Son xəbərlər

 

Bank sektorunda ən çox müzakirə edilən məsələlərdən biri də kredit faizləri ilə bağlıdır.

Son illər kredit faizlərinin aşağı düşəcəyi gözləntiləri olsa da əksinə kredit faizlərində artımlar qeydə alınmaqdadır. Monitorinqlər göstərir ki, banklarda, xüsusən də sistem əhəmiyyətli banklarda istehlak kreditlərinin faizlərində hiss edilən artımlar var. Kredit faizlərindəki artımı Mərkəzi Bankın rəsmi göstəriciləri də təsdiq edir.

Axar.az xəbər verir ki, bu sözləri deputat, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

"Mərkəzi Bankın məlumatına görə, banklar 2023-cü ilin yanvarına 19 milyard 594 milyon manat kredit portfeli ilə daxil olublar. O zaman Mərkəzi Bank ölkə üzrə orta kredit faizinin 12.27 faiz olduğunu açıqlayıb. 1 il sonra Mərkəzi Bank ölkə üzrə kredit portfelinin 23 milyard 182 milyon manat olduğunu, faiz dərəcəsinin isə cüzi olsa da artaraq 12.58 faizə çatdığını bəyan edib. Nəhayət, bu il yanvarın 1-ə olan məlumata görə, kredit portfeli 27 milyard 477 milyon manata çatsa da kredit faizləri də yüksələrək 13.19 faiz olub. Göründüyü kimi, son 2 ildə ölkə üzrə orta kredit faizi 12.27 faizdən 13.19 faizədək yüksəlib. Nəzərə almaq lazımdır ki, ölkə üzrə orta kredit faizlərinə ipoteka və real sektordakı digər güzəştli kreditlər üzrə faizlər təsir göstərir. Reallıqda isə, istehlak kreditləri üzrə faizlər ölkə üzrə orta faizdən xeyili yüksəkdir.

Kredit faizlərinin yüksəlməsi daha çox bankların cəlb etdiyi vəsaitlərin nisbətən bahalaşması ilə əlaqədardır. Son bir ildə system əhəmiyyətli banklarda depozit faizlərinin yüksəlməsi bankların bahalı vəsaitlər cəlb etməsinə səbəb olub. Bu eyni zamanda kredit faizlərinə də təsirsiz ötüşməyib. Kapital bazarındakı faiz dərəcələri də kredit faizlərinə təsir edən faktorlardandır.

Bu kontekstdən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin optimallaşdırılması ilə bağlı tədbirlər ilə yanaşı, bankların daha ucuz resurslara çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünki, kredit faizlərinin yüksəlməsi əhalinin daha bahalı borclanması ilə yanaşı, real sektorda da izafi xərcləri artırır", o bildirib.

03 Fevral 2025 Suriya bizim üçün mənəvi vətəndir - Deputat
03 Fevral 2025 Sosial müavinətlərlə də bağlı qərar veriləcək - Deputat
03 Fevral 2025 İranda qadın çılpaq halda polisə etiraz etdi - Video
03 Fevral 2025 Panama geri çəkildi, Çinin layihəsindən imtina edir
03 Fevral 2025 MM-də təklif: Həkimlərin reklamına qadağa qoyulsun!
03 Fevral 2025 Onların azadlığa çıxması vacib məsələlərdəndir - Deputat
03 Fevral 2025 Tramp bağladı, Ukraynada qeyri-rəsmi matəmdir - Markov
03 Fevral 2025 Bu rayonlarda 12 dərəcə şaxta oldu
03 Fevral 2025 Portağal və naringidə elə maddə tapıldı ki...
03 Fevral 2025 Ölənlər çoxdur, Kim Çen çətin vəziyyətə düşüb
02 Fevral 2025 Vəfa Şərifova "Sevil" operasından "Dilbərin ariyası"nı niyə ifa etdi,ardı olacaqmı?
01 Fevral 2025 Azərbaycanda "Nimesil"in satışı qadağan edilib? - KİV
01 Fevral 2025 Bu tarixdən temperatur enəcək: Güclü külək, yağıntı...
01 Fevral 2025 Görürdən xəbərdarlıq: Əsl fəlakət onda olacaq!
01 Fevral 2025 Bu ölkələr 1 fevral tariflərindən yayına bilməyəcək
01 Fevral 2025 Öcalan çağırış edəcək – Bu tarixdə
30 Yanvar 2025 Geri çağrılan "Lay's" çipsləri ölkəmizə də gətirilibmi?
30 Yanvar 2025 Azərbaycan-İsrail əlaqələri müzakirə edildi
30 Yanvar 2025 Türkiyənin Afrikaya ixracı rekord məbləğə qalxdı
30 Yanvar 2025 Fransa və Almaniyanın Azərbaycana qarşı “söyüş legionerləri”...
30 Yanvar 2025 "GTA VI"nın buraxılış tarixi internetə sızdı
30 Yanvar 2025 12 yaşlı məktəbli elektron siqaretdən öldü
30 Yanvar 2025 Azərbaycanda tanınmış ekspert həbs edildi
30 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi labüddür”
30 Yanvar 2025 Ukrayna torpaq, AB qaz hayında: mətnə əlavə edildi
30 Yanvar 2025 Trampın planı bəlli oldu: Türkiyəyə İsraillə bağlı şərt...
30 Yanvar 2025 Bakı və İrəvana yardıma hazırıq: İşğalçı Rusiya...
30 Yanvar 2025 Azərbaycan XİN ABŞ-a başsağlığı verdi
30 Yanvar 2025 Paşinyan Trampla şəkil çəkdirmək üçün... - KİV
30 Yanvar 2025 Novruzda 11 gün qeyri-iş günü olacaq: əlavə 2 gün də...