Son xəbərlər

 
Vəfa Şərifova "Sevil" operasından "Dilbərin ariyası"nı niyə ifa etdi,ardı olacaqmı?
Vəfa Şərifova "Sevil" operasından "Dilbərin ariyası"nı niyə ifa etdi,ardı olacaqmı? 

Sir deyil ki, son illər bir çox şou-biznes adamları qalmaqallarla, intriqalarla gündəmə gəliblər.

Bununla da şüuraltı ölkə vətəndaşların dərk etməsində mənfi və ya müsbət mənada özlərinə yer ediblər, tanınıblar. Belə nümunələr saysız-hesabsızdır. Müğənnilər arasında illərlə davam edən küsülülüklər,bir-birindən mətbuata kompromatların ötürülməsi kimi ziddiyyətli məqamlar yüzlərlədir.Elə Azərbaycan xalqı da nəticə etibarı ilə belə mövzulara diqqət yetirməklə,səs-küylü verlişlərə baxmaqla,gün keçirib,heç nə əldə etməyib. 

Məsələn,müğənnilər Vəfa Şərifova və Şəbnəm Tovuzlu arasında efirlərdən səsləndirilən,saytların yazdığı fikirlər sonradan "müharibə" vəziyyətinə qədər yüksələn qarşılıqlı ittihamlarla əvəzlənib, mətbuat səhifələrinə daşınmaqla,hər iki ifaçını Azərbaycanda az qala 90 faiz kəsimin "sakini" edib.Məlum baş vermiş umu-küsülüklər məzmun etibarı ilə zövqlərə hakim kəsilsə də Azərbaycan ailələri üçün müsbət məna kəsb etməyib.O cümlədən instaqram səhifələrində tərəflərə aid xəbərlər baxış sayına görə ölkəmizdə fəaliyyət göstərən saytlardakı məlumatlandıran, marifləndirən, islah edən istənilən xəbərdən yüz dəfə artıq baxış sayına malik olub,diqqət çəkib, müzakirə obyektinə çevrilib.

 

Amma bu dəfə instaqram səhifələrini bəzəyən, saytların tirajladığı,efirlərlərdə gedən fikir fərqli idi.Vəfa Şərifova "Sevil" operasından "Dilbərin ariyası"nı ifa edə bilmişdi. Sonrakı günlərdə Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu buna münasibət bildirsə belə,vokal müəllimi İntiqam Kərimov sərt açıqlaması ilə hardasa şou-biznes adamlarına sənət mənasında müzakirə ediləcək mövzudan kənara çıxmamalarını  diqtə edə bildi.Yəni artıq bu dəfə müzakirə məişət səviyyəsindən çox-çox uzaq Vəfa Şərifovanın "Sevil" operasından "Dilbərin ariyası"nı uğurla ifa edib-etməməsindən gedirdi.Həmin atmosferi yaxşı mənada bir çox şou-biznes adamları üçün ilkin başlanğıc kimi də xarakterizə etmək mümkün idi.

 

Düzdür, Vəfa Şərifovanın “Sevil” operasından "Dilbərin ariyası"nı ifa edəcəyini təxmin etmək olardı.Çünki, bir müddət əvvəl "Tarixin bir günü" verilişində qonaq olan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimov müğənni Vəfa Şərifova haqda diqqətçəkən açıqlamalar vermişdi. "Vəfa Şərifova hazırlıq üçün mənim yanıma gələndə 17 yaşı var idi.Mənim yanımdan ayrılanda 2 oktava 2 not səsi var idi.Bununla istənilən ariyanı oxumaq olar.Yenidən hazırlığa başlasaq,ona "Sevil" operasından "Ediliyanın ariyası"nı oxudacağam.Bunun üçün Vəfaya 2 ay vaxt lazımdır,"-İntiqam Kərimov qeyd etmişdi.

    

Vəfa Şərifova “Sevil” operasından "Dilbərin ariyası"nı niyə ifa etdi,ardı olacaqmı?

Hardasa məlum açıqlama özündə müəyyən fikirləri ehtiva edirdi.Vəfa Şərifova hardasa uzun müddət davam edən münaqişəli vəziyyətdən çıxmaq,ona qarşı mənfi mənada fokuslananları  təəccübləndirmək, "Vəfanın təmiz səsi yoxdur, " və s. haqqında  səsləndirilən,yazılan fikirlər üçün nəsə etməli,əsl müğənni təsiri bağışlamalı idi. 

Lakin, "Dilbərin ariyası"nı necə ifa edəcəyi, bunun onda alına biləcəyi isə zamana buraxılmış mövzu olaraq qalırdı. Hərçənd keçdiyimiz günlərdə vokal müəllimi İntiqam