Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda silahlı insidentdə təqsirləndirilən İlqar Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ. Həsənov hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib.
Onun barəsində tibbi xarakterli məcburi müalicə təyin edilib və müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Qeyd edək ki, hadisə silahlı insident 2018-ci il iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini, kriminal aləmdə “Şahin” kimi tanınan Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.
Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən İlqar Həsənov saxlanılıb.
Bundan başa “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənovun evində axtarış aparılıb. Axtarış zamanı “Şahin”in evində xeyli sayda silah-sursat aşkarlanıb.
Polis tərəfindən Ş. Həsənov və S. Həsənov da saxlanılıb. Saxlanılanlardan İlqar Həsənovun cinayət işinin istintaqı ayrı icraatda aparılıb.
Ona Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib. /BakuPost
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə koronovirusla bağlı səs yayan şəxslə bağlı məlumat yayıb.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov bildirib ki, vatsap şəbəkəsində səsi yayılan şəxsin həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Nazirlik rəsmisi cəmiyyətdə koronavirusla bağlı həqiqətə uyğun olmayan şəxslərə qarşı tədbirlərin görüldüyünü də əlavə edib.
Qeyd edək ki, son günlərdə dünya ölkələrində, eləcə də qonşu İranda koronavirusa yoluxanların sayı xeyli artıb. (publika.az)
“Azərbaycanda koronavirus yayılıb” xəbərini yayan şəxs müəyyənləşib.
Haqqın.az xəbər verir ki, xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib. Ona məsuliyyəti xatırladılaraq xəbərdarlıq edilib və sərbəst buraxılıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətmişdir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 24 fevral tarixində saat 07:00 radələrində ER silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınmış, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanmış, digər hərbi qulluqçusu öldürülmüşdür.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olmuşdur. /yeniavaz.com/
"Ölkə.Az" oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı Orxan adlı sürücü avtomobildə yanaraq ölüb.
Qəza yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğın söndürülüb.
Hadisə yerindən çəkilən görüntüləri təqdim edirik:
Report xəbər verir ki, hadisə Qobu qəsəbəsinə yaxın ərazidə qeydə alınıb.
İlkin məlumata görə, ərazidəki obyektlərdən birində yanğın başlayıb. Yanğın uzaq məsafədən də diqqəti cəlb edir.
Hadisənin hansı obyektdə baş verdiyi dəqiqləşdirilir.
Məlumatda sosial şəbəkələrdə koronovirsa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısının həqiqəti əks etdirmədiyi bildirilir.
Məlumatın həqiqətə uyğun olmamasını Mərkəzi Klinik Xəstəxananın rəhbərliyi də təsdiqləyib.
Qeyd edək ki, ölkəyə daxil olan şəxslərdə virus təhlükəsi olduqda onlar xüsusi ayırılmış dövlət tibb müəssisələrinə yerləşdirilir. Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşları yalnız rəsmi məlumatlara inanmağa çağırır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 9-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq.
Fevralın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.