Son xəbərlər

 
Məşhur Məmmədov,
Millət vəkili


Dövlətin gənclər siyasəti hər zaman prioritet məsələ kimi Ulu Öndər Heydər Əliyevin nəzarətində olub. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə qayğını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
Ümummilli lider Heydər Əliyev gənclərə daim böyük önəm vermiş, onların ölkənin inkişafında mühüm rol oynaması üçün geniş imkanlar yaratmışdır. Məhz onun təşəbbüsü ilə 1997-ci ildən etibarən hər il fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur.
Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir.
1996-cı il fevralın 2-də Heydər Əliyevin təşəbbüsü ilə Bakıda I Gənclər Forumu keçirilmişdir. Forumda Azərbaycan gənclərinin problemləri, təhsili, məşğulluğu, ictimai-siyasi fəallığı və sosial müdafiəsi kimi vacib məsələlər müzakirə olunmuşdur. Ulu öndər Heydər Əliyev gənclərə öz arzularını reallaşdırmaq üçün geniş imkanlar yaradılacağını vəd etmiş, onların ölkənin gələcəyində mühüm rol oynadığını vurğulamışdır.
Bu forumdan sonra 1997-ci ildə Heydər Əliyev xüsusi fərman imzalayaraq fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan etmişdir. Bu qərar Azərbaycan gənclərinin cəmiyyətin aparıcı qüvvəsi kimi tanınmasının rəsmi təsdiqi oldu.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə gənclərin inkişafına yönəlmiş bir sıra mühüm proqramlar həyata keçirmişdir.
Təhsil imkanlarının genişləndirilməsi, gənclərin xaricdə təhsil alması üçün dövlət proqramlarının hazırlanması, Azərbaycan Gənclər Fondu və digər qurumlar vasitəsilə gənclərin təşəbbüslərinin maliyyələşdirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği və idmanın inkişafı üçün infrastrukturun qurulması, gənclərin milli-mənəvi dəyərlərə bağlılığının artırılması və onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi üçün atılan bütün addımlar onun adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin gənclərə olan qayğısı bu gün də öz bəhrəsini verməkdədir. Azərbaycan gəncləri onun müəyyən etdiyi strategiya əsasında inkişaf edir, ölkənin tərəqqisinə töhfə verir və beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edirlər.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın inkişafında və qələbələrində gənclərin roluna xüsusi önəm vermişdir. Onun rəhbərliyi altında Azərbaycan gəncləri həm iqtisadi, sosial və elmi sahələrdə, həm də Vətən müharibəsində müstəsna qəhrəmanlıq göstərərək ölkəmizin tarixinə şanlı səhifələr yazdılar.
Prezident İlham Əliyev gənclərin dövlət idarəçiliyində, iqtisadiyyatın inkişafında və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsində mühüm addımlar atmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən proqramlar və islahatlar nəticəsində Azərbaycan gəncləri daha savadlı, vətənpərvər və müasir texnologiyalara yiyələnmiş nəsil kimi formalaşıb.
Xaricdə təhsil proqramları, yeni universitetlər və texnoloji parklar, startaplara və innovasiyalara dəstək verən dövlət proqramları, olimpiya kompleksləri, idman mərkəzləri və beynəlxalq səviyyəli tədbirlərin təşkili, gənclərin tarixi keçmişə və milli köklərə bağlılığının gücləndirilməsi gənclər siyasətinin əsas prioritetlərindəndir.
2020-ci ildə Vətən müharibəsində Azərbaycan gəncləri öz igidliyi, vətənpərvərliyi və müasir döyüş strategiyalarına yiyələnməsi ilə tarixi Zəfər əldə etdilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gənc əsgərləri və zabitləri torpaqlarımızı düşməndən azad edərək böyük qələbə qazandılar.
Bu qələbə Azərbaycan gənclərinin nə qədər vətənpərvər, savadlı və iradəli olduğunu sübut etdi. Onlar sübut etdilər ki, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin yaratdığı güclü dövlətə, milli həmrəyliyə və müasir orduya sahib olmaq qələbənin açarıdır.
Bu gün Azərbaycan gəncləri ölkənin inkişafı üçün müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edirlər.
