![]() |
![]() |
Toyundan 20 gün sonra boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib.
Turkustan.info cenubxeberleri.com-a istinadən vildirir ki, qızın atası Qəmbərov İbrət Ərkivan qəsəbəsindəndir. O, başqa biri ilə rəsmi nikahda olsa da, Fatimənin anası ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Onlar bir ildən sonra ayrılıblar.
Fatimənin anası İbrətdən ayrıldıqdan sonra Bakıda yaşayan birinə ərə gedib və qızını nənəsinin himayəsinə verib.
Fatimə Qəmbərova Həsənli kənd tam orta məktəbində təhsil alıb. Müəllimlərinin bildirdiyinə görə, o, dərslərini yaxşı oxumasa da, çox sakit, tərbiyəli şagird olub.
Ötən ilin oktyabrında isə anasının təkidi ilə məktəbdən azad edilib. Və səbəb olaraq bildirib ki, Fatimənin ana babası Rusiyada yaşayır və onun yanına köçürlər.
Məsələ 2019-cu il noyabr ayının 1-də məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib.
16 yaşlı qız məktəbdən azad edildikdən iki ay sonra, yanvarın 5-də ona Masallıda şadlıq saraylarının birində qız toyu edilib, yanvarın 10-da isə Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında oğlan toyu olub.
Daha bir məlumata görə, 19 yaşlı bəyin boyu balaca olduğu üçün o, hərbi xidmətdə olmayıb.
Kənd sakinlərinin bildirdiyinə görə, 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Onun əmisi kənddə dinin icmanın rəhbəridir.
Xoşçobanlı kənd sakinlərinin sözlərinə görə, Fatimənin öldürüldüyü gün, səhər tezdən kəndə xəbər yayılıb ki, onun qızdırması var, komaya düşüb. 16 yaşlı gəlini ərinin dayısının maşınında Masallı Mərkəzi Xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb.
Qətlə yetirilən Fatimənin əri İman Məmmədov isə iki bacının tək qardaşıdır.
Onun özündən kiçik iki bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası isə tibb işçisidir.
Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
“Bu virusla bağlı Çinin cənub ərazilərindəki şəhərlərə səyahət etdiyim vaxt eşitdim. Uhan şəhərində olan dostlarımdan eşitdiyimə görə, həmin şəhərdə heç bir nəqliyyat vasitəsi və iaşə obyekti işləmir. Şəhər tam karantinə olunub və şəhərə giriş-çıxış dayanıb”.
Bu sözləri Çinin Zhengzhou şəhərinin Henan əyalətində magistratura təhsili alan Araş Paşayev Yenivaz.com-a müsahibəsində deyib. O bildirib ki, Çin höküməti koronavirusla bağlı evdən çıxmamağı tövsiyə edib.
“Yaşadığım şəhər Pxenyan pravinsiyasına aiddir, orada 90 milyon əhali yaşayır. Henan şəhəri pravinsiyanın paytaxtıdır, 10 milyon əhaliyə sahibdir. Bu şəhəri virusun episentrindən cəmi 600 kilometr məsafə ayırır. Bu, Çin miqyasında böyük bir distansiya sayılmır. Məsafəyə baxmayaraq, onlayın sistemdə biz Uhan şəhərində cərəyan edən prosesləri izləyə bilirik. Şəhərdə 3 minə yaxın adamda bu virus tapılıb, indiyə qədər 200-ə yaxın insan ölüb. Bizim şəhər bu statistikada 4-cü yerdədir. Henan şəhərində cəmi 206 nəfər virusa yoluxub, cəmi 2 nəfəri vəfat edib. Onlar da yaşı 60-dan yuxarı olan insanlardır. Ölənlərdən biri mənim yaşadığım şəhərin sakinidir”.
Həmsöhbətimiz əlavə edib ki, Uhan şəhərindən fərqli olaraq yaşadığı şəhərdə nəqliyyat sistemi və iaşə obyektləri əvvəlki kimi çalışır.
“Şəhər heç bir blokadaya alınmayıb, amma əvvəlkinə nisbətən daha intensiv yoxlama tədbirləri həyata keçirilir. Təhsil aldığım Universitet tətildədir, amma virusa görə qeydiyyat tarixi təyin olunmayan müddətə uzadılıb. Burada bir çox yerdə temperaturu ölçən cihazlar qoyulub və problem baş verən vaxt müraciət etmək üçün əlavə qaynar xətlər fəaliyyətə başlayıb. Binaları, yaşayış obyektlərini daim dezinfeksiya edirlər. Afişa və səsli reklamlarla əhaliyə maska geyinmək, əlləri tez-tez yumaq, insanların toplaşdığı yerlərdən uzaq olmaq məsləhət görülür. Bəzi marketlərdə isə məhsul qıtlığı var və ərzaqlarda gözlə görüləcək dərəcədə bahalaşma hiss olunur. Maskaların da qiymətində artım var”.
