Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Gürcüstanda koronavirusa yoluxan şəxslə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 25-də İran Islam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqda məlumatın əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar.
Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilmiş və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.
Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq Astara gömrük–keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Beləki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər.
Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.
Apa məlumatına görə, avtoqəza Bakının Binəqədi rayonu ərazisndə qeydə alınıb.
Sürücü Azər Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik maşını paytaxt istiqamətində hərəkətdə olan zaman Abbas Fərəcovun sükanı arxasında olduğu eyni markalı digər avtomobil arxadan ona çırpılıb. Nəticədə birincinin sərnişini xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırmalar aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Fevralın 27-28-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq yarada bilər.
"Ölkə.Az" axu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Əliağa Kürçaylı küçəsində qeydə alınıb.
Belə ki, həmin küçədə yaşayan Nübubət adlı qadın keçmiş əri Ələkbər Hüseynov tərəfindən qətlə yetirilib. Qətli törədən şəxs sonradan qadının evini yandırıb.
Hazırda yanğının baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Salyan Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Hadisənin təfərüatı araşdırılır.
“Fevralın 24-də Babahüseyn Məmmədovun atası mənə xəbər göndərdi ki, sənin qızını oğlum qaçırıb və iş-işdən keçib”.
Bunu Axar.az-a açıqlamasında ötən gün özünü dənizə ataraq intihar edən Tibb Universitetinin tələbəsi Nəzakət Rzazadənin atası Müğdət Rzazadə deyib.
O bildirib ki, qızı intihar edəcəyi barədə qabaqcadan oğlana məlumat verib:
“Qızımın qaçırıldığını biləndə əsəbiləşmişdim. Nəzakət təhsilinə görə beş il Bakıda yaşayıb, semestr imtahanlarını verib, fevralın 3-də rayona gəlmişdi. Ayın 16-da da kənddən özüm qızımı Bakıya yola saldım.
Hadisədən sonra oğlan indi özünə gəlib. Dediyinə görə, guya qızım ona zəng edib, deyib ki, biabır olmuşam, özümü dənizə atmağa gedirəm. Mənim qızım intihar edəcək ağılda deyildi”.
Tibb Universitetinin mətbuat katibi Günel Aslanova da saytımıza açıqlamasında bildirib ki, Nəzakət Rzazadənin qaçırılması barədə onlarda məlumat yoxdur:
“N.Rzazadə normal, oxuyan tələbə olub. Biz də hadisənin şokundayıq. Semestr imtahanlarından sonra ötən həftə dərslərdə də iştirak edib. Davamiyyətində heç bir problem olmayıb. Onu Balahüseyn Məmmədovun qaçırması barədə isə bizdə məlumat yoxdur”.
Qeyd edək ki, mətbuatda Tibb Universitetinin tələbəsi, 1998-ci il təvəllüdlü Nəzakət Rzazadənin bulvarda intihar etməsi və sevgilisi Balahüseyn Məmmədovun onu xilas etmək üçün özünü dənizə atması barədə məlumat yayılmışdı. İntihara ailələrin onların münasibətinə qarşı çıxmasının səbəb olduğu bildirilsə də, qızın ailəsi bunu təkzib etmişdi.
İsgəndər Həmidov Sulutəpə qəbiristanlığında torpağı tapşırılır. O, həyat yoldaşı Ibrahimova Rənanın məzarı yanında dəfn olunur. Dəfn mərasimində yüzlərlə insan iştirak edir.
Xocalı soyqırımından 28 il ötür və bu illər ərzində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti bütün aspektlərdə araşdırılıb, səbəbləri və hədəfləri aydınlaşdırılıb, dünyanın müxtəlif ölkələri və bir sıra beynəlxalq strukturlar bu soyqırımına hüquqi qiymət verib. Lakin Xocalı soyqırımını dünyada baş vermiş digər soyqırımılardan fərqləndirən erməni fəhşiliyinin səbəbləri hələ də açıq olaraq qalmaqdadır.
Nasistlər yəhudilərə qarşı soyqırımı kanslagerlərdə həyata keçirir, qaz otaqlarında öldürərək ocaqda yandırmaq kimi qətl üsullarından istifadə edir, əksər hallarda isə boyunlarının ardından güllə ilə qətlə yetirirdi…
Serblər Srebrenitsada bosniyalı müsəlmanları silah və ağır texnika ilə məhv etdi.
