Trampın hakimiyyəti dövründə bir çox dövlətin sərhədləri dəyişəcək, bəziləri isə tamamilə yox olacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya mediasına açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.
O qeyd edib ki, Trampın komandası artıq Qrenlandiya, Panama kanalı üzərində iddialarını irəli sürüb və hətta zarafatla Kanadaya növbəti ştat olmağı təklif edib:
“Lakin deyildiyi kimi, Trampın hər zarafatında qlobal düzənin köklü dəyişikliklərinə dair uzaqgörən planlar var”.
Onun sözlərinə görə, keçmiş sovet respublikaları da milli təhlükəsizlik strategiyalarına uyğun qərarlar qəbul etmək üçün gözləmə mövqeyi tutublar:
“İndi Ermənistan Qərbə yönəlib. Ancaq Trampın siyasəti Cənubi Qafqazda dəyişsə və Sakit okean regionuna yönəlsə, İrəvan Zəngəzur dəhlizinə iddia edən güclü dövlətlə tək qalacaq”.