Son xəbərlər

“Bu virusla bağlı Çinin cənub ərazilərindəki şəhərlərə səyahət etdiyim vaxt eşitdim. Uhan şəhərində olan dostlarımdan eşitdiyimə görə, həmin şəhərdə heç bir nəqliyyat vasitəsi və iaşə obyekti işləmir. Şəhər tam karantinə olunub və şəhərə giriş-çıxış dayanıb”.

Bu sözləri Çinin Zhengzhou şəhərinin Henan əyalətində magistratura təhsili alan Araş Paşayev Yenivaz.com-a müsahibəsində deyib. O bildirib ki, Çin höküməti koronavirusla bağlı evdən çıxmamağı tövsiyə edib.

“Yaşadığım şəhər Pxenyan pravinsiyasına aiddir, orada 90 milyon əhali yaşayır. Henan şəhəri pravinsiyanın paytaxtıdır, 10 milyon əhaliyə sahibdir. Bu şəhəri virusun episentrindən cəmi 600 kilometr məsafə ayırır. Bu, Çin miqyasında böyük bir distansiya sayılmır. Məsafəyə baxmayaraq, onlayın sistemdə biz Uhan şəhərində cərəyan edən prosesləri izləyə bilirik. Şəhərdə 3 minə yaxın adamda bu virus tapılıb, indiyə qədər 200-ə yaxın insan ölüb. Bizim şəhər bu statistikada 4-cü yerdədir. Henan şəhərində cəmi 206 nəfər virusa yoluxub, cəmi 2 nəfəri vəfat edib. Onlar da yaşı 60-dan yuxarı olan insanlardır. Ölənlərdən biri mənim yaşadığım şəhərin sakinidir”.

Həmsöhbətimiz əlavə edib ki, Uhan şəhərindən fərqli olaraq yaşadığı şəhərdə nəqliyyat sistemi və iaşə obyektləri əvvəlki kimi çalışır.

“Şəhər heç bir blokadaya alınmayıb, amma əvvəlkinə nisbətən daha intensiv yoxlama tədbirləri həyata keçirilir. Təhsil aldığım Universitet tətildədir, amma virusa görə qeydiyyat tarixi təyin olunmayan müddətə uzadılıb. Burada bir çox yerdə temperaturu ölçən cihazlar qoyulub və problem baş verən vaxt müraciət etmək üçün əlavə qaynar xətlər fəaliyyətə başlayıb. Binaları, yaşayış obyektlərini daim dezinfeksiya edirlər. Afişa və səsli reklamlarla əhaliyə maska geyinmək, əlləri tez-tez yumaq, insanların toplaşdığı yerlərdən uzaq olmaq məsləhət görülür. Bəzi marketlərdə isə məhsul qıtlığı var və ərzaqlarda gözlə görüləcək dərəcədə bahalaşma hiss olunur. Maskaların da qiymətində artım var”.

Araş Paşayevin sözlərinə görə, Azəbaycanın KİV-ləri bu virus barədə məlumatları qabardırlar.

“Yayılan xəbərləri görəndə çox təəccübləndim. Bəzi KİV-də virusun yayıldığı şəhərdə insanları güllələdikləri qeyd olunub. Videolar yayılır və orada şəhərlərin bomboş olduğu göstərilir. Bir növ filmlərdə olduğu kimi təəssürat yaratmağa çalışırlar. Belə panikalar yaratmağa ehtiyac yoxdur. İndi Çində yeni il qeyd olunur. Bu faktor da var. Bayrama görə yollarda, küçələrdə insanlar azdır. İndiki vəziyyəti nəzərə alsaq bu virus dəhşətli dərəcədə qorxulu deyil. Sadəcə bəzi təhlükəsizlik tədbirləri görülsə və gigiyenik qaydalara əməl olunsa heç bir virusa yoluxma halı ehtimal olunmur” – deyə həmsöhbətimiz qeyd edib.

Dünən axşam saatlarında Bakı şəhər Nizami rayonu Məzahir Rüstəmov küçəsində yerləşən mənzildə 57 yaşlı Nina Allahverdiyevanın 2 nəvəsini boğaraq öldürməsi və daha sonra özünün intihar etmədi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
 
Məlumata görə, N.Allahverdiyevanın qətlə yetirdiyi 6 yaşlı lsu Pikulo və 2 yaşlı Marat Pikulo onun qızı Liliya Allahverdiyevanın Vadim Pikulo ilə nikahından dünyaya gəlibmiş belə ki, 2012-ci ildə evlənən cütlük övladlarını nənələrinə etibar edərək öz peşə fəaliyyətlərinə davam edirblər. Liliya Allahverdiyeva Bakıdakı elektronika mağazalar şəbəkəsində menecer işləyir.
 