II Dünya müharibəsindən sonra Mərkəzi və Şərqi Avropadakı almanlar SSRİ rəhbərliyi tərəfindən sürgün edildi və nəticədə 2 milyona yaxın insan sağ çıxmadı. Sürgünlə soyqırımı siyasəti ilə SSRİ dövründə azərbaycanlılar da qırğına məruz qaldı.
Və dünya tarixində qeydə alınmış soyqırımılar, qətliamlar, dəhşətli faciələrin heç birində Xocalıda ermənilərin əl atdığı üsullardan istifadə olunmayıb.
Hamilə qadınların qarınları yarılaraq bətinlərindəki körpələr çıxarılır, nizələrə taxırdılar; qoca qadınların belinə qaynar samovar bağlayaraq qaçmağa məcbur edirdilər; uşaqların başını kəsərək “top” kimi istifadə edirdilər; qadınları, qızları ərlərinin, atalarının, qardaşlarının gözləri önündə zorlayır, döşlərini kəsir, gözlərini çıxarırdılar; kişilərin başlarının dərisini soyur, cinsiyyət orqanlarını kəsirdilər; və saydıqca bitməyən dəhşətli əməllər...
Ermənilərin Xocalıda törətdiyi soyqırımında hannibalizmin elementləri açıq şəkildə görünür və bu, təsadüfi deyildi. Bütün soyqırımılar etnik təmizləmə siyasətindən qaynaqlanır, o cümlədən Xocalı soyqırımı, lakin ermənilər Xocalıda həm də tarixlərindən qaynaqlanan hannibalizmdən istifadə etmişdi.
Araşdırmalar təsdiqləyir ki, ermənilərin Xocalıda hannibalizmə əl atması onların tarixi ənənələrindən qaynaqlanır və bu, Xocalı soyqırımını digər soyqırımı və qətliamlardan fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Erməni hannibalizmi
“Ermənilər təqribən 326-408 qram ağırlığında adam ətini 100 dеkana satırdılar. Hətta adam ətini konservləşdirilmiş halda da satırdılar”. (Армянские источники о монг). Ermənilərin insan ətini yeməsi ilə bağlı öz mənbələrində müxtəlif məlumatlar yer alıb.
Məşhur sovet bioloqu Lev Zilberin 1930-cı illərdə Qarabağda taunla mübarizə aparmasına dair xatirələri isə erməni hannibalizminin gerçəkliyini sübut edir.
…. Azərbaycanın Xalq Səhiyyə Komissarlığı təcili şəkildə Lev Zilberi çağırır. Artıq gecə saat 04:00-da professor lazımi avadanlıq və əməkdaşları ilə birlikdə qatarla Qarabağa yola düşmüşdü. Məqsəd taunun qarşısını almaq idi. Daxili İşlər Xalq Komissarlığının Qarabağdakı yerli nümayəndələri bildirirdilər ki, xarici ölkənin bölgəyə atılmış diversantları-kəşfiyyatçıları qəbirləri açır, cəsədlərin ürəyini, qaraciyərini kəsərək, infeksiyanı yayırlar. Lakin Zilber bu versiyanı cəfəngiyat adlandırdı.
“Bir neçə gün ərzində laboratoriyada taun virusunu hazırlamaq və minlərlə insanı öldürmək olar. Nə üçün diversantlar cəsədlərin orqanlarını kəsirlər? Axı onların özü də buna yoluxa bilərlər”, – deyə o bildirir.
Zilberi erməni qəbiristanlığa aparırlar. O, məşəllərin işığında 10-a qədər təzə qəbiri açır. Alim dəhşətə gəlmişdi. Həqiqətən də bir neçə cəsədin başı yox idi, bəzilərinin dalağı, qaraciyəri, yaxud ürəyi çıxarılmışdı.
“Açdığımız üçüncü qəbir qadına məxsus idi. Paltarlarını çıxaranda gördük ki, ay aman, bu nədir belə. Qadının bədənini yarıb ürəyini, ciyərini çıxarmışdılar”, – Zilber yazır.
