı. İşlərimi yekunlaşdırdıqdan sonra çətənə toxumlarını əkməyi qərara aldım. Toxumları dibçəklərdə əkdim. İki-üç gündən bir suvardım, alaq otlarını təmizlədim, qulluq göstərdim".
F.Quliyev deyir ki, çətənə kollarını becərməkdə məqsədi gələcəkdə onları yığıb qurutmaq və asta-asta istifadə etmək olub: "Heç vaxt narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışam. Bu il iyulun 28-də həyət qapısı döyüldü. Qapını açanda gördüm ki, bir neçə polis əməkdaşları əllərində videokamera ilə dayanıblar. Mənə narkotik bitkilər əkməkdə şübhəli olduğumu dedilər və videoçəkiliş vasitəsilə həyətyanı əraziyə baxış keçirəcəklərini bildirdilər. Etiraz etmədim. Çətənə kolları əkdiyimi etiraf etdim və polisləri dibçəklərin yanına apardım".
Şahid qismində dindirilən Sevda Quliyeva ifadəsində həyat yoldaşının həyətdə çətənə kolları əkməsindən xəbərsiz olduğunu deyib: "Günorta saatlarında darvaza döyüldü, Fuad açdı. Polislərdən birinin əlində videokamera var idi, çəkiliş apardılar. Onların nəyə görə həyətimizə gəldiklərini və çəkiliş apardıqlarını başa düşmədim. Polislər həyətə baxış keçirdikdən sonra Fuadı da özləri ilə Siyəzən Rayon Polis Şöbəsinə apardılar. Fuadın həyətdəki yarımçıq tikilidə narkotik bitkilər becərməsindən məlumatım olmayıb. Onun narkotik istifadəçisi olduğunu da bilməmişəm. Ümumiyyətlə, heç vaxt mənim yanımda belə söhbət etməyib".
Məhkəmənin hökmü ilə Fuad Quliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
"Ölkə.Az"ın report-a istinadən xəbərinə görə, polis tərəfindən saxlanılan şəxslər - Yevlax rayon sakini Yasin Abdullayev və Mahmud Məmmədovdur.
Məlum olub ki, hər iki şəxs ötən gecə paytaxtın Nizami küçəsində yerləşən marketlərdən birindən spirtli içki oğurlayan zaman mağazanın işçiləri tərəfindən saxlanılıb. Onlar bu zaman üzərlərində olan bıçaqla qarşı tərəfə və küçədə olan vətəndaşlara hədə-qorxu gəlməyə başlayıblar.
Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək onları saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Bir neçə gün əvvəl Bakıda təcili yardım avtomobilnə yol vermədiyi üçün geniş müzakirələrə səbəb olan 90 SJ 100 dövlət nömrə nişanlı, “Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü ötən gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Turkustan.info xəbər verir ki, həmin videogörüntülər yayılan gün yol polisi avtomobilin sürücüsünü aşkar edib və xanım sürücünü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət edib.
Lakin sürücü İdarəyə gəlmək əvəzinə avtomobili bir neçə gün gizlətməklə məsuliyyətdən yayınmağa çalışıb. Ona görə də yol polisi sürücünü saxlaya bilməyib. Lakin bu gün avtomobil hərəkətdə olarkən 99 YP 373 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan inpektorlar tərəfindən aşkar edilib.
Yol polisi əməkdaşları sürücünü saxlayaraq ondan sənədləri tələb etsə də, xanım sürücü tabesizlik göstərərək sənədləri təqdim etməyib. Bu səbəbdən də nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Avtosfer.az-ın əməkdaşı da cərimə meydançasında olub və məlum olub ki, xanım sürücü yenə tabesizlik göstərərək heç bir sənəd təqdim etmir. Cərimə meydançasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov araşdırma məqsədilə xanım sürücüyə yaxınlaşdıqda aqressivlik nümayiş etdirərək sənədləri təqdim etməyib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Həmçinin əlavə edib ki, təcili yardım maşınının onun ardınca gəlməyə ixtiyarı yoxdur. Onun videosunu çəkib yaymaqla səhv ediblər.
Məsələ ilə bağlı yol polisi əməkdaşları raport yazıb və müvafiq olaraq sürücü barəsində tədbir görüləcək.
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika müşahidə olunur. Son sutkalar fəal daha yaxşı nəfəs almağa başlayıb, böyrəyindəki kreatin azalmağa başlayıb, temperatur normaya düşüb.
Azpost.info–nun məlumatına görə, bu barədə Turan-a hüquq müdafiəçisinin xanımı Füruzə Gülalıyeva bildirib.
Buna baxmayaraq, o hələ də komadadır. Lakin müalicədəki müsbət dinamika fəalın bu durumdan çıxacağına ümid yaradır.
Xatırladaq ki, tanınmış hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bir neçə saatdan sonra komaya düşüb. Oktyabrın 30-da Bakıda ona neyrocərrahiyyə əməliyyatı edilib.
Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türkiyəli mütəxəssislər O.Gülalıyevin müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika” xəstəxanasına köçürülüb, ertəsi gün başına yığılmış mayeni çıxarmaq üçün başqa bir neyrocərrahiyyə əməliyyatı keçirilib.
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan daxilində 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.