Son xəbərlər

Koronavirusa qarşı peyvənd varmı? – Baş infeksionistdən açıqlamaKoronavirusların növü çoxdur. Onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur. Həmin immunitet də davamlı olmur. Sadəcə infeksiyanın yayılmasını müvəqqəti qoruya bilir. Lakin hazırkı yayılan 2019 koronavirusuna qarşı hələlik peyvənd işlənilib hazırlanmayıb”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, virusun yayılması prosesi yeni olduğundan bəzi məsələlər hələ də müammalıdır: “Səbəb tam bəlli olduqdan sonra bəlkə də peyvənd hazırlana bilər. Ümid edirəm ki, virusun əhatə dairəsi tezliklə lokallaşdırılacaq”.

Baş infeksionistin sözlərinə görə, insan ölümü varsa, təbii ki, həyəcan siqnalı çalınmalıdır: “Azərbaycan dövləti və vətəndaşları da öz təhlükəsizliyini qorumalıdır. Əgər vətəndaşlarımız həmin bölgəyə getməsə və insanlarla təmasda olmasa, virusun ölkəyə keçməsi halı qeydə alınmaz. Əsas odur ki, Çindən gələn insanlar yerindəcə yoxlanılsın”.

Mütəxəssis vurğulayıb ki, virusdan ölüm faizi 2,8-3 faizdir: “Buna səbəb Çinin əhalisi çox sıx yerləşdiyindən təmas halının yüksək olmasıdır”.

C.İsayev insanlara tövsiyə də verib: “İmmuniteti daim yüksək saxlamaq məsləhətdir. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Eyni zamanda, gigyenik qaydalara əməl etmək vacibdir. Bir sözlə, immun sistemini zəiflədən faktorlardan uzaq durmaq əsas şərtlərdəndir”.


Paytaxtın Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel Prospektini birləşdirən yoldan istifadə edən sürüclər problemlə qarşılaşırlar. Süleyman Əhmədov küçəsindən prospekt istiqamətində şəhərə tərəf olan hissədə yolda 2 zolaq, Zığ şossesi tərəfə olan hissədə isə bir zolaq çəkilib. Nəticədə Zığ şosessi istiqamətinə gedən sürücülər məcbur qalıb ortada olan təhlükəsizlik adacağında avtomobil saxlayırlar ki, bu da onların 40 manat miqdarında cərimə edilməsi ilə nəticələnir.

Turkustan.info xəbər verir ki, yeni təmirdən çıxmasına baxmayaraq sürücülər bu yoldan istifadə edən zaman problemlə qarşılaşırlar. Bu yolun bir istiqamətində zolaqların sayının az olması tıxac yaratmaqla yanaşı,həm də sürücülərin cərimələnməsinə səbəb olur.

Bura Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel prospektini birləşdirən yoldur. Rayonun NZS qəsəbəsindən gəlib üzü Zığ şosessi istiqamətinə gedən sürücülər zolaqların azlığından şikayyətçidirlər. Onların sözlərinə görə, yolda şəhər istiqamətinə daha geniş yer ayrılıb. Zığ şosessi istiqamətinə isə bir zolaq çəkilib. Buna görə də Zığ şosessi tərəfə getmək istəyən sürücülər ortada çəkilən ”Təhlükəsizlik adacağın”da saxlamalı olurlar. Bu zaman isə sürücülər 40 manat miqdarında cərimə edilir. Üstəlik bu istiqamətdə işıqforun yaşıl işiğının 15 saniyə yanması da tıxacın yaranmasına səbəb olur..

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, Süleyman Əhmədov küçəsindən gələn nəqliyyat vasitələrinin daha rahat keçidini təmin etmək məqsədi ilə zolaqlarda genişləndirmə və kanallaşdırma işləri aparılsa vəziyyət yaxşılaşar.

Sürücülər problemin tezliklə həll olunmasını istəyirlər.

İrəvan sakini Nana Muradyan bildirib ki, oğlu Valerik Muradyan 8 il öncə Xankəndi şəhərində yerləşən hərbi hissədə komandir və bir neçə əsgər yoldaşı tərəfindən öldürülüb. 
 
Turkustan.info AzVision.az-a istinadən xəbər verir ki, Nana Muradyan oğlunun qatillərinin cəzalandırılmasını tələb edib.
 
