Bakıda biabırçılıq — 2 uşaq anası ərəb kişiyə qoşulub qaçdı - VİDEOBakıda 2 uşaq anasının ərəb kişiyə qoşulub qaçması ilə bağlı xəbər vermişdik.
Oxu24.com xəbər verir ki, hadisənin şok təfərrüatı məlum olub.

Ərəbə qoşulub qaçan qadının özündən 30 yaş böyük kişi ilə ailə həyatı qurduğu və bu nikahndan iki övladı olduğu məlum olub. Qadın Bakıda klinikaların birində tibb bacısı işləyirmiş.
Qadının həyat yoldaşı Vaqif bəy Space TV-də yayımlanan Gəl dərdini danış verilişində dəhşətli faktları açıqlayıb.

Ətraflı videonu təqdim edirik:

Bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində baş verən zəlzələlərin sayı açıqlanıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən müddətdə ölkədə 550-560 təkanın qeydə alındığını bildirib.

Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar olur: “Yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib. Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib”.

Direktor vurğulayıb ki, Mingəçevirdəki təkanlar dərində olduğundan hiss edilməyib:

“Əgər həmin zəlzələ bir az dayazda olsaydı, orada böyük fəsadlar baş verərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. İndiyədək bu məsələ daim gündəmə gətirilsə də, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki oradakı su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də hövzənin içində olub”. /Report

Dünən səhər saatlarında Heydər Əliyev prospektində polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

99 GZ 552 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə Koroğlu nəqliyyat qovşağından Mərdəkan istiqamətində hərəkətdə olarkən xidmət başında olan polis serjantı Məhərrəmov Natiq Müseyib oğlunu vurub öldürən sürücü Xaçmaz rayon sakini, 1957-ci il təvəllüdlü Ömərov Firudin Ömər oğlu olub. Belə ki, səkidə dayanan polisi vuran F.Ömərov uzun illər Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində rəhbər vəzifələrdə çalışıb və Kadrlar Şöbəsinin rəis müavini olarkən vəzifəsindən uzaqlaşdırılaraq digər vəzifəyə keçirilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb və zəruri ekspertizalar təyin edilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. (publika.az)

Azərbaycanın baş infeksionisti Cəlal İsayev özünü müxalifətçi adlandıran Elvin Abdullazadə adlı şəxsin Azərbaycanda 12 nəfərin koronavirusdan ölməsi ilə bağlı sosial şəbəkədə yazdığı məlumatlara münasibət bildirib.

C.İsayev Trend-ə açıqlamasında həmin məlumatı təkzib edərək bildirib ki, belə xəbərlərin yayılmasında məqsəd insanlar arasında ajiotaj yaratmaqdır:

“Azərbaycanda 12 nəfər koronavirusdan ölsə, belə sakitlik olar?! Heç mümkündürmü ki, onların birinin də olsa qohumu heç nə deməsin?! Bu məlumat tamamilə yalandır”.

Baş infeksionist Azərbaycanda indiyədək koronavirusa yoluxma halının qeydə alınmadığını da söyləyib.

Mütəxəssis əlavə edib ki, koronavirusa yoluxma zamanı insanlarda müşahidə edilən ilkin əlamətlər kəskin respirator virus xəstəliklərindəki kimi olur:

“Bu zaman insanlarda zökəm əlamətləri – burun tutulma, asqırma, halsızlıq, hərarətin yüksəlməsi və s. olur. Əgər xəstəlik ağır gedişatlı olarsa, ağciyər çatışmazlığı baş verir, bu da sonda ölümə səbəb ola bilir. Amma bu, o demək deyil ki, kiminsə boğazında qıcıqlanma varsa, o, koronavirusa yoluxub. Bu gün bu virus ölkəmizdə yoxdur və gətirilməsi ehtimalı da azdır”.

C.İsayev koronavirusun sənaye malları vasitəsilə ölkəmizə gətirilməsini də mümkün saymayıb: “Bu virusun mənbəyi inək, qoyun, donuz, keçi, eləcə də it, pişik və s. ola bilər. Belə xəstə ev heyvanlarından alınan qida məhsullarından istifadə etdikdə virus insana keçə bilər. Lakin indiki virusun təhlükəliliyi ondan ibarətdir ki, virus insanlara hava-damcı yolu ilə keçir. Onun insanlara sənaye malları vasitəsilə keçirilməsi mümkünsüzdür”.

Koronavirusun istiyə davamlı olmadığını söyləyən baş infeksionist bildirib ki, koronavirus 37 dərəcə istidə 15 dəqiqəyə, otaq temperaturunda isə 3-4 saata məhv olur. O, havalar istiləşdikcə bu virusa yoluxma halının azalacağını da nəzərə çatdırıb.

