Dünya yeni təhlükəli virusla üz-üzə qalıb. Artıq Çində koronavirus infeksiyalarına yoluxanların sayı 830-nı, bu virus nəticəsində ölənlərin sayı isə 26-i ötüb.
Turkustan.info bildirir ki, koronavirusun qeydə alındığı Çinin Hubei əyalətində giriş-çıxışın məhdudlaşdırıldığı şəhərlərin sayı 9-a çatıb. Uhan şəhərindən sonra Eçjou, Xuanqan, Syantao, Çjiçzyan, Çyançzyan, Xuanşi, Enşi və Syannin şəhərlərinə də giriş-çıxış bağlanıb.
Ötən gün səhər saatlarından Uhan şəhərində ən ciddi karantin elan olunub. Uhanda metro işini dayandırıb, şəhərə sərnişin avtobusları buraxılmır, hava limanından və dəmiryol vağzallarından gediş-gəliş təxirə salınıb. Rəsmi dairələr xüsusi hallar olmadığı təqdirdə şəhərə getməyi tövsiyə etmir.
Azərbaycan necə, bu qorxulu virusla mübarizəyə hazırdırmı?
Qeyd edək ki, hazırda “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan həftədə iki dəfə (II və VII günləri) Çinin paytaxtı Pekin şəhərinə və iki dəfə (III və VII günləri) Quançjou şəhərinə uçuşlar yerinə yetirir. Bu səbəbdən virusun Azərbaycanda yayılma təhlükəsinin olub-olmamasını araşdırdıq.
Səhiyyə Nazirliyi: Ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb
Məsələ ilə bağlı APA-ya açıqlama verən Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib ki, hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitdir və heç bir xəstəliyin alovlanması yoxdur: “Viruslarla bağlı təhlükə hər zaman və hər bir ölkə üçün var. Çünki sərhədlər açıqdır, gediş-gəliş də var, hər şey ola bilər. Sadəcə epidemioloji nəzarət sistemi yaxşı işləməlidir ki, bunun qarşısı alınsın. Bizdə bu sahədə həm təşkilati qurumlarımız, həm kadrlarımız, həm də laboratoriyalarımız var. Səhiyyəmiz buna hazırdır”.
V.Qasımov deyib ki, Səhiyyə naziri ötən ilin axırında bununla bağlı əmr verib, bütün hazırlıq işləri görülüb: “Qorxulu olan təkcə koronavirus deyil, digər viruslar da var. Bunlar hamısı oxşar viruslardır. Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb”.
V.Qasımov qeyd edib ki, hazırda ölkədə mövsümi xarakterli olan və bütün Avropa ölkələrində, o cümlədən də Azərbaycanda yayılan qrip virusudur. Koronavirusla bağlı isə ölkədə sakitlikdir.
Sektor müdiri viruslara yoluxmamaq üçün əhaliyə əlləri tez-tez yumağı, xəstələnən zaman həkimə müraciət etməyi, xəstə vəziyyətdə işə getməməyi, maskalardan istifadə etməyi məsləhət görüb.
Gömrük-sərhəd buraxılış məntəqələri gücləndirilmiş rejimdə fəaliyyət göstərir
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə saytın sorğusuna cavabında bildirib ki, insanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə, son günlər Çin Xalq Respublikasının Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır: “Gömrük-sərhəd buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simptomları olan fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir.
Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün yerlər ayrılıb. Zəruri əşyalarla təmin edilən həmin yerlərdə xəstələrin müayinəsinə lazımi şərait yaradılıb. Həmçinin, nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirlərinin aparılması da həyata keçirilir”.
N.Axundov deyib ki, eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin “baş bəyannaməsi” sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir: “Bundan başqa, Səhiyyə Nazirliyi, digər müvafiq dövlət qurumları, habelə şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün müəyyən edilən mütəmadi əlaqə mexanizmlərinə uyğun olaraq müvafiq işlər həyata keçirilir”.
Xatırladaq ki, Azərbaycanın Səhiyyə Nazirliyi bir neçə gün əvvəl Çində yeni yayılmış koronavirusun səbəb olduğu sətəlcəmin alovlanması ilə əlaqədar əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nazirlik beynəlxalq səfərlər və ticarət əlaqələri zamanı vətəndaşları diqqətli olmağa çağırıb:
“31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. 9 yanvar tarixində Çin hökuməti mediaya bu viruslu sətəlcəmin indiyə qədər aşkar edilməmiş yeni bir koronavirus səbəbindən baş verdiyini bildirib. Koronaviruslar soyuqdəymədən tutmuş Orta Şərq Respirator Sindromu və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Sözügedən ərazidə baş qaldıran xəstəliyin kliniki simptom və əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərdə döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunub. İlkin tədqiqatlar göstərir ki, xəstəlik insandan insana ötürülməyib. Sətəlcəmin səbəbi yeni koronavirus kimi görünsə də, ötürülmə potensialı və şəkli hələ də naməlumdur.