Araş Paşayevin sözlərinə görə, Azəbaycanın KİV-ləri bu virus barədə məlumatları qabardırlar.
“Yayılan xəbərləri görəndə çox təəccübləndim. Bəzi KİV-də virusun yayıldığı şəhərdə insanları güllələdikləri qeyd olunub. Videolar yayılır və orada şəhərlərin bomboş olduğu göstərilir. Bir növ filmlərdə olduğu kimi təəssürat yaratmağa çalışırlar. Belə panikalar yaratmağa ehtiyac yoxdur. İndi Çində yeni il qeyd olunur. Bu faktor da var. Bayrama görə yollarda, küçələrdə insanlar azdır. İndiki vəziyyəti nəzərə alsaq bu virus dəhşətli dərəcədə qorxulu deyil. Sadəcə bəzi təhlükəsizlik tədbirləri görülsə və gigiyenik qaydalara əməl olunsa heç bir virusa yoluxma halı ehtimal olunmur” – deyə həmsöhbətimiz qeyd edib.
Gəncə şəhərində məsciddən oğurluq olub.
“Report” xəbər verir ki, şəhərdə yerləşən Şah Abbas məscidindən oğurluq edilib.
Məlumata görə, məsciddən “Qurani Kərim” kitabı və 110 manat pul oğurlanıb.
Hadisəni bir və ya birdən çox şəxsin törətdiyi hələ məlum deyil, araşdırma aparılır.
Qeyd edək ki, Şah Abbas məscidi (və ya Gəncə Cümə məscidi) Gəncəçayın sol sahilində, Gəncənin tarixi mərkəzində yerləşən, XVII əsrdə Arran memarlıq üslubunda inşa edilmiş tarixi məsciddir.
Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Belə ki, Xoşçobanlı kənd sakini, 2001-ci il təvəllüdlü İman Məmmədovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı iki həftə əvvəl evləndiyi Fatimə Qəmbərovanı əlləri ilə boğaraq öldürməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Kənd sakinlərinin dediyinə görə, Fatimə və İman bir ilə yaxın nişanlı olublar və bu il yanvar ayının 10-u evləniblər, ailə-münaqişə zəminində heç bir hadisə baş verməyib. Onlar birlikdə İman Məmmədovun təhsili ilə bağlı Sumqayıt şəhərinə köçməyə hazırlaşırmış:
“Mehriban qonşudurlar. Onlardan pislik görməmişik. Heç bir söz-söhbət olmayıb. Ailələrinə yaxşı baxırlar. Bir oğulları var. Toylarında da iştirak etmişik. Hər şey qaydasında olub.
Oğlanın öldürməyinə inanmıram. O, çox ağıllı, qabiliyyətli, sakit uşaqdır. Qayınatası da Fatiməni öz balasından çox istəyirdi. Durub naharına kimi verirdi gəlininin”.
“Ölkə.Az” xəbər verir ki, hadisə, kral kobrasını tutan və insanları müalicə etdiyi daxmada bir həftə saxlayan şaman Norgianın başına gəlib. Şaman ilanı qonşularına göstərmək qərarına gəlib.
Videoda göründüyü kimi ilan onun üzünə tərəf hücum etmək istəyib, lakin o, bu hücumdan qorunub. Bundan sonra ilan onun biləyindən sancıb, lakin kişi buna əhəmiyyət verməyərək, öz işinə davam edib.
Hadisədən 2 saat sonra, özünü pis hiss edən şaman təcili xəstəxanaya çatdırılıb.
Zəhər orqanizminə yayıldığı üçün həkimlər kişiyə kömək edə bilməyib. Norgani həmin gün vəfat edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Cəvahirli, Abdinli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 12-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
"Ölkə.Az" hadisə Bülbülə qəsəbəsində baş verib.
Bəydəmirov küçəsində iki nəfər mübahisə edib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Bakıda daha bir fırıldaqçı peyda olub.
Sürücülərin Unikal.org-a verdiyi məlumata görə, paytaxtın Suraxanı rayonunda yolun kənarında dayanan qadın hərəkət edən avtomobillərin içərisinə baxır.
Sonra yolda saxlayan maşına əyləşən qadın sürücüdən 50 manat pul tələb edir. Sürücü pulu vermək istəməyəndə isə qadın polisə şikayət edəcəyini və yaxud onları şərləyəcəyini bildirir.
Qeyd edək ki, həmin qadın Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsindən bir qədər aralıda və Suraxanı-Zığ Şosesində (keçmiş 7 saylı internatın yaxınlığında) dayanaraq bu “əməli” törədir.