Son xəbərlər

24 cinayətin üstü “isti izlər”lə açılıbRespublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 24 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

20 Yanvar faciəsindən 30 il ötür

Bu gün Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 30-cu ildönümüdür.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Sabah qar yağacaqSabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, yanvarın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, duman olacağı gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 18-də hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə yanvarın 18-də Abşeron yarımadasında xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Gəncədə polislə silahlı qarşıdurmaDaxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, bu istiqamətdə keçirilən növbəti əməliyyat-axtarış tədbirləri zamanı Gəncə şəhər sakinindən silah və narkotik aşkarlanıb.

Məlumatda bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə şəhər sakini, 34 yaşlı Əli Məmmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi, silah-sursat daşıması ilə bağlı əməliyyat məlumatı daxil olub. Daxil olmuş məlumat ilə əlaqədar Ə. Məmmədov şəhər ərazisində idarə etdiyi avtomobil ilə birlikdə saxlanılıb Baş Polis İdarəsinə gətirilən zaman o, polis əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək hadisə yerindən qaçarkən asayiş keşikçilərinə müqavimət göstərib. Nəticədə bir nəfər polis əməkdaşı yüngül xəsarət almışdır.

Şübhəli şəxs saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükülüdə 1.2 qram çəkidə psixotrop maddə hesab edilən “metamfetamin” aşkar edilərək götürülüb. Ə. Məmmədova məxsus “Nissan-Maxima” markalı avtomobildən isə soyuq silah hesab edilən 2 ədəd iri ölçülü bıçaq və xəncər, 1 ədəd nömrəsi silinmiş tapança, həmin silaha aid 5 ədəd patron, bir ədəd sandıqca və 1 ədəd selofan bükülüdə çəkisi 9.5 qram psixotrop maddə hesab edilən “metamfetamin”aşkar olunub.

Davam etdirilən tədbirlərlə Ə. Məmmədovun avtomobilindən düşüb qaçan şəxsin şəhər sakini , əvvəllər məhkum olunmuş 34 yaşlı Kamran Rzayev olması müəyyən edilərək saxlanılıb. İlkin dindirilmə zamanı o, Əli Məmmədovdan narkotik maddə almaq üçün görüşdüyünü etiraf edib.

Bakıda naməlum kişi meyiti tapılıb.
 
Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Küçədə təxminən 55-65 yaşlarında kişi meyiti aşkar edilib.
 
Meyitin ilkin müayinəsi zamanı naməlum şəxsin qəbul etdiyi alkoqollu içkidən zəhərlənərək öldüyü məlum olub.
 
Meyitin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.   /APA/

Rusiyadan anası tərəfindən zorla Bakıya gətirildiyi iddia olunan 18 yaşlı Sevgiya Sübhani İsmayılova Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən edilib.

Bu barədə jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib.

O bildirib ki, gənc qız paytaxtda yerləşən sığınacaqlardan birinə yerləşdirilib.

“Hazırda Sevgiya Sübhani İsmayılova mühafizə altındadır. Sağlamlığı qaydasındadır. Bütün zəruri təbirlər görülüb, hüquqi yardım göstərilib”, – deyə E.Hacıyev bildirib.

Qeyd edək ki, Rusiya mətbuatının yazdığına görə, Krasnoyarsk sakini olan qadın cinsi orientasiyasını dəyişdiyini etiraf edən 18 yaşlı qızı Sevgiya Sübhani İsmayılovanı zorla Bakıya gətirərək, sənədlərini, telefonunu və antidepresantlarını əlindən alıb.

Milliyyətcə azərbaycanlı olan S.İsmayılova Rusiyanın Norilsk şəhərində dünyaya gəlib, ancaq Krasnoyarsk şəhərində yaşayıb.

O, Krasnoyarsk Dövlət Tibbi Universitetində oxuyur. Ana ilə münaqişə qızın öz cinsi orientasiyasını elan etməsindən və Polina adlı rus sevgilisi barədə etiraflardan sonra başlayıb.   /Cebhe.info/

Rusiyadan 38 azərbaycanlı deportasiya edildiRusiya Federasiyasının Sverdlovski vilayətindən ötən il ərzində 38 azərbaycanlı deportasiya olunub.

"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, Yekaterinburq ərazisindən ölkələrinə göndərilən azərbaycanlılar Rusiyanın miqrasiya qanunlarını pozublar.

Ərazidən il ərzində ümumilikdə 2200 qanunsuz miqrant çıxarıldığı bildirilir.

