Son xəbərlər

 

Xəbər verdiyimiz kimi, “Qarabağ” Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə “Zirə”yə 2:3 hesabı ilə məğlub olub.

 

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Zirə”ni, Rəşad Sadıqovu təbrik edirəm. Çox yaxşı, baxımlı oyun oldu. Nəsə işlərimiz düz getmir. Amma mən bunu normal qarşılayıram. Biz geri dönəcəyik. Komandanı hər oyuna tam istədiyimiz kimi hazırlaya bilmirik. 3-4 gündən bir oyunlarımız olur. Bəzi futbolçular çoxdandır oynamırdı, bu gün 90 dəqiqə meydanda oldular. Səhvlərimiz var. Bunu danmırıq. “Zirə” layiqli qələbə qazandı. Qarşıdakı oyunlara hazırlaşacağıq.

- Bu gün beş əvəzetmə etdiniz. Oyunun gedişatı sizi qane etmirdi?

- Həm oyunun gedişatına görə idi, həm də bəzi oyunçuların hazırlığı istədiyimiz səviyyədə deyil. Bu gün əslində Benzia ilə Zubiri meydana buraxmaq istəməzdim. Onların istirahətə daha çox ehtiyacı var. Futbolda belə hallar olur.

- “Qarabağ”ın ard-arda bu qədər məğlubiyyətlərini xatırlamırıq. Bunun səbəbi nədir?

- Çatışmayan cəhətlər var, yəqin səhvlərimiz çoxdur. İnşallah qayıdacağıq.

- Benzianın ayrılacağı ilə bağlı xəbərlər var. Bunlar nə dərəcədə realdır?

- Doğru deyil, Benzia komandadadır.

24 Mart 2025 Millimiz Fransadan 0:10 hesablı məğlubiyyətin əvəzini çıxacaq...
24 Mart 2025 Ərdoğan millinin futbolçularını belə təbrik etdi
17 Fevral 2025 "Qarabağ"dan gedə bilərəm, əgər... - Cəfərquliyev
12 Fevral 2025 “Neftçi” azarkeşlərinə görə cərimələndi
06 Fevral 2025 "Fənərbağça" Türkiyə Kubokunda qələbə qazandı
20 Yanvar 2025 "Mançester" 131 ildən sonra antirekordunu təkrarladı
20 Yanvar 2025 Həbib Qəzzadakı atəşkəsdən yazdı: Allah səbir versin!
14 Yanvar 2025 "Neftçi" yaponiyalı futbolçunu transfer etdi
13 Yanvar 2025 "Mançester" 10 nəfərlə "Arsenal"a qalib gəldi
09 Yanvar 2025 Juninyonun gedişi... - Qurbanovdan açıqlama
08 Yanvar 2025 Atası Vüqarın yanında dəfn olunacaq
08 Yanvar 2025 Vüqar Həşimovun atası vəfat etdi - FOTO
17 Dekabr 2024 Mixail Mudrik futboldan uzaqlaşdırıldı
11 Dekabr 2024 "Qarabağ"la oyunda şansımız yüksəkdir - Hilyemark
09 Dekabr 2024 “Bu bəladır, ya da nədir, bilmirəm” - Samir Abasov
07 Dekabr 2024 Lekler cəzalandırıldı
07 Dekabr 2024 Vinisius “Real”dan gedir
06 Dekabr 2024 “Qalatasaray” TFF prezidentini istefaya çağırdı
05 Dekabr 2024 "Qarabağ"ın bu futbolçuları sıradan çıxdı
05 Dekabr 2024 Mənsimov bu məşhur klubun prezidenti ola bilər
04 Dekabr 2024 Qvaramiya həbs olundu - Video
04 Dekabr 2024 Taysonla döyüşdən sonra boksdan getdiyini açıqladı
02 Dekabr 2024 İdmançımız fransalı rəqibini nokauta saldı - Video
29 Noyabr 2024 Benzianın qolu “Puşkaş”a namizəd oldu - Video
29 Noyabr 2024 “Ceko, sənin sol ayağını öpüm” - Video
28 Noyabr 2024 “Traktor” Qətər klubu ilə qarşılaşdı, növbəti mərhələyə keçdi
28 Noyabr 2024 Luis Suaresdən yeni müqavilə
28 Noyabr 2024 Acun İlıcalı onu qovdu
27 Noyabr 2024 Avrokubokların oyunları bu kanallarda
25 Noyabr 2024 Ançelottidən Arda ilə bağlı açıqlama