Zilber ümumi karantin elan edir, lakin o, diversant xəbərinə inanmır. Köhnə tibb jurnallarından tapır ki, bölgədə vaxtilə taun olub və indi həmin xəstəlik yenidən oyanıb. Bir az rus dilində danışmağı bacaran yerli müəllim Zilberə sirri açır. Bildirir ki, Qarabağda yaşayan erməni əhalisi arasında bir inanc mövcuddur: “Əgər ailədə ard-arda ölümlər baş verirsə, ilk ölənin canlı olmasına inanırlar. Əgər ölü qəbirdə canlıdırsa, deməli digər doğmaları da “aparmağa gələcək”. Ölünün canlı olub-olmadığını bilmək üçün qəribə üsuldan istifadə olunur. Atı qəbirin üstünə aparır və ona yulaf verirlər. Əgər at qəbrin üstündə yulafı yeməsə, deməli, həmin ölü canlıdır və qəbiri qazıb, həmin ölünün başını kəsmək, yaxud ürəyini və digər orqanlarını çıxarmaq lazımdır. Çıxarılan orqanlar doğranaraq ailənin digər üzvlərinə verilir, onlar yeyir və beləliklə ölümdən xilas olurlar”.
Məhz bu sirdən sonra Zilber müəyyən edir ki, vaxtilə bölgədə olmuş infeksiya bu yolla yayılır. O, infeksiyanın yayılmasının qarşısını almağı bacarır. Hadrutda baş verən bu hadisə erməni hannibalizminin XX əsrdə qeydə alınan əsas nümunəsidir. 1977-ci ildə “Lenfilm” kinostudiyası Hadrut taunu mövzusuna çəkdiyi filmdə də erməni hannibalizmindən bəhs olunur.
Ermənilərin hannibalizmə yoluxmasının tarixi haqqında da müəyyən versiyalar var. Əsas versiyaya görə, onlar vaxtilə Hindistanda mövcud olan və hələ bu gün də insan əti ilə qidalanan tayfaların arasında yaşayıblar. Sonradan qərbə köç edərkən, hannibalizm ənənələrini Qarabağa qədər də gətiriblər.
Umberto Eko məşhur “Qızılgülün adı” əsərində də erməni hannibalizminə toxunur, qeyd edir ki, orta əsrlərdə erməni kilsəsində hannibalizm yeres (yanlış etiqad) səviyyəsində olub.
Bu faktlar ermənilərin Xocalı soyqırımında azərbaycanlıların orqanlarını niyə çıxardığı, hamilə qadınların qarınlarını niyə yardığı, uşaqlara mazaxistcəsinə əzab verdiyi və bundan zövq aldığının səbəblərini təsdiqləyir. Xocalıda baş verənlər qorxu filmlərində gördüyümüz hannibalların gerçək həyatda törətdiyi qətliam idi. Və ən dəhşətlisi erməni hannaiballarının bu gün də hər an digər xalqlara qarşı Xocalı qətliamını təkrarlayacağı təhlükəsi ilə bölgədə yaşamasıdır. Unutmayın, insan ətini yeyənlər bir gün mütləq yenə dadına baxmaq istəyəcək… (publika.az)
Neftçalanın həbs edilən sabiq icra başçısı İsmayıl Vəliyev barəsində seçilən həbs qətimkan tədbirindən apelyasiya şikayəti verməyib.
Həbs olunan şəxslərdən yalnız rayonun Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev barəsində seçilmiş həbs-qətimkan tədbirindən apellyasiya şikayəti verib. Digər saxlanılan şəxslər isə bu hüquqlarından istifadə etməyiblər.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb. Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyənləşib.
İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyənləşib.
Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.
Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
Səbail rayon Məhkəməsi sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. (APA)
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.
Qeyd edək ki, onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.
Xatırladaq ki, ötən gün 23 nəfər karantin məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb:
“Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə həkim müşahidəsi üçün yeddi nəfər yerləşdirilib.
Həkim müşahidəsinə götürülənlərin ikisi Azərbaycan, digərləri İran İslam Respublikası vətəndaşlarıdır. Onlarda altısının vəziyyəti normaldır səhhətlərində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfərin bədəninin hərarəti normadan yüksəkdir. Həkim müşahidələri davam edir.
İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olanlar isə artıq məlumat verdiyimiz kimi müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə, həkim müşahidəsinə götürülənlərdən iki nəfərinin hərarəti normadan bir qədər yüksəkdir. Səhhətlərində ciddi problem aşkarlanmayıb.
Qeyd edək ki, yuxarıda qeyd olunanların əksəriyyəti İrana ziyarətə gedənlərdir.