Qeyd edək ki, Elvin Abdullazadə adlı şəxs sosial şəbəkədə Azərbaycanda 12 nəfərin koronavirusdan öldüyünü, lakin dövlət qurumlarının bunu gizlətdiklərini söyləyib. O, ölən şəxslərdən birinin hətta qohumu olduğunu iddia edir.

E.Abdullazadənin fikrincə, virus ölkəmizə Çindən gətirilən sənaye malları vasitəsilə yayılıb.

Oqtay Gülalıyevin son dördüncü əməliyyatdan sonra durumu nisbətən yaxşıdır. Hər iki gözünü açır. Ancaq təəssüf ki, reaksiyaları tam deyil.

Bu sözləri Axar.az-a ötən il avtomobil qəzası keçirərək komaya düşən hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəvi dostu jurnalist-yazar Zümrüd Yağmur deyib.

O bildirib ki, həkimlər Oqtay bəyin durumu ilə bağlı hələ də konkret olaraq bir söz demir:

“Sonuncu dəfə Oqtay bəyin həyat yoldaşı Firuzə xanımla danışmışam. Firuzə xanım bildirdi ki, gözlərində hələ heç bir reaksiya yoxdur. Gözlərini açsa da, ancaq bir istiqamətə baxır. Qarşısında, yanında gəzən adamı gözləri ilə izləmir. Onu çağıranda hələ reaksiya vermir. Ancaq yanına kimsə gələndə onu hiss edir. Yəni üzündən, cizgilərindən hiss olunur ki, sevinir kimisə görəndə”.

Xatırladaq ki, hüquq müdafiəçisi Oqtay Gülalıyev 2019-cu il 29 oktyabr tarixində piyada keçidindən yolu keçərkən taksi xidməti göstərən avtomobil tərəfindən vurulub. Hazırda İstanbulun “Amerikan” xəstəxanasında müalicə alır.

Onun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.

İsgəndər Həmidov KOMAYA DÜŞDÜAzərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov komaya düşüb.

Baku.ws xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat verib:

"Artıq xeyli vaxtdır, dəyərli dostumuz, Milli-azadlıq hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır.

İsgəndər Həmidov İsgəndər Həmidov
Bu ilin 24 yanvar tarixində, təxminən saat 17:00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşib, huşunu itirib yıxılıb. Təcili xəstəxanaya çatdırılsa da, onu özünə gətirmək mümkün olmayıb.

Hazırda İsgəndər Həmidovun müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O, komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub.

Türkiyədəki həkimləri ilə intensiv danışıqlar gedir. 

Sabiq icra başçısının oğlu həyat yoldaşını bıçaqladı
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

Hüseyn Cavid parkının yaxınlığında 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızı bədən və boğazından bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Məlum olub ki, D.Bəhmənova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Qeyd edək ki, D.Bəhmənovanın keçmiş yoldaşı Şuşa şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğludur.

Bakıda koronavirus həyəcanı
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

"Ölkə.Az"a daxil olan məlumatda bildirilib ki, bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.

"Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq. Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaqlar.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hal hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımı yardım göstərilir.

Çində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır heç bir şikayəti yoxdur. Karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər. Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evinə buraxılır. Səhhətində heç bir problem yoxdur".

Koronavirusa yoluxanların əsl sayı açıqlandıHonq Konq Universitetinin alimləri koronavirusa yoluxan insanların dəqiq sayı barədə açıqlama verib.

Bu barədə “Science Alert” xəbər yayıb.

Araşdırmaçıların hesablamalarına görə, 2020-ci il yanvarın 25-nə kimi infeksiyaya yoluxanların sayı 75815 nəfər olub. Bu isə rəsmi rəqəmlərdən 10 dəfə artıqdır.

Virusun yayılması ilə bağlı real mənzərə nəzəri modelləşmə əsasında alınıb. Təsdiqlənmiş halların rəsmi saylarla uyğun gəlməməsi bir neçə amillə, o cümlədən  yoluxma və ilkin simptomlar arasında gecikmə, həmçinin laborator analizlərlə 2019nCov-un orqanizmdə olmasının təsdiqlənməsi üçün  lazım olan vaxtla izah olunur.

Tədqiqatların nəticələrinə görə, dekabr ayında virusla infeksiyalanmış hər bir insan iki-üç nəfəri yoluxdura bilərdi. Xəstələrin sayı hər 6,4 gündən sonra iki dəfə artıb.

Lakin hesablamalar doğru olarsa, bu o deməkdir ki, 2019-nCov-dan ölüm səviyyəsi ehtimal olunandan da azdır və bir faizdən də az təşkil edir

Nəşrdə vurğulanır ki, mövsümi qripdən hər il 290000-650000 arası insan həyatını itirir.

Bakı polisi gecə klubunda əməliyyat keçirdi
Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.

Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.

Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib. Hər iki şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.