Bildirilir ki, hadisəni törədən Nina Allahverdiyeva sakit təbiətli qadın olub. Təxminən 13 il əvvəl onun həyat yoldaşı vəfat edəndən sonra N.Allahverdiyevada bəzi psixi sarsıntıların baş verdiyi ehtimal edilir. Onun dərin ruhi-psixoloji sarsıntı altında nəvələrini qətlə yetirdiyi və daha sonra intihar etdiyi ehtimal edilir.
 
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilir ki, yanvarın 29-da saat 18 radələrində 6 yaşlı Alsu Pikulo və 2 yaşlı Marat Pikulonun üzərində zorakılıq əlamətləri olan meyitlərinin, nənələri 1963-cü il təvəllüdlü Nina Allahverdiyevanın isə asılmış vəziyyətdə meyitinin birgə yaşadıqları paytaxtın Nizami rayonu, Rüstəmov küçəsi, 74 saylı evin 2-ci mərtəbəsində yerləşən 59-cu mənzilində aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspert briqadasının iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
 
Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi başlanıb.
 
Cinayət işi üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilib.
 
Hadisə yerinə baxış zamanı mənzildə olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması və mənzilin giriş qapısının içəri tərəfdən kilidli olması müəyyən edilib, eyni zamanda meyitlərə baxış zamanı boğulmağa xarakterik izlərdən başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.
 
İlkin istintaq fərziyyələri ilə Nina Allahverdiyevanın əvvəlcə nəvələrini kəndirlə boğaz nahiyələrindən boğmaqla öldürməsinə, daha sonra isə özünü kəndirlə asaraq intihar etməsinə əsaslı şübhələr yaranıb. (publika.az)
 

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gəncə şəhərində məsciddən oğurluq olub.

 “Report” xəbər verir ki, şəhərdə yerləşən Şah Abbas məscidindən oğurluq edilib.

Məlumata görə, məsciddən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb.

Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.

Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.

Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Belə ki, Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İman Məmmədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iki həftə əvvəl evləndiyi Fatimə Qəmbərovanı əlləri ilə boğaraq öldürməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Kənd sakinlərinin dediyinə görə, Fatimə və İman bir ilə yaxın nişanlı olublar və bu il yanvar ayının 10-u evləniblər, ailə-münaqişə zəminində heç bir hadisə baş verməyib. Onlar birlikdə İman Məmmədovun təhsili ilə bağlı Sumqayıt şəhərinə köçməyə hazırlaşırmış:

“Mehriban qonşudurlar. Onlardan pislik görməmişik. Heç bir söz-söhbət olmayıb. Ailələrinə yaxşı baxırlar. Bir oğulları var. Toylarında da iştirak etmişik. Hər şey qaydasında olub.

Oğlanın öldürməyinə inanmıram. O, çox ağıllı, qabiliyyətli, sakit uşaqdır. Qayınatası da Fatiməni öz balasından çox istəyirdi. Durub naharına kimi verirdi gəlininin”.

Şaman ilanı tərəfindən ÖLDÜRÜLDÜİndoneziyada şaman zəhərli ilanı ilə öyünmək istəyərkən, canından olub.

“Ölkə.Az” xəbər verir ki, hadisə, kral kobrasını tutan və insanları müalicə etdiyi daxmada bir həftə saxlayan şaman Norgianın başına gəlib. Şaman ilanı qonşularına göstərmək qərarına gəlib.

Videoda göründüyü kimi ilan onun üzünə tərəf hücum etmək istəyib, lakin o, bu hücumdan qorunub. Bundan sonra ilan onun biləyindən sancıb, lakin kişi buna əhəmiyyət verməyərək, öz işinə davam edib.

Hadisədən 2 saat sonra, özünü pis hiss edən şaman təcili xəstəxanaya çatdırılıb.

Zəhər orqanizminə yayıldığı üçün həkimlər kişiyə kömək edə bilməyib. Norgani həmin gün vəfat edib.

Cəbhədə silahlar susmadıErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Cəvahirli, Abdinli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

16 dərəcə isti olacaq
Azərbaycanda yanvarın 30-na müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. 

Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 12-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Bakıda kişi söyüş söyənlərə irad bildirdiBakının Suraxanı rayonunda orta yaşlı kişi bıçaqlanıb.

"Ölkə.Az" hadisə Bülbülə qəsəbəsində baş verib.

