Son xəbərlər

Qazax sakini koronavirusun dərmanını tapdı
Qazax sakini dünyada geniş yayılan koronavirusun müalicəsini tapdığını iddia edir.

Qazaxda yaşayan Asəf Zöhrabov bununla bağlı "Xəzər TV"yə müsahibə verib.
 
O deyib ki, ilkin təcrübəsini siçanlar üzərində aparıb və iddia edir ki, uğurlu alınıb.
Qoruyucu sprey isə sarımsaq, xlor, tütün və bir neçə maddədən ibarətdir. 
Həmin süjeti təqdim edirik:

Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 777 mm civə sütunundan 773 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək. Havanın temperaturugecə 1-6 , gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Abşeron rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

"Report" Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Mehdiabad polisi sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxsi ələ keçirib.

Belə ki, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Məmmədli kənd sakini, 54 yaşlı Abidin Məhərrəmov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə yanaşı, həmçinin "Facebook" və "İnstaqram" sosial şəbəkələrində meyxana sədaları altında onun təbliğini həyata keçirib.

A.Məhərrəmov "İnstaqram"da açıq-aşkar narkotik vasitənin təbliğini özündə əks etdirən video görüntüdə paylaşıb. Mehdiabad Polis bölməsinin əməkdaşları, dərhal A.Məhərrəmovun yerini müəyyən edərək onu saxlayıb. Üzərinə və yaşadığı Məmmədli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi bükümdə narkotik vasitə hesab edilən, təqribən, çəkisi 2 kq-a yaxın marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmin kişi bu kimi faktlarla polis bölməsinə gətirilərək istintaqa təhvil verilib. Saxlanılan şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bakıda biabırçılıq!

Bakıda həkim qadının doğuş anının videosunu paylaşıb.

Azmedia.az xəbər verir ki, tanınmış  həkim-ginekoloq Aysel Paşayeva qadının  uşaq dünyaya gətirməsini çəkərək  instagram  hesabında paylaşıb.

Qeyd olunan video birmənalı qarşılanmayıb.

Bəzi şəxslər bu anın paylaşımını etik hesab etməyib.

Həmin videonu təqdim edirik.

Bakıda məktəbli qız qəzadan son anda xilas oldu
Bakıda məktəbli qız ölümdən dönüb.

 “Report” xəbər verir ki, hadisə fevralın 16-da, paytaxtın mərkəzi küçələrinin birində qeydə alınıb.

Belə ki, məktəbli qız yolda hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına anidən çıxıb. Bu zaman avtomobilin sürücüsü əyləci basıb və məktəbli qəzadan son anda xilas olub.

Həmin görüntüləri təqdim edirik:

Bakıda zəncirvari qəza
Bakının Suraxanı rayonunda zəncirvarı yol-nəqliyyat baş verib.

Report xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 208 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.

Dörd avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Cəfərova Sevinc İldırım qızı xəsarət alıb. Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Koronavirus şübhəsi ilə bağlı xəstəxanada iki nəfər müşahidə altında saxlanılır
1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsində iki nəfər var.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, fevralın 17-si üçün KTM-də iki nəfər həkim müşahidəsində saxlanılır. 

Çinin Çançun şəhərində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı və bu ölkənin Uhan şəhərində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı (tələbələr - red.) fevralın 1-i Uhan-Ankara aviareysi ilə Ankara şəhərinə gəliblər və orada karantinə yerləşdiriliblər. Karantin müddətində Türkiyədə alınan analizlərin cavabları mənfi olub, yəni onların səhhətində heç bir problem aşkarlanmayıb.

Karantin müddəti bitdikdən sonra Bakıya qayıdan zaman onların bədənlərinin hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Bu gün saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada bir nəfər qalır. Onun karantin müddəti fevralın 18-i bitir. Vəziyyəti normaldır və heç bir şikayəti yoxdur.

Bakıda “avtoşluq” edən sürücü kameraya düşdü
Bakıda “Mercedes” markalı avtomobili ilə “avtoşluq” edən sürücünün görüntüləri yayılıb.

Oxu.az xəbər verir ki, görüntülər Zabrat qəsəbəsində lentə alınıb. 

Sosial şəbəkədə yayımlanan videoda 99-BA-012 dövlət nömrə nişanlı avtomobil işıqforun yaşıl işığından sola manevr edib, daha sonra isə əl əyləcindən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. 

Həmin görüntüləri təqdim edirik:

Narkoloji Mərkəzdə xəstə intihar edib
Bakıda intihar hadisəsi baş verib.

Apa məlumatına görə, hadisə Respublika Narkoloji Mərkəzində qeydə alınıb.

Orada müalicə alan, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Şahverdiyev Seymur Şahverdi oğlu otaqda özünü asıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Bakının “qaydasız” sürücüləri
Bakıda bir neçə sürücünün yol-hərəkət qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.

Sosial şəbəkədə yayılan görüntülər günün müxtəlif vaxtlarında şəhərin ayrı-ayrı əraziələrində çəkilib. 

Birinci videoda digər sürücülərin tıxacda gözləməsinə baxmayaraq, 90-MV-149 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil 1.3 üfüqi nişanlama xəttinin tələblərini pozaraq, qarşı yola çıxıb və qarşıdan gələn nəqliyyat vasitələri üçün təhlükə yaradıb.

İkinci video sutkanın qaranlıq vaxtı çəkilib. “Opel” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dar küçədə əks istiqamətdə və ikinci zolaqda saxlayıb. Bu, öz yolu ilə hərəkət edən avtomobillərin hərəkətinə mane olub. 

Sonuncu görüntülərdə isə “Toyota Prado” markalı avtomobilin işıqforun qırmızı işığında qarşı yola çıxması əks olunub. İşıqforun yaşıl işığı yanar-yanmaz sürücü qarşıdakı avtomobilləri buraxmalı olduğu halda, buna əməl etməyib və sola dönmə əməliyyatını yerinə yetirib.