Ona görə xəstəliyin baş qaldırdığı bölgələrə və ya bölgələrdən (hazırda Vuhan şəhəri) səfər edərkən kəskin respirator xəstəlik riskini aşağıdakı vasitələrlə azaltmaq məqsədəuyğun hesab edilir:
Kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasda olmamaq;
Əlləri mütəmadi yumaq, xüsusilə xəstə insanlar və onların ətraf mühiti ilə birbaşa təmasdan sonra;
Canlı və ya ölü ferma, yaxud da vəhşi heyvanlarla yaxın təmasdan çəkinmək;
Kəskin respirator infeksiyanın simptomlarını daşıyan sərnişinlər öskürərkən məsafə saxlamalı, öskürərkən və asqırarkən ağızlarını birdəfəlik istifadə üçün dəsmalla bağlamalı, əllərini yumalıdırlar”. /Yeni Sabah/
"Ölkə.Az" Xəzər TV-yə istinadla xəbər verir ki, həmin anlar obyektin müşahidə kamerasına da düşüb. Görüntülərdən cinayət törədən şəxsin obyektdə çox rahat gəzdiyi, hətta güzgünün qarşısında paltarını düzəltməyi diqqətdən qaçmayıb. Ən maraqlısı isə gözəllik salonundan çıxma anıdır.
Əvvəl ətrafa göz gəzdirir daha sonra qapını dəmir linglə qırıb içəri daxil olur.
Cinayət bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində gözəllik salonlarından birində baş verib. Obyektin sahibi səhər işə gəldikdə qapının açıq, içərinin isə dağınıq olduğunu görüb.
Gözəllik salonunun müşahidə kamerasının görüntülərinə baxış keçirərkən aydın olub ki, 30-35 yaşlı bir nəfər dəmir linglə qapını açıb içəri daxil olur. O, kassaya yaxınlaşıb çox rahat şəkildə pulları çıxararaq masanın üstünə düzür. Daha sonra isə digər dolabları açıb baxır. Bu arada həmin vaxt fürsət taparaq güzgünün qarşısında dayanıb paltarını da düzəldir.
Obyektin sahibi dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə gələn 5-ci polis bölməsinin əməkdaşları əl-barmaq izləri götürüb və kameranın yaddaşındakı görüntülərə baxış keçiriblər. Zərərçəkmişlərin sözlərinə görə, naməlum şəxs oradan 700 manat nağd pul və bir ədəd mobil telefon oğurlayıb. Həmin şəxsin gözəllik salonundan çıxıb getməsi də olduqca maraqlıdır. O, bu çirkin əməlini fişəng yandıraraq sanki qeyd edir.
Qeyd edək ki, həmin şəxs gözəllik salonunun yaxınlığında da bir neçə mağazadan oğurluğa cəhd edib. 5-ci polis bölməsindən bildirdilər ki, şübhəli şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.
APA-nın verdiyi məlumata görə, yanvarın 23-ü gecə saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
Qusarın Ləzə kəndində temperatur mənfi 17 dərəcəyədək düşüb.
Ən çox qar Qusar rayonu ərazisində qeydə alınıb. Rayonun Ləzə kəndində qarın hündürlüyü 15 santimetrə çatıb.
Qubanın Xınalıq kəndində 6, Qırızda 7, həmçinin Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 2 santimetrdir.
Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.
"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bununla bağlı iki valideynin whatsapp sosial şəbəkəsində səsi yayılıb.
İddia olunur ki, paytaxtın İlqar Əliyev adına 96 saylı tam orta məktəbin həyətində təxminən 45-50 yaşlı qadın uşaqlara yaxınlaşıb, onları dilə tutaraq oğurlamaq istəyib. Bu zaman orada olan digər valideynlər qadına mane olublar.
Bildirilib ki, qadından başqa, məktəbin qarşısında avtomobildə bir neçə kişi də olub. Həmin şəxslərin qadınla əlbir olduqları iddia edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar İdarənin nəzarətinə götürülüb.
"Tərəfimizdən müvafiq araşdırmalar davam etdirilir”, - o deyib.
Minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub.
Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir.
Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.
"Ölkə.Az"ın xəbərinə görə, o, Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə də ittiham olunur.
Bundan əvvəl İ.Süleymanov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdı.
İ.Süleymanov Tovuz Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Sabunçu Rayon Məhkəməsinin inzibati binasında onun şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, İ.Süleymanovun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
"Gəncə şəhərində yerləşən uşaq evlərinin birində uşaqları iplə bir-birinə bağlayır, onlara gələn yardımları mənimsəyirlər".
“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış iddmançı Kamil Zeynallı sosial şəbəkədə video paylaşaraq qeyd edib.