Bəydəmirov küçəsində iki nəfər mübahisə edib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda daha bir fırıldaqçı peyda olub. 

Sürücülərin Unikal.org-a verdiyi məlumata görə, paytaxtın Suraxanı rayonunda yolun kənarında dayanan qadın hərəkət edən avtomobillərin içərisinə baxır.

Sonra yolda saxlayan maşına əyləşən qadın sürücüdən 50 manat pul tələb edir. Sürücü pulu vermək istəməyəndə isə qadın polisə şikayət edəcəyini və yaxud onları şərləyəcəyini bildirir.

Qeyd edək ki, həmin qadın Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsindən bir qədər aralıda və Suraxanı-Zığ Şosesində (keçmiş 7 saylı internatın yaxınlığında) dayanaraq bu “əməli” törədir.

Çində təhsil alan azərbaycanlı tələbə:

Birinci semestr bitdikdən sonra qış tətili üçün yanvar ayının 15-i Bakıya gəlmişik. Bura gələndə Çində hər şey qaydasında idi. Virus barədə xəbərləri görürdük, amma vəziyyət bu dərəcədə ciddi deyildi. Hələ karantin elan olunmamışdı, hər kəs maskasız gəzirdi. Buna görə də rahat şəkildə Bakıya gəldik.

Bu sözləri Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan tələbə Ülkər Eldarqızı Milli.Az-ın müxbiri ilə Çində yayılan yeni növ koronavirusun onun təhsilinə təsiri barəsində danışarkən söyləyib.

"USTC-nın 2-ci kurs tələbəsiyəm. Yaşadığım yer virusun yayıldığı Vuhan şəhərindən xeyli uzaqdır. Mən bura gələndən bir-iki gün sonra Çində vəziyyət xeyli dəyişdi. Həm burada xəbərlərdə gördüm, həm də oradakı tanışlardan virusun ciddi problemlər yaratdığını eşitdim.

Biz fevral ayının 15-i universitetə qayıtmalıydıq. Amma universitetdən mesaj yazıb yaz semestrinin başlama vaxtının bir müddətlik təxirə salındığını bildiriblər. Yeni dərs rübünün başlama tarixi epidemiyanın gedişatından asılı olaraq təyin olunacaq. Bu vaxta qədər universitetə gəlməməyimiz tövsiyə edilib.

Mənim bir neçə qrup yoldaşım var ki, onlar tətil üçün öz ölkələrinə qayıtmayıblar. Hazırda onlar yataqxanada qalırlar. Onlara evdən çıxmamaq məsləhət görülür, çünki aeroport, metrostansiyalar, alış-veriş mərkəzləri və başqa yerlərdə virusa yoluxma riski yüksəkdir.

Mən özüm Çinə qayıtmaq istəyirəm. Qorxmuram. Qısa zamanda problemin həll olunacağına və hər şeyin qaydasına düşəcəyinə ümidliyəm.

Gündəlik olaraq orada yaşayan qrup yoldaşlarımla əlaqə saxlayıram. Çox da narahat deyillər. Hefey şəhərində də 20 nəfərdə bu xəstəlik tapılıb. Evdə qaldığın müddətdə bu xəstəliyə yoluxma ehtimalı yoxdur. Bütün restoranlar, kafelər, alış-veriş mərkəzləri bağlanıb. Evdə tək qalıb, hər hansı məşğuliyyət olmadığı üçün, əsasən, darıxırlar. Həm də bir-biri ilə görüşməyə də ehtiyat edirlər ki, kimsə daşıyıcı ola bilər.

Apteklərdə maska tapılmır. N95 maskasının qiyməti olduqca bahadır. O gün tanışım 6 ədəd maskanı 170 manata alıb. Normalda həmin maska 5 manata satılırdı.

Ailə üzvlərim, təbii olaraq, mənə görə çox narahatdırlar. Vaxtında qayıtdığım üçün sevinirlər. Təhlükəli olduğuna görə yenidən Çinə getməyimi istəmirlər. Bütün qohumlar, dost-tanışlar, qonşular valideynlərimə zəng edib mənim gəlib-gəlmədiyimi soruşurlar. Onlar anamı tənbehləyirlər ki, məni qayıtmağa qoymasın".

Qeyd edək ki, son günlər yayılan koronavirus səbəbindən ölənlərin sayı 132-yə çatıb. Xəstəliyə 5974-dən çox insan yoluxub.

Çində təhsil alan azərbaycanlı tələbə: "Maska çatışmır, 6 dənəsi 170 manatdır" - FOTO