“Qatillərin ədalətə təslim edilməsini tələb edirəm. 2010-cu ildə oğlum orduda xidmət zamanı öldürülüb. Komandir etdiyi oğurluğun üstünü ört-basdır etmək üçün oğlumu əsgərlərlə birgə öldürüb. Valerik komandirin dizel yanacağını necə oğurlamağına şahid olub. Bu hadisədən 4 gün sonra oğlum qətlə yetirilib”- deyə Nana Muradyan bildirib.
 
Onun sözlərinə görə, oğlunun öldürülməsi saxtalaşdırılaraq, intihar kimi təqdim edilib: “Səkkiz ildir deyirəm ki, oğlumu boğub, sonra asıblar. Hətta bir dəfə telefonla danışanda oğlum “ana bu ordu deyil, özbaşınalıqdır” deyə bildirmişdi. Ona səssiz qalmaq üçün pul təklif ediblər, lakin qəbul etməyib. Dörd gündən sonra oğlumu məhv etdilər. İndiyə qədər qatillər tapılmayıb. Oğlumun qollarında barmaq izləri var idi. Onu zorla qollarından tutub asıblar”
 
Xatırladaq ki, etiraz edən əsgər anası son səkkiz il ərzində hər iclas zamanı hökumət binasının qarşısında etiraz aksiyası keçirir.
 

“Lifttəmir” İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb.

APA məlumatına görə, İstehsalat Birliyində aparılan yoxlamalar zamanı həmin müəssisədə müxtəlif vəzifələrdə çalışmış Hüseynov Əhməd Nəsrəddin oğlunun külli miqdarda vəsaiti mənimsədiyini ortaya çıxıb.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ə. Hüseynov barəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, bundan əvvəl də “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanov barəsində cinayət işi məhkəməyə göndərilmişdi. Hazırda onun barəsində olan cinayət işinə məhkəmədə baxılır.

Xırdalanda avtomobili əzilən sürücü bıçaqlanıbAbşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib. Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib.

Buna etirazını bildirən N.Abuzərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Rusiya ordusuna aid məxfi radiostansiyanı ABŞ-a göndərən azərbaycanlı həbs edildiMoskva polisi Rusiya ordusu üçün istehsal edilən radiostansiyanı ABŞ-a göndərən azərbaycanlını həbs edib.

"Ölkə.Az" "virtualaz.org"a istinadən xəbər verir ki, həmin şəxs Kaluqa şəhərinin Moskovski küçəsində, yaşadığı ünvanda tutulub.

Bildirilir ki, naməlum şəxs 2019-cu il martın 29-da ABŞ-a taxta yeşikdə bağlama göndərib. Moskvanın Kazan vağzalında gömrük əməkdaşları bağlamadan şübhələniblər və onu açanda Rusiya ordusu üçün nəzərdə tutulan, aviayönləndiricilərin istifadəsində olan “Varevo-1” daşınan radiostansiyasını aşkar ediblər.

Hərbi təyinatlı avadanlığın qanunsuz yolla xaricə göndərilməsi faktı ilə bağlı araşdırma başladılıb və nəhayət bu günlərdə bağlamanı göndərən şəxs tutulub.

“Varevo-1” aviayönləndiricilər üçün portativ radiostansiyadır və onunla birbaşa təyyarənin göyərtəsi ilə əlaqə yaratmaq mümkündür. Bu avadanlıq hava zərbələri zamanı yerdən pilotlara hədəfi düzgün nişan almaqda kömək etmək üçün nəzərdə tutulur.

Xarici qeydiyyat nişanlı avtomobil sürücülərinə PİS XƏBƏRXarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycan ərazisində qaydaları pozan, amma cəriməsini ödəməyən sürücülər sərhədi keçə bilməyəcəklər.

"Ölkə.Az" xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, əvvəllər xarici ölkə qeydiyyatlı avtomobillərin sürücüləri Azərbaycana gələrkən qaydaları kobud şəkildə pozub sonra da sərhədi rahat keçə bilirdilər. Artıq həmin sürücülərin qayda pozuntuları xüsusi texniki vasiələrin köməyi ilə qeydə alınır.

Hətta bir neçə gündür ki, Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi sərhəd-keçid məntəqələrinə inteqrasiya edilib. Odur ki, həmin sürücülərin qayda pozuntularını sərhəd-keçid məntəqələrinin əməkdaşları da görə bilirlər.

