Sevgilisi ilə vidalaşıb özünü öldürdüBakıda intihar hadisəsi baş verib.

"Ölkə.Az" bakupost.az-a istinadən xəbər verir ki, Zabrat qəsəbəsində 15 yaşlı Murad adlı yeniyetmə özünə qəsd edib.

Məlumata görə, o, intihar etməzdən əvvəl sevdiyi qızla görüşüb.

Qeyd edək ki, Murad 192 saylı məktəbin 10-cu sinif şagirdi imiş.

Bakıdan havaya qalxan təyyarə təcili eniş etdiBakıdan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə bu gün saat 07.40-da Volqoqrad hava limanına təcili eniş edib.

“Ölkə.Az” Report-a istinadən xəbər verir ki, Rusiya vətəndaşı olan 54 yaşlı sərnişin bayılıb. Ona hava limanında təcili tibbi yardım heyəti tərəfindən yardım göstərildikdən sonra həmin şəxs özünə gəlib və xəstəxanaya çatdırılıb.

Təyyarə yoluna davam edərək mənzil başına çatıb. 


Ağdaş rayonunda hündürlüyü 10 m olan, Yeni il şənliyi üçün quraşdırılan süni şam ağacı yanıb.

FHN-in saytı xəbər verir ki, ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aydın Bəşirov Türkiyədə vəfat etdi

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov vəfat edib. "Qafqazinfo" bildirir ki, bu barədə BakuPost-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, 1947-ci il təvəllüdlü A.Bəşirov bu gecə Türkiyədə xəstəxanaların birində dünyasını dəyişib.

O, iki həftə əvvəl ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər əməliyyata hazırlayırmış, lakin bu, mümkün olmayıb, gözlənilmədən komaya düşüb və ayılmayıb.

 

 

 
Oqtay Gülalıyev hər iki gözünü açıbTürkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.

"Ölkə. Az" trend-ə istinadən xəbr verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib:

"Atam uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".

Bir neçə gün bundan öncə O.Gülalıyev sağ gözünü də açıb.

Xatırladaq ki, O.Güləliyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub.

Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.

Xankəndinin və Kərkicahanın işğalından 28 il ötür…

Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür.

Dağlıq Qarabağın mərkəzi şəhəri olan Xankəndinin əhalisinə qarşı etnik təmizləmə əslində 1989-cu ildən başlanıb. Burada yaşayan, işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulub. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib.

İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaradılmış polis və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.

Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.

1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin ermənilər tərəfindən işğalı başa çatıb.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, 10 dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid 5 sex və digər məişət-iaşə obyektləri dağıdılıb.

Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3 nəfər qadın, 2-si isə azyaşlı uşaq olub.

Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi Xankəndindən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə ediliblər. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını prioritet olaraq müəyyənləşdirib. Bir neçə gün öncə Sumqayıtda açılmış qəsəbə bu kateqoriyadan olan 1000 ailənin mənzil-məişət şəraitinin yaxşılaşmasına imkan verəcək, beləliklə, indiyədək yeni ev və mənzillə təmin olunmuş məcburi köçkünlərin sayı 300 minə çatacaq. Dövlətimizin başçısı yeni ildə də bu sahədə mühüm tədbirlərin görüləcəyini bəyan edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Bakı və Sumqayıtda qəzalı və ağır binalarda məskunlaşmış məcburi köçkünlərlə bağlı işin sürətləndirilməsi üçün tapşırıq verib və onun icrasına nəzarət edir. (cebhe.info)
Oğlundan Əli Həsənovla bağlı açıqlama

Dünəndən Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılmasına dair sosial şəbəkələrdə məlumatlar yayılıb.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Əli Həsənovun oğlu Şamxal Həsənli açıqlama verib.

O bildirib ki, sözügedən məlumatlar əsassızdır: “Atam ürəyindən əməliyyat olunduğuna görə ildə bir neçə dəfə həkim nəzarətindən keçmək üçün Avstriyaya gedir. Dekabrın 25-də növbəti müayinə üçün atam yenidən bu ölkəyə gedərək həkim müayinəsindən keçib. Səhhəti ilə bağlı hər şey qaydasındadır və inşallah, dekabrın 29-u ölkəyə, Bakıya qayıdacaq”.
“Mehman Hüseynov döyülübsə, polisə müraciət etsin” — Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi bloqer Mehman Hüseynovun polislər tərəfindən saxlanılaraq döyülməsi haqda yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov Trend-ə bununla bağlı danışıb.

O, bildirib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır:
"Dünən gecə saat saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər.

Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır.

Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”
Ordumuz dəhşətli silahla 7 erməni terrorçusunu məhv edib — VİDEOKönüllü olaraq cəbhəyə, ordumuza qarşı vuruşmağa yollanan 7 erməni məhv edilib.
Azərbaycan Silahlı Qüvvələrinin kamikadze PUA-sı - “Harop” düşmənin arzusunu ürəyində qoyub.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu tərəfindən “Harop”lardan istifadə edilib. Nəticədə bir çox vacib düşmən hədəfləri dəqiqliklə vurulub.
Daha ətraflı videodan izləyin:

Yol polisi sürücüdən rüşvət istəyir - VideoSosial şəbəkələrdə yol polisinin yük maşını sürücülərindən rüşvət istəməsi ilə bağlı video yayılıb.

“Qafqazinfo” Oxu.az-a istinadən xəbər verir ki, videoda YPX əməkdaşı bir neçə dəfə “maşını 10 manatdır” deyərək, sürücüdən 30 manat istəyir. Sürücü ona 15 manat təklif etsə də, yol polisi əməkdaşı bununla razılaşmayıb.

Polis bildirib ki, pulu verməyəcəyi təqdirdə yük maşını tərəziyə çıxanda əlavə yük boşaldılacaq.

Videonun Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehdiyev olduğu qeyd edilib.

***

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə ilə bağlı xidməti yoxlamalara başlanılıb: “Yoxlamaların nəticəsinə uyğun olaraq qərar veriləcək”.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Rüfət Quliyev də qeyd edib ki, müvafiq qurum tərəfindən videogörüntüyə baxış keçirilib: “Hazırda araşdırma aparılır, yekunda məsələyə hüquqi qiymət veriləcək”.