Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ''Ölkə.az'' -a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanda baş vermiş və uzun müddət detalları gizli saxlanılan qətlin şok təfərrüatı məlum olub.
Metbuat.az xəbər verir ki, rəqqasə Rasimə Bəşirova çalışdığı restoranda silahla başından vurularaq öldürülüb. Hadisənin “Qarabağ” restoranın sahibi Şeyda Novruzov tərəfindən törədilib. Hadisəni törətdikdən sonra restoranın sahibi ölkəən qaçdığı üçün cinayət işinin detalları illər sonra məlum olub. Cinayət materiallarından əldə etdiyimiz şok məlumata əsasən cinayət baş verən zaman müğənni Samir Bağırov, tanışı Sergey və digər şəxslər də orada olub.
Hadisə baş verən zaman restoranın sahibi sərxoş vəziyyətdə restorana qayıdaraq əsəbi halda davranıb. Restoranın sahibi rəqqasənin qulağına nəisə deyərək əsəbiləşib. Daha sonra içki bakalını rəqqasənin başına vurraraq onu ağır yaralayıb. Bununla ürəyi soyumayan restoran sahibi tapançanı çıxararaq rəqqasəni başından atıb.
"Ölkə.Az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Düşmən bölmələrinin atəş nöqtələrinə qarşı cavab atəşi açılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qayınatası ölüb.
“Qafqazinfo”xəbər verir ki, nazirin qayınatası 1956 cı-il təvəllüdlü İsmayılov Maarif Əziz oğlu vəfat edib.
Qeyd edək ki, M.İsmayılov ürək xəstəliyindən əziyyət çəkirmiş.
O, Təcili Tibbi Yardım maşını ilə, Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılarkən yolda ölüb.
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, söhbət paytaxtımızda fəaliyyət göstərən “Sofra” restoranından gedir.
Sözügedən məkanın mətbəxində məişət əşyalarının içində siçanlar məskən salıblar.
Şahidlər tərəfindən redaksiyamıza göndərilən fotolardan aydın olur ki, heyvanlar burada özlərini heç də yad kimi hiss etmirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 10-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
"Ölkə.Az" bildirir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov xuliqanlıq ittihamı ilə həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişova qarşı humanist addım atıb.
Belə ki, V.Eyvazovun göstərişi ilə Q.Vəlişov torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdəki iştirakı nəzərə alınaraq həbsdən azad edilib və istintaq müddətində polisin nəzarətinə verilib.
Qeyd edək ki, Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirli bilinir.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
“Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb!”
Bu barədə Qarabaz Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu bildirib.
O, Qadir Vəlişov haqqında açılan cinayət işinin şər-böhtan olduğunun aşkara çıxacağına ümid etdiyini bildirib.
“Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilmişdi.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Q.Vəlişov Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyevin şikayəti əsasında həbs edilib. DİN-in məlumatında bildirilib ki, Qadir Vəlişov onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırıb, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib”.
Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilmişdi. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Yaxınları isə bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib.
Q.Vəlişov Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb. 15 ilə yaxın hərbi hissə komandiri olan polkovnik 2016-cı il aprel döyüşlərində ağır yaralanıb. O, Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçilərdən biri kimi tanınıb.
Bu əməliyyat zamanı yaralandıqdan 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub.
Qadir Vəlişov “Aprel döyüşləri”ndən sonra Ali Baş Komandan tərəfindən qəbul edilib, mükafatlandırılan zabitlərdən biridir.
Q.Vəlişov Naxcıvanski adına Hərbi litseydə bir müddət rəis müavini vəzifəsin icra edib, 6 ay öncə Silahlı Qüvvələrdən tərxis olunub. (modern.az)
Bu gün intihar xəbəri yayılan Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu barədə ilginc faktlar əldə etmişik.
Turkustan.info xəbər verir ki, özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan Nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyük uğurlar əldə etsə də, bu fəaliyyətini davam etdirə bilməyib, ailə vəziyyəti ilə əlaqədar Bakıya qayıdıb. Bundan sonra Nərimanov İcra Hakimiyyətində çalışıb. İntihar etdiyi gün 41 yaşını qeyd edib.
Ad gününü həm dostları, həm iş yoldaşları ilə birgə təmtəraqlı qarşılayıb. Hətta Bakıda rəsmi səfərdə olan Rusiyanın Astarxan vilayətinin qubernatoru da onun ad gününə təşrif buyurub.
Qonaqları yola salandan sonra ailəsi ilə doğum günü tortunu kəsib.
Məlumata görə, həmin gecə həyat yoldaşını və iki övladını bağa göndərib, sonra isə yaşadığı evdə intihar edib.
İlkin məlumata görə, intihar ailə münaqişəsi zəminində baş verib. /BakuPost/
1980-ci il təvəllüdlü Elvin İltiham oğlu İsayev Ukraynada miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 12 dekabr 2019-cu il tarixdə qayıdış şəhadətnaməsi əsasında Azərbaycana deport edilib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, E.İsayevin mövcud vəziyyəti ilə əlaqədar zəruri ehtiyaclarının ödənilməsi üçün DMX-yə müraciəti təmin olunaraq könüllü tibbi müayinədən keçirilməklə müvəqqəti sığınacaqla təmin edilib.
Eyni zamanda, Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar E.İsayev dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.
Turkustan.info Musavat.com-a istinadla xəbər verir ki, 39 yaşlı Elvin İsayev son aylar bloger kimi fəaliyyət göstərib. O öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir etməklə gündəmə gəlib. E.İsayev 2001-ci ildə Şimali Osetiyada Rusiya vətəndaşlığını alıb. O, bu ilin yay aylarında Petro-Slavyankada yerləşən evinin yaxınlığında saxlanılmışdı. Ona qarşı Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi (əcnəbi vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasına giriş qaydasını, yaxud ölkədə qalma rejimini pozması) üzrə ittiham irəli sürülmüşdü.
Avqustun 26-da E.İsayevlə bağlı keçirilən məhkəmə zamanı azərbaycanlının Rusiya vətəndaşı olmadığı haqqında qərar qəbul edilib, onun 2001 və 2014-cü illərdə aldığı pasportlar etibarsız elan olunmuşdu.
“E.İsayev Rusiya Federasiyasının vətəndaşlığına qəbul haqqında bəyanatla lazımi qaydada Rusiyanın ərazisindəki səlahiyyətli orqanlara və bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinə müraciət etməyib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə E.İsayevin Azərbaycan vətəndaşı olduğu bildirilir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərar çıxarır ki, Azərbaycan vətəndaşı E.İsayev Rusiya Federasiyasının ərazisində xarici vətəndaşların ölkədə qalma rejimini kobud şəkildə pozub”, – deyə məhkəmənin qətnaməsində bildirilib.
Sankt-Peterburqun Dzerjin rayon məhkəməsi 1980-cı il təvəllüdlü İsayev Elvin İltiham oğlunu inzibati qanun pozuntusunda təqsirli bilib və ona 5 min rubl dəyərində cərimə və ölkədən çıxarılma şəklində inzibati cəza təyin etmişdi.
Hazırda Azərbaycanda saxlanılan Elvin İsayevi nə gözləyir?
Deputat Fazil Mustafa bildirib ki, Elvin İsayev məhkəmə qarşısına çıxarılacaq:
“Miqrasiya məcəlləsinin tələblərini pozduğuna görə deport edilib və buna görə də məsuliyyət daşıyacaq. Yayılan məlumata görə o, cinayət məsuliyyətinə cəlb edilib. Ancaq motivlər açıqlanmadığı üçün bir şey söyləmək çətindir. Söyüş söymək təhqir kateqoriyasına daxildir. Yəqin ki, buna görə də məsuliyyət daşıya bilər. Çünki heç bir vətəndaşı təhqir etmək olmaz”.
Bəs cəza alacağı təqdirdə hüquq müdafiəçiləri Elvin İsayevi müdafiə edəcəkmi?
Novella Cəfəroğlu Elvin İsayevi müdafiə etmək fikrində olmadığını deyib:
“Söyüş söyən heç bir şəxsi müdafiə etmək fikrində deyiləm. Sən bir şeyi bəyənmirsənsə, onu tənqid edə bilərsən. Eləcə də hakimiyyəti bəyənmirsənsə, konkret faktlar göstərməklə tənqid et. Təhqir isə yolverilməzdir. Özümə söz vermişəm ki, kimliyindən asılı olmayaraq, təhqirə yol verən, söyüş söyən şəxsin hüquqlarını müdafiə etməyəcəyəm”.