Son xəbərlər

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET AXİ) daha 2 xəstə ölüb. 

İnstitutdan APA-nın sorğusuna verilən cavaba görə, 1959-cü il təvəllüdlü şəxs xəstəxanaya yanvarın 31-də saat 11.25-də ağır vəziyyətdə ağciyərlərin interstisial pnevmoniyası, tənəffüs çatışmazlığı (II-III dərəcə), şəkərli diabet (II tip), diabetik nefropatiya diaqnozu ilə daxil olub və I Pulmonologiya şöbəsinə yerləşdirilib.

Pulmonoloq va endokrinoloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin vəziyyəti fevralın 9-da kəskin pisləşdiyindən dərhal I Reanimasiya şöbəsinə köçürülüb. Müvafiq reanimasion tədbirlər aparılıb. Lakin xəstədə əsas xəstəliyin ağırlaşması kimi kəskin ağciyər-ürək çatışmazlığı inkişaf edib və onda fevralın 10-da saat 04.20-də bioloji ölüm baş verib.

Məlumata əsasən, xəstəyə ET ACXİ-yə daxil olmazdan əvvəl yanvarın 9-da Tusi Klinikasında pnevmoniya diaqnozu qoyulub və stasionar müalicə tövsiyə edilib. O, yanvarın 17-nə kimi Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının pulmonoloji şöbəsinda pnevmoniya, dəqiqləşdirilməmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyi (ACXOX), şəkərli diabet, 20-25 yanvar tarixlərində EGE Hospitalına ambulator müraciət edərək pnevmoniya, şəkərli diabet diaqnozları ilə hospitalizasiya edilib.

1944-cü il təvəllüdlü digər xəstə İnstituta fevralın 5-də saat 02.15-də ağır vəziyyətdə sol tərəfli piopnevmotoraks, sepsiki vəziyyət, xroniki böyrək çatışmazlığı (II mərhələ) diaqnozu ilə daxil olub  və döş qəfəsi cərrahiyyəsi şöbəsinə yerləşdirilib.

Xəstə yanvarın 23-28-i tarixlərində Qax Rayon Mərkəzi Xəstəxanasında soltərəfli pnevmoplevrit, xroniki böyrək çatışmazlığı diaqnozu ilə stasionar müalicə alıb. Vəziyyəti pisləşdiyinə görə, ET ACXI-yə göndərilib. Halı kəskin pisləşdiyindən aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə fevralın 9-da saat 08.50-da bioloji ölüm qeydə alınıb. Ölümün səbəbi ağciyər arteriyasının kəskin tromboemboliyası, sol tərəfli piopnevmotoraks (empiema), mədə-bağırsaq qanaxması, xroniki böyrək çatışmazlığıdır.

Qeyd edək ki, son 4 ayda Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 11 nəfər ölüb.

Şimal bölgəsində temperatur mənfi 22 dərəcəyədək enib
Ötən gün axşam saatlarında şimal bölgəsində qar yağmağa davam edib.

APA məlumatına görə, ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb.

Burada qarın hündürlüyü 50 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 42 sm, Xaldanda 20 sm, Xızının Altıağac qəsəbəsində 28 sm, Qubanın mərkəzində 15 sm, Şabranda 3 sm, Qusarın Yasab kəndində 16 sm olub. 

Qubanın Qrız kəndində temperatur mənfi 22-dək, Xınalıqda isə mənfi 20-dək enib. 

Bakıda avtomobili sürətlə idarə edən sürücü qəza törətdiBakıda baş verən ağır qəzanın görüntüləri yayılıb.

"Ölkə.Az" xəbər verir ki, hadisə gecə saatlarında baş verib. 

Nobel prospektində yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək, digər maşına çırpılıb. 

Hadisə həmin yolla hərəkətdə olan avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub. 

Həmin görüntüləri təqdim edirik:

Qarabağ qazisi dünyasını dəyişdi

Qarabağ qazisi Qoşqar Hacıyev vəfat edib.

 Q.Hacıyev 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı. Qazi həmin vaxtdan etibarən həm ölkəmizdə, həm də Türkiyədə müalicə alırdı.

Allah rəhmət eləsin!

Alfonsla əlaqəsi olan bacısını öldürdüRusiyanın İnquşetiya Respublikasında qardaş bacısını öldürüb.

Lenta.ru-nun yaydığı xəbərə görə, onun bacısının qadınları özünə cəlb edərək pullarını mənimsəyən İsa Altəmirovla əlaqəsi olub.

Qızın meyiti çoxsaylı bıçaq yaraları ilə Maqas şəhərində yerləşən mənzildən tapılıb.

İstintaq prosesində qardaş bacısını İsa Altəmirovla əlaqəsi olduğu üçün öldürdüyünü etiraf edib.

Məlumata görə, polislər Altəmirovun evinə gələn vaxt qız da həmin evdə olub.

Xatırladaq ki, polislər Altəmirovu tutmaq istəyəndə onun hüquq-mühafizə orqanı əməkdaşlarına atdığı qumbara partlamayıb və o, özünü binanın pəncərəsindən ataraq ölüb.

Kliniki Tibbi Mərkəzdə koronavirusla bağlı iki nəfərin müayinəsi davam edir
Kliniki Tibbi Mərkəzdə koronavirus şübhəsi ilə iki nəfərin müayinəsi davam edir.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, fevral ayının 10-u üçün yoluxucu xəstəliklər şöbəsində iki nəfər var:

“Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqəsi olmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar”.

İsmayıllıda ağaclar kəsildi — Prokurorluğa rəsmi müraciətİsmayıllıda ağacların kəsildiyini təsdiqlənib.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a İsmayıllıda yolun kənarında yerləşən ağacların kəsilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Nazirlik əməldaşları əraziyə baxış keçirib və ağacların kəsilmə faktı öz təsdiqini tapıb:
“Məsələ ilə bağlı ETSN-nin yerli Ekologiya idarəsinin əməkdaşları tərəfindən akt tərtib olunub və təbiətə 7800 manat məbləğində ziyan dəyib.

Faktla bağlı toplanmış sənədlərə baxılması və müvafiq tədbirlərin görülməsi üçün rayon Prokurorluğuna müraciət edilib”.
İsgəndər Həmidov üçün Türkiyədən həkimlər gəlməyə başladı -SON DURUM

“Bu gün City Hospitalda qardaş Türkiyənin Avrasiya klinikasından gəlmiş həkimlərin iştirakı ilə sabiq daxili işlər naziri İsgəndər Həmidovun konsultasiyası aparıldı”.

Bu barədə həkim Adil Qeybulla açıqlama yayıb.

A.Qeybulla bildirir ki, sabah günorta saatlarında İstanbuldan daha bir neyrocərrah gələcək və vəziyyəti yenidən müzakirə edəcəklər. Konsiliumun nəticəsi ilə bağlı dostlara əlavə məlumat veriləcək.


Bakıda Sənan Həsənov adlı aptek müdiri iş yerində ölüb.

Yasamal rayonu ərazisində fəaliyyət göstərən aptekə rəhbərlik edən həkimin dostları onun ürək tutmasından vəfat etdiyini bildiriblər. Bəzi dostları isə 20 aprel 1971-ci il təvəllüdlü həkimin intihar etdiyini qeyd ediblər.

Faktla bağlı araşdırma aparılır.

Vəfat edən aptek müdirinin fotolarını təqdim edirik. (publika.az)

Sabah hava yağmurlu olacaq

Sabah Bakıda və Abşeron yarımadasında səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.