65-nin uşaq olduğu xarici vətəndaşların 1880 nəfəri biletlərini özləri alıb, qalanlarının xərcləri isə Rusiya Federasiyasının büdcəsi hesabına ödənilib.

Rusiya Federasiyasının miqrant qanunlarını pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur, onlar cərimə ödəməklə ölkə ərazisindən çıxarılır və beş il müddətində həmin dövlətə qayıda bilmir.

Bakıda məktəb şagirdlərini daşıyan avtobus qəzaya düşdüBakıda marşrut avtobusu qəzaya uğrayıb.

"Ölkə.Az" Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib.

107 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan "Mercedes" markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı mikroavtobusda olan, 322 saylı orta məktəbin şagirdləri-2007-ci il təvəllüdlü Məmmədova Fatimə İlqar qızı, 2007-ci il təvəllüdlü Məcdinov Nihad Elçin oğlu müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına, 2004-cü il təvəllüdlü Nəcəfova Fəridə Zahir qızı 14 saylı Birləşmiş Şəhər Xəstəxanasına, 2002-ci il təvəllüdlü Hüseynli Sevil Habil qızı isə 10 saylı təcili tibbi yardım stansiyasına aparılıb.

Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin anası qızının ölümündə şübhəli bilinən İlkin Süleymanla yanaşı onun anasını və bacılarını günahlandırıb.

Turkustan.info news24.az-a istinadən xəbər verir ki, Aynurə xanım Nərminin 47 gün o evdə saxlanılmasından ailənin xəbərdar olduğunu bildirib:

“Qatilin özü yoldaşımın sinif yoldaşı olub, atası yoldaşımın müəllimi olub, dərs keçib. Biz heç inanmırıq, Allah haqqı şokdayıq ki, elə bir ailədən elə bir uşaq çıxarmı? Saatlarla, dəqiqələrlə yoldaşımla evin qabağında oturub söhbət ediblər. Qızım yandırılan günü onun əmisi oğlu Murad mənə təsəlli verib, hələ çıxarıb pul da verib.

Bütün ailə bilirmiş. Hələ mənim qızım oradan qaçanda qonşular eşidib, heç kimə xəbər etməyiblər. Qaçanda tutub qaytarıblar. Anası da bilirdi, bacıları da. Necə yəni, oğlun bomboş evə çıxır, soruşmadınmı niyə çıxırsan? Pampers alıb çıxır, bəs demirsən ki, ay oğul, evdə çağamız yox, körpəmiz yox, o pampers niyə almısan?

Deyirlər ki, anası bilir, mənim uşağımı evə anası salıb, oğlu da yuxarıda buz kimi yerdə saxlayıb. Deyilənə görə, televizoru da yuxarı evə çıxarıbmış.
Onun fikri böyük qızımı aparmaq olub, ayılanda görüb ki, o qız deyil. Deyirlər ki, qatil xəstə uşaqdı. Xəstədirsə, niyə özləri nəzarət etmirdi, niyə öz bacısı-qardaşı uşaqlarına elə etmədi?

Öldürmüşdün, qoyaydın gözəlliyini özüylə aparardı, balamı niyə yandırdın? Düz qapımın ağzında yandırdın. Sən bu uşağa günlərlə zülm etdin, yandıranda Allahdan qorxmadınmı?

Hər tərəfim düşməndir, sağım düşmən, solum düşmən, hər addımım düşmən. Ona elə bir ölüm verilsin ki, mənim balamın günlərlə çəkdiyi əzabları o da yaşasın, mən də rahatlanım”.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

BAKU.WS

VİDEO

Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin hakim oğlu Ramin Quliyevin səhhətində yaranan problemlə bağlı bülletenə çıxdığı bildirilir.

Bir müddət əvvəl isə Nərimanov Rayon Məhkəməsində hakimin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub.

Məsələni dəqiqləşdimək üçün Ramin Quliyevlə əlaqə saxladıq. O, Modern.az-a açıqlamasında mətbuatdan onu narahat etməməsini xahiş edib.

“Yaxşıyıq-pisik, işdəyəm, ya deyiləm. Buna görə kimsə narahat olmasın və məni də narahat etməyin”, – deyərək dəstəyi asıb.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabr tarixində Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs olunub. Daha sonra o, ölkə başçısının sərəncamı icra başçısı vəzifəsindən çıxarılıb.

Nizaməddin Quliyevin digər oğlu Ramal Quliyev özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində tutduğu vəzifəsindən azad olunub.