Azərbaycanlı gənclər beynəlxalq innovasiya müsabiqələrində iştirak edir və uğurlar qazanırlar. Gənc alimlərimiz beynəlxalq elmi araşdırmalara qoşulur. Azərbaycan gəncləri Avropa və dünya çempionatlarında uğurlar qazanırlar.
Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin gənclərə olan qayğısı və onların inkişafına verdiyi dəstəyin nəticəsidir. Müasir Azərbaycan gəncləri Qarabağın bərpasında, ölkənin modernləşməsində və beynəlxalq arenada ölkəmizin layiqli təmsil olunmasında mühüm rol oynayırlar.
Bir sözlə, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gəncliyi tarixi zəfərə imza atdı və ölkənin gələcəyini qurmağa davam edir. Gənclər müasir, güclü və qalib Azərbaycanın qurucularıdır!
Azərbaycan Gəncləri Günü hər il geniş tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək gənclərin inkişafına yönəlmiş strateji layihələr həyata keçirir. "Azərbaycan Gəncliyi 2017-2025-ci illərdə" Dövlət Proqramı, Gənclər Fondunun fəaliyyəti və digər təşəbbüslər bu siyasətin davamlılığını təmin edir.
01 Fevral 2025 Gənclər Günü: İnkişafın, inancın və irəliyə doğru addımın simvolu - MÜNASİBƏT BİLDİRİLDİ
01 Fevral 2025 Milli.Az 15 yaşında!
28 Yanvar 2025 Marketlərdə satılan toyuqlara öldürücü dərmanlar qatılır? - AİB SƏDRİ DANIŞDI
21 Yanvar 2025 Əhali "kənd yumurtası" adı ilə aldadılır? - AİB SƏDRİ DANIŞDI
21 Yanvar 2025 BÖYÜK SEVGİNİN ADAMI
20 Yanvar 2025 Kamaləddin Qafarov: “20 Yanvar şəhidlərinin xatirəsi daim yaşayacaq”
19 Yanvar 2025 Nazim Eynallı: “20 Yanvar” Azərbaycan xalqının tarixinin həm faciəli səhifəsi, həm də qəhrəmanlıq səlnaməsidir
13 Yanvar 2025 Onlayn qumar təşkil edənlərin qarşısını necə almaq olar? VİDEO
13 Yanvar 2025 Taksi sürücülərinin nəzərinə!
13 Yanvar 2025 Lütvəli Babayevin oğlu ilə bağlı prosesdə gərginlik - “Gözündən gəlsin”
13 Yanvar 2025 Yeni dünya nizamı formalaşdırılır
10 Yanvar 2025 Onlar bunun bədəlini ağır ödəyirlər - Netanyahu
10 Yanvar 2025 Tolerantlığın bir dəyər formasına çevrilməsi məntiqidir - TƏHLİL
10 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”
09 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”
07 Yanvar 2025 Zelenski niyə belə edir, nəyi çatmır? - Lukaşenko
06 Yanvar 2025 Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı
06 Yanvar 2025 Zamin hansı hallarda ödəniş etməkdən azad ola bilər? - AYDINLIQ GƏTİRİLDİ
29 Dekabr 2024 "Həmrəylik Günü ən çox bizim xalqa yaraşır" - ŞƏRH EDİLDİ
29 Dekabr 2024 Rusiya məsələni ört-basdır etmək istəyirdi - Prezident
29 Dekabr 2024 Suallar var: Havada endirilən zərbədən sonra təyyarə... - Prezident
29 Dekabr 2024 Uçuşları dayandırmağa mən göstəriş vermişəm!
29 Dekabr 2024 Əliyev təşəkkür etdi: Əsl dostluq belə olar!
29 Dekabr 2024 Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub
29 Dekabr 2024 Rusiya ilk şərtimizə dünən əməl etdi, qaldı ikisi - Əliyev
29 Dekabr 2024 Qroznıya uçuşlar bərpa ediləcək? Güman ki, yox! - Prezident
29 Dekabr 2024 Qəzanın Moskva-Bakı əlaqələrinə təsir etməməsi üçün...
28 Dekabr 2024 Ərazi bütövlüyümüzün bərpası həmrəyliyimizin daha da güclənməsinə töhfələr verir
25 Dekabr 2024 Nazim Eynallı Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib - FOTO
25 Dekabr 2024 Təyyarə qəzası: həlak olanların ailələrinə yardım göstəriləcək