ABŞ Dövlət katibi Marko Rubio məni əmin etdi ki, amerikalılar Ukraynanı tək qoymayacaq.
Axar.az xəbər verir ki, bu sözləri İtaliyanın xarici işlər naziri Antonio Tajani “Politiko”ya müsahibəsində Rubio ilə söhbətindən danışarkən deyib.
Tajani qeyd edib ki, Avropa Donald Trampla ticarət müharibəsindən qaçmaq üçün ABŞ-dan daha çox şey almalı, həmçinin müdafiə büdcələrini artırmalı və iqtisadiyyatı gücləndirməlidir:
“Biz daha güclü olmaq və bank ittifaqını, vahid enerji bazarını, fiskal uyğunlaşmanı, Avropa müdafiəsini tamamlamaq yolunu sürətləndirməliyik. Avropa təkcə qaydalar qoymaqda güclü olmamalıdır, siyasi və iqtisadi cəhətdən də güclənməlidir”.