Kürdəmirdə 88 yaşlı qadın evində tüstüdən boğulub.
Report xəbər verir ki, rayonun Çöhranlı kənd sakini, 1932-ci il təvəllüdlü Nərimanova Umuhanı Rüstəm qızının yaşadığı evdə yanğın hadisəsi baş verməsi nəticəsində ölməsi barədə Kürdəmir Rayon Polis Şöbəsinin Növbətçi Hissəsindən rayon prokurorluğuna məlumat daxil olub. Həmin məlumat əsasında hadisə yerinə baxış keçirilib, meyitin müayinəsi aparılıb və digər zəruri hərəkətlər icra edilib. Aparılmış ilkin araşdırma zamanı müəyyən olunub ki, Umuhanı Nərimanova Çöhranlı kəndindəki fərdi yaşayış evində tək yaşayırmış, onun görmə və eşitmə qabiliyyəti zəif olub.
Hadisə günü qonşusu ona yemək gətirən vaxt evdə yanğın olduğunun, U.Nərimanovanın öldüyünün şahidi olub. İlkin ehtimala əsasən yanğın evdəki elektrik naqillərində yaranmış qısa qapanma nəticəsində baş verib, otağın daxilində yaranmış tüstü nəticəsində Umuhanı Nərimanova boğularaq ölüb. U.Nərimanovanın meyitinin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
Rayon prokurorluğunda araşdırma aparılır.
"Ölkə.Az" xəbər verir ki, bu sözləri 16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanı öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllim işləyən İhamə Əsgərova Axar.az-a açıqlamasında deyib.
O, ibtidai sinifdə dərs dediyi İman Məmmədovun belə bir qətli törədən biləcəyini ağlına gətirmədiyini bildirib:
"Bu hadisə necə oldu, anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi, zəif görürdü. Hamı ona uşaq gözündə baxırdı. O, evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı".
İ.Əsgərova Fatimə ilə İmanın üç il nişanlı qaldıqlarını söyləyib:
"Mən toydan əvvəl İmanın anası ilə danışdım və ona Fatimənin yaşının az olduğunu, İmanın isə evliliyə hazır olmadığını bildirdim. Lakin bu sözlərim onun xoşuna gəlmədi və buna görə də onlar bizi toya dəvət etmədilər. Həqiqətən, İman evlilik üçün hazır deyildi. O, küçədə yaşından balaca uşaqlarla oturanda, gəzəndə onlardan seçilmirdi.
O, mənim oğlumla bir sinifdə oxuyub. Mən, ümumiyyətlə, düşünmürəm ki, o, öz istəyi ilə evlənib. Çünki o belə qərarlar verəcək təfəkkürdə deyildi. Fikirimcə, İman valideynlərinin istəyi və ya təkidi ilə evlənib".
Fatimənin xəstə olduğunu iddialarını isə Fatimə Qəmbərovanın yaşadığı Həsənli kəndində nənəsinin qonşuluğunda yaşayan adının çəkilməsini istəməyən qadın təkzib edib.
O bildirib ki, Fatimədə heç bir xəstəlik olmayıb.
"Fatimə gözümüzün qabağında böyüyən uşaqdır. Onda heç bir xəstəlik olmayıb, onlar öz cinayətlərini gizlətmək üçün qıza belə şər atırlar. Onlar üç ilə yaxındır ki, nişanlı idilər. Necə olub ki, bu günə qədər xəstə olduğunu bilməyiblər?"
Onun sözlərinə görə, Fatimə İmanla ailə qurmağa məcbur edilib:
"Qız toy günü narazı və könülsüz idi. Hiss olunurdu ki, o oğlana getmək istəmir. Uşaq idi, səsini çıxara bilmirdi. Bildiyimizə görə, Fatiməni İmana nənəsi verib. O vaxtı deyirdilər ki, Fatiməni nənəsi xəstə bir oğlana verib. Biz hamımız nənəni qınasaq da, heç bir xeyri olmadı".
Qeyd edək ki, İman Məmmədovun həddən artıq zəif, cəmi 40 kq çəkidə və boyca balaca olması səbəbindən hərbi xidmətə aparılmadığı bildirilir. Yayılan toy videosunda da onun hələ tam yetkinləşmədiyi görünür.
Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürüldüyü bildirilir.
Tbilisi İnfeksiya Xəstəxanasında 4 nəfər qrip virusundan müalicə olunur.
Turkustan.info “Report”a istinadla xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.
Onlardan ikisi çinli azyaşlı uşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib.
Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub.
Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 31-də hava yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 31-də Abşeron yarımadasında metoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Apa xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində qeydə alınıb.
Taksi sürücüsü kimi fəaliyyət göstərən 26 yaşlı Qəhrəmanov Malik Mustafa oğlunun avtomobilini üç sərnişin saxlatdırıb. Sərnişinlərdən biri onu bıçaqla vurub.
Yaralı sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Toyundan 20 gün sonra boğularaq öldürülən 16 yaşlı Fatimə Qəmbərova ilə bağlı xəbərlər ölkə gündəmini zəbt edib.
Turkustan.info cenubxeberleri.com-a istinadən vildirir ki, qızın atası Qəmbərov İbrət Ərkivan qəsəbəsindəndir. O, başqa biri ilə rəsmi nikahda olsa da, Fatimənin anası ilə qeyri-rəsmi münasibətdə yaşayıb. Onlar bir ildən sonra ayrılıblar.
Fatimənin anası İbrətdən ayrıldıqdan sonra Bakıda yaşayan birinə ərə gedib və qızını nənəsinin himayəsinə verib.
Fatimə Qəmbərova Həsənli kənd tam orta məktəbində təhsil alıb. Müəllimlərinin bildirdiyinə görə, o, dərslərini yaxşı oxumasa da, çox sakit, tərbiyəli şagird olub.
Ötən ilin oktyabrında isə anasının təkidi ilə məktəbdən azad edilib. Və səbəb olaraq bildirib ki, Fatimənin ana babası Rusiyada yaşayır və onun yanına köçürlər.
Məsələ 2019-cu il noyabr ayının 1-də məktəbin pedaqoji şurasında müzakirə edilib və ailə vəziyyəti nəzərə alınaraq o, məktəbdən azad edilib.
16 yaşlı qız məktəbdən azad edildikdən iki ay sonra, yanvarın 5-də ona Masallıda şadlıq saraylarının birində qız toyu edilib, yanvarın 10-da isə Çaxırlı kəndindəki “Möcüzə” Şadlıq Sarayında oğlan toyu olub.
Daha bir məlumata görə, 19 yaşlı bəyin boyu balaca olduğu üçün o, hərbi xidmətdə olmayıb.
Kənd sakinlərinin bildirdiyinə görə, 19 yaşlı oğlan kənddə sakit gənclərdən biri sayılıb. Onun əmisi kənddə dinin icmanın rəhbəridir.
Xoşçobanlı kənd sakinlərinin sözlərinə görə, Fatimənin öldürüldüyü gün, səhər tezdən kəndə xəbər yayılıb ki, onun qızdırması var, komaya düşüb. 16 yaşlı gəlini ərinin dayısının maşınında Masallı Mərkəzi Xəstəxanasına aparıblar. Yolda onun vəziyyəti daha da ağırlaşıb.
Qətlə yetirilən Fatimənin əri İman Məmmədov isə iki bacının tək qardaşıdır.
Onun özündən kiçik iki bacısı var. Atası Təklə stansiyasında maşın ehtiyat hissələri satır. Anası isə tibb işçisidir.
Qeyd edək ki, İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib.