Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 10-da Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
"Ölkə.Az" xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, hazırda Dövlət Komitəsinin nümayəndələri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə araşdırmalara başlayıb:
“Bizim tərəfimizdən araşdırma monitorinq komissiyaları vasitəsilə aparılır. Araşdırmalar hüquq-mühafizə orqanları ilə birlikdə həyata keçirilir. Prosesə hüquqşünas və psixoloqlar da cəlb olunub. Hazırda itkin düşən Xəyalə Həsənovanın yaşadığı yerdə müəyyən şəxslərdən izahatlar alınır. Araşdırmaların nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, Şəmkir rayonunda 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Milli.az xəbər verir ki, bu barədə Zaur Baxşəliyev "Bizimləsən"də məlumat verib.
Xəbərə görə, 15 yaşlı bir qızı evlənmək adı ilə 37 yaşlı bir şəxs qaçırdaraq Bakıya gətirib.
Sonra başını qırxaraq küçəyə buraxıb.
"Ölkə.Az" Baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri "İctimai" kanalına açıqlamasında Dondar Quşçu kəndinin ağsaqqalı Yunis Abdıyev deyib.
O bildirib ki, bu cinayətin üstü açılmalı, cinayətkar layiqli cəzasını almalıdır.
Nərminin müəllimi Rəna Yusibova da şagirdi ilə bağlı danışıb. O bildirib ki, Nərmin çox tərbiyyəli, ağıllı uşaq olub:
"Dərsinə vaxtaşırı davam edib. Sinifdə heç bir problemi olmayıb. Yaxşı uşaq olub".
Aparılmış araşdırmalarla Nərmin Quliyevanın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib.
Verilən məlumata görə, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
X.Həsənovanın əlamətləri belədir: boyu 167 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi.
Evdən çıxan zaman onun əynində göy cins şalvar, qırmızı gödəkcə, başında papaq, ayağında qara rəngli çəkmə olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (055) 235-76-06 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
İranda ağır yol- nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun “Press TV”yə istinadən verdiyi xəbərə görə, Mazandaran əyalətində Tehran-Kunbed istiqaməti üzrə hərəkətdə olan sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə, 20 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilir.
"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.
İttihama görə, hadisə ötən il mayın 16-da Abşeron rayonunun Fatmayi qəsəbəsində baş verib. Belə ki, 22 yaşlı Şəmil Abdullayev həyat yoldaşı, 19 yaşlı Səbinə Atababayeva ilə qayınatasının evində mübahisə edib.
Bu zaman kişi həyat yoldaşına bir neçə bıçaq zərbəsi vurub. Qadın ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
8 bıçaq xəsarəti alan qadın əməliyyat olunub. Əməliyyat zamanı qarın nahiyyəsindən xəsarət alan hamilə qadının bətnində olan uşağı xilas etmək mümkün olmayıb. Ana bətnindən vaxtından tez götürülən uşağ dünyasını dəyişib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Ş. Abdullayevlə S. Atababayeva ailə həyatı qurduqdan sonra Ağstafa rayonunda yaşayıblar. Ailədə tez-tez mübahisə olduğundan məlum hadisədən bir müddət əvvəl Səbinə Atababayevanın valideynləri onu gətirərək Fatmayi qəsəbəsinə gətirərək öz yanlarında saxlayıblar.
Hadisəni törədəndən sonra qaçan Şəmil Abdullayev bir neçə gün sonra həbs olunub.
Qeyd olunur ki, Şəmil Abdullayev hadisə baş verən gün qayınatasının evinə gəlib və arvadını öz evinə aparmaq istəyib. Amma Səbinə Atabayayeva getmək istəməyib. Bu səbəbdən onların arasında qanlı mübahisə yaranıb. Mübahisə sonda qanlı cinayətin baş verməsi ilə nəticələnib.
İstintaq orqanı tərəfindən 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.
"Ölkə.Az" xəbər verir ki, Səbail Rayon İcra hakimiyyətindən Trend-ə bildirilib ki, hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerindədir.
Bakının Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində yenidən sürüşmə qeydə alınıb.
“Ölkə.Az” xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, gecə və səhər saatlarında duman olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 9-10-da Abşeron yarımadasında tutqun, rütubətli hava şəraitinin və arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.