O, bildirib ki, Gəncədəki uşaq evlərinin birində uşaqlar natəmiz şəraitində saxlanılır:
“Mən lazımi qurumlardan xahiş edirəm ki, Gəncədə yerləşən uşaq evində yoxlama aparsınlar. Mənə bir neçə ayda onlarla insan yazır ki, Gəncə şəhərində yerləşən uşaq evində uşaqlara heç də yaxşı baxmırlar. Uşaqlar “pinti” şəraitdə yaşayır, işçilər onlara gələn payları mənimsəyərək çox vaxt özlərinə götürürlər. Bilirəm ki, bunu heç vaxt boyunlarına almayacaqlar.
Gəncə Şəhər İcra başçısından xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşsın. Oranın müdirəsini, işçilərini dəyişmək lazımdır. Onlar ora gələn insanlarla çox vaxt söyüşlə, təhqirlə danışırlar. Bir neçə nəfər bir dəfə yardım aparıb uşaq evinə, səhəri gün gedib görüb ki, həmin paylar orada yoxdur. Bundan əlavə uşaqları da bir-birinə iplə bağlayıblar. Bu videoda da açıq aydın görünür. Gəncə Səhiyyəsinin də bundan yaxşı xəbəri var, özlərini qoyublar korluğa”.
"Medicina.az bildirir ki, dünyada infeksiya törədicilərinin yayılma mənbələrindən biri də manikür salonlarıdır.
QİÇS, stafilakokk, streptokokk, hepatitlər qan və yara ilə keçdiyi üçün dərinin və dırnağın cüzi bir zədələnməsi ilə də insandan insana ötürülür.
Belə ki, QİÇS və hepatitli xəstə manikür etdirdikdən sonra manikür alətləri düzgen dezinfeksiya olunmadığından üzərində qanla birgə həmin viruslar qalır və növbəti müştərinin dırnaq əti qanayarsa, o yaradan keçir.
İstənilən alət üzərində qan izində virusların yaşam müddəti 12 saatdır.
Ona görə də manikürü ya öz alətlərinizlə, ya da ciddi salonlarda alətlər sterilizasiya edilən, paketdən yanınızda açılan yerlərdə etdirməlisiz.
Manikür zamanı QİÇS və ya hepatitə yoluxmuş qadının qan analizində virus 6 aydan sonra bilinir.
Bu viruslara yoluxmuş qadın potensial olaraq əri üçün də təhlükə mənbəyidir və özü yoluxduqdan sonra cinsi əlaqə və yenə də qan, yara təması ilə ərini və ya digər partnyoru yoluxduracaq.
Onkoloji risk
Xərçəngin ən amansız növlərindən biri də dəri xərçəngidir. Bu xəstəliyin bir neçə növü var. Mütəxəssislər bildirir ki, müntəzəm manikür, şellak, qaynaq, xüsusən UVÇ işıq altında bərkidilən gel lak dırnaq əti və ətraf dərini zədələyir, melanoma adlı xərçəngi aqressivləşdirir.
Dırnaq emalının dəfələrlə zədələnməsi göbələk infeksiyalarını artırır.
UV lampalar isə dırnaqaltı melanoma əmələ gətirə bilər. Uzun illər şellak, qaynaq altında qalan dırnaqlarda melanoma olma riski çoxdur.
Manikür və şellakdan sonra dırnaqda, dırnaq altında, ətrafında şübhəli izlər, qaralma, rəng, xal gördünüzsə, mütləq dermatoloqa və onkoloq dermatoloqa müraciət edin.
"Ölkə.Az"ın əməkdaşı daxil olan xəbərlə bağlı İlkin Süleymanovun qardaşı Adil Süleymanovla əlaqə saxlayıb. O bildirib ki, qardaşının apellyasiya şikayəti əsasında Sabunçu Rayon Məhkəməsində iclas keçirilib. Onun azadlığa buraxılmasıyla bağlı vəsatət isə təmin edilməyib.
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İ.Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
Ermənistanın işğal altındakı torpaqlarda Azərbaycanın milli-mədəni irsinə təcavüzü davam edir.
Ermənistan KİV xəbərlərinə görə, bu dəfə Qarabağdakı qondarma rejim rəhbərliyi məşhur Şuşa qalasını təmir edəcəyini açıqlayıb.
Diaspor ermənilərinin ayırdığı ianə hesabına 2020-ci ildə Şuşa qalasının, Gövhər Ağa məscidinin, Hadrut rayonunun Çakuri kəndində “Çaxkavkank” məbədinin və s. təmiri nəzərdə tutulur.
Paralel olaraq, Laçın rayonu ərazisindəki “Mirik” qalasında da qazıntı işləri aparılacaq.
Xatırladaq ki, Qarabağ xanlığının tarixi mirası olan Şuşa qalası təmir adı ilə ənənəvi görkəmini itirə bilər. (modern.az)