Qarabağ separatçılarının “müdafiə naziri” Karen Abramyan istefaya gedib.
Bu məlumatı “Verelq.am” saytı yayıb. Nazirin istefasına səbəb qondarma rejimin qeyri-döyüş şəraitindəki itkiləri olub.
Qeyd edək ki, ilin əvvəlindən bu yana Qarabağda ölən erməni hərbçilərin sayı 13-ə çatıb. /axar.az/
İsgəndər Həmidovun durumu ağır olaraq qalır. Amma Adil Qeybullanın dediyinə görə, cüzi bir ümid yaranıb.
Bu sözləri Axar.az-a ötən aydan komada olan keçmiş nazirin qardaşı oğlu Şəhriyar Məcidov İsgəndər Həmidovun hazırki durumu ilə bağlı danışarkən deyib.
Ş.Məcidov bildirib ki, İ.Həmidov mütəmadi olaraq həkimlərin nəzarətindədir.
Tibb üzrə professor Adil Qeybulla isə bildirib ki, İ.Həmidovun səhhətindəki problemlərin aradan qaldırılması üçün təcrübəli həkimlər əllərindən gələni edir:
“İki gün öncə “City Hospital”ın və Türkiyədən olan həkimlərin birgə konsiliumu keçirildi. Hemodinamik göstəricilərin (qan təzyiqi, nəbz) tənəffüs sayının, qan saturasiyasının (oksigen təminatının) stabilləşməsini, xəstənin ağrı və səs qıcıqlarına zəif reaksiyasını, baş beyinin növbəti tomoqrafiyası zamanı ödemin azalma tendensiyasını nəzərə alaraq, xəstəyə traxeostomiya qoyulması qərara alındı və uğurla icra edildi. Hazırda vəziyyəti stabil-ağır olaraq qalır, koma vəziyyətindədir, hemodinamik göstəricilərini inotrop dəstəksiz (dərman preparatlarının köməyi olmadan) saxlaya bilir. Xəstə zondla qidalandırılır”.
Qeyd edək ki, İ.Həmidov 24 yanvardan komadadır və süni tənəffüs aparatına qoşulub.
Bakı Nəqliyyat Agentliyi (BNA) “Sədərək” Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, yanğın nəticəsində 117, 120, 126, 130, 164, 174, 176, 194, 206, 211 nömrəli müntəzəm marşrutların fəaliyyətində müəyyən çətinliklər yaranıb:
“Məsələ ilə bağlı daşıyıcılarla əlaqə saxlanılıb və alternativ yollardan istifadə etməklə marşrutların fasiləsiz fəaliyyətinin təmin olunması tapşırılıb”.
Oxu.az xəbər verir ki, yanğında beş nəfər tüstüdən zəhərlənib, bir nəfər isə yüngül xəsarət alıb.
İlkin məlumata görə, yanğın başlayan korpusda 60-a yaxın mağaza tamamilə yanıb.
Onlardan ikisi 160 kvadratmetrlik ayaqqabı mağazalarıdır.
Daxili İşlər Nazirliyindən (DIN) "verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 33 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb.
RİA “Novosti” xəbər verir ki, bu barədə “Jenmin Jibao” qəzeti məlumat yayıb.
«COVID19-a yoluxmuş Uçan xəstəxanasının direktoru Lyu Çjimin fevralın 17-də ölüb. O, koronavirusan ölən ilk tibb müəssisəsi rəhbəridirir”, - nəşr yazıb.
Xatırladaq ki, Çinin hakimiyyət orqanları Ümumdünya Səhiyyə Təşkilatını 2019-cu ilin dekabrın 31-də ölkədə yeni virusun yayılması barədə məlumatlandırıb. Mütəxəssislər bunun 2019-nCoV koronavirus olduğunu müəyyənləşdiriblər.
Çində virusa yoluxanların sayı 70,5 min nəfəri ötüb. Ölkədə 1770 nəfər virusdan vəfat edib. Daha 10,8 min nəfər müalicə edilərək sağalıb. Çindən kənarda bu virusa yoluxanların sayı 700 nəfərdən çoxdur.
“Ölkə.Az”ın məlumatına görə, Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinin ərazisi yanır.
Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Alov güclü olduğundan artıq bir neçə mağazanı bürüyüb.
Əlavə məlumat veriləcək.
Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı həddən artıq absurd və həyasız bəyanatla çıxış etdi. Paşinyan çıxışında Xocalı faciəsi ilə bağlı məqama toxunub və bildirib ki, həmin hadisələr zamanı Azərbaycan prezidenti olmuş Ayaz Mütəllibov sonralar Rusiyanın “Arqumentı i Faktı” qəzetinə açıqlamasında guya bu soyqırımı azərbaycanlıların törətdiyini deyib.
Dəfələrələ ermənilərin Xocalıda törətdikləri dəhşəli etiraflarının şahidi olmuşuq. Təkcə erməni yazıçı Zori Balayanın etirafları onların bütün iç üzünü açmağa bəs edir. Axar.az Paşinyanın bu sərsəm açıqlamasına cavab olaraq Balayanın tükürpədən etiraflarını bir daha sizə təqdim edir:
Xaçatur türk uşağını hissə-hissə doğradı
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri, yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
“Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.
Ayağımı 9-11 yaşlı uşaq meyitinin üstünə qoydum…
Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. “Xaç uğrunda” kitabının 19-76-cı səhifələrində müəllif Xocalı soyqırımından yazır:
“Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim”.
“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türkün) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi…”
26 fevral 2016-cı il