Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
APA xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Aytəkin Qəhrəmanova keçmiş yoldaşı ilə yaşadığı binanın qarşısında mübahisə edib. Nəticədə qadın bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçalı rayonu İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Bu barədə haqqin.az saytı bölgə müxbirinə istinadla məlumat yayıb.
Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib. Binanın girişində Dövlət Təhlükəsizlik Xidməti xüsusi yoxlama məntəqəsi qurub. Binaya giriş qadağandır.
Bakının mərkəzində marketdə bıçaqlanma hadisəsi olub.
Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən “Araz market”dən oğurluq etmək istəyən naməlum şəxsi mağazanın mühafizəçisi Elvin Muxtarov saxlamaq istəyib. Bu zaman naməlum şəxs mühafizəçinin qoluna bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
Keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın çevrəsinə daxil olan daha bir şəxs “neytrallaşdırılıb”.
Yenicag.az xəbər verir ki, sabiq vergilər naziri Fazil Məmmədovun bacısının Vüqar adlı kürəkəni “AtaBank” işi”nə görə həbs edilib.
Ümumiyyətlə, bir müddət əvvəl başlayan və şərti olaraq, “AtaBank” işi” adlandırılan təhqiqatın gedişində üzə çıxan detalların Fazil Məmmədova ciddi başağrısı yaradacağı bildirilirdi.
Məmmədovla əlaqədar medianın əldə etdiyi məlumatlarda onun yaxın adamlarına yönəlik həbslərin davam edəcəyi, hətta keçmiş nazirin özünün də eyni aqibətə məruz qalacağı iddia olunmaqdadır.
Almaniyanın Hanau şəhərində 2 kafeyə silahlı hücum olub.
Qəlyan kafesinə naməlum şəxslər tərəfindən odlu silahla təşkil edilən hücum nəticəsində 8 nəfər dünyasını dəyişib. Çox sayda yaralı var.
Cənubi Hessen Baş Polisindən verilən açıqlamaya görə, hadisə yerli vaxtla saat 22:00 radələrində olub.
Şübhəli şəxslərin 2 nəfər olduğu bildirilir.
“Assoşieyted Press” agentliyinin məlumatına görə, qəlyan kafelərinə hücum nəticəsində ölənlərin sayı 9-a çatıb. 4 yaralı var.
Şübhəlilərdən biri evində ölü tapılıb. Onun yanında daha bir cəsəd olub.
Agentlik bildirir ki, hücuma məruz qalan kafelərdən biri türklərə məxsusdur. Dünyasını dəyişən 9 nəfərdən 5-inin türk olduğu iddia edilir. (publika.az)
Azərbaycan Ordusunun itkin düşən hərbçisi Akif Elşən oğlu Abbasovun meyiti neytral ərazidən götürülüb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “Report”a açıqlamasında bildirib ki, BQXK fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.
Qeyd edək ki, A.Abbasov bu ilin yanvar ayında itkin düşmüşdü.