Qeyd edək ki, bu qayda təkcə xarici ölkə qeydiyyatlı avtomobillərə yox, o cümlədən Azərbaycan dövlət nömrə nişanlı avtomobil sürücülərinə də aiddir.

Kamran Əliyev onu da bildirib ki, Azərbaycan qeydiyyatlı avtomobillərin sürücülərinə, törətdikləri inzibati xəta ilə bağlı ətraflı məlumat ''sms''lə göndərilir. Amma xarici ölkə qeydiyyatlı avtomobillərin sürücülərinə bu hələ ki, mümkün deyil.

Onu da qeyd edək ki, bazalar inteqrasiya edilmədən əvvəl xarici ölkə qeydiyyatlı avtomobillə Azərbaycanda qayda pozan sürücü öz ölkəsinə qayıdıbsa, o, yenidən maşınla gələndə sərhəddə cəriməsini ödəyəcək. Və yaxud da qayda pozduğu avtomobili başqa bir şəxsə satıbsa, avtomobilin yeni sahibi Azərbaycana gələrkən inzibati xətanın cəriməsini ödəmədən daxil ola bilməyəcək.

Kamran Əliyev bildirib ki, yeni qaydalar qanunu pozan piyadalara da aiddir. Yəni şəxs əgər inzibati qaydada cərimə olunubsa, cəriməsini ödəmədən sərhədi keçməsinə icazə verilməyəcək.

DYP-dən İsmayıllıda baş verən dəhşətli yol qəzası ilə bağlıDaxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (Baş DYP İdarəsi) Muğanlı-İsmayıllı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama yayıb.

"Ölkə.Az" report-a istinadən bildirir ki, açıqlamada deyilir ki, 26 yanvarda saat 10:30 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən 13-cü kilometrində Şəki rayon sakini 1976-cı il təvəllüdlü Quliyev İlham Seyfəddin oğlu idarə etdiyi “VAZ-2106” markalı, 55-BU-249 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İsmayıllı rayonu istiqamətində hərəkətdə olarkən qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdən gələn Gürcüstan Respublikasının vətəndaşı Ramazanov Ramil Rəşid oğlunun idarə etdiyi “Mercedes-Benz 0403” markalı, KN-585-AN dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və onun sərnişini 1985-ci il təvəllüdlü Quliyeva İlahə Əbülfət qızı hadisə yerində həlak olublar, digər iki sərnişini, 2012-ci təvəllüdlü Quliyeva Aysu İlham qızı, 2010-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, eləcə də avtobusun sərnişinləri, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Acalova Xatirə Rafiq qızı, 1959-cu il təvəllüdlü Ramazanova Suvar Şahbaz qızı və 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsalar da, onlardan səkkiz yaşlı A.Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Bakıda avtobus qəzasında yaralananların adları açıqlandı — SİYAHI


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Report-a bildirib ki, bu gün saat 7:00 radələrində Zabrat Maştağa avtomobil yolundakı körpünün üzərində sürücü Cahangirov Elgün Otello oğlunun idarə etdiyi “Ayşən LTD” MMC-yə məxsus, 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı, 90-JL-290 dövlət qeydiyyat nişanlı avtobusla eyni istiqamətdə qarşısında hərəkət edən və körpü üzərində idarəetmədən çıxaraq fırlanıb hərəkətin əks istiqamətində dayanmış Quliyev Əbil Zabil oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10-MR-819 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində avtobusun sürücüsü və sərnişinləri, 1970-ci il təvəllüdlü Kərimova Aytən Əfələddin qızı, 1996-cı il təvəllüdlü Məmmədova Fidan Rasim qızı, 1961-ci il təvəllüdlü Balakişiyeva Mühbarə Cuma qızı, 1993-cü il təvəllüdlü Məmmədov Əli Rasim oğlu, 1996-cı il təvəllüdlü Həsənov Elşən Məmməd oğlu və 1991-ci il təvəllüdlü Rüstəmzadə Murad İlqar oğlu yüngül dərəcəli xəsarətlər alaraq, 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Maştağa qəsəbəsi ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Mitsubishi-Pajero” və “VAZ 2107” markalı avtomobillərlə toqquşub. Hadisə nəticəsində sərnişin avtobusu və “Mitsubishi-Pajero” körpüdən aşıb.

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a açıqlamasında bildirib ki, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib.

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olununur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparamdan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”, -deyə məlumatda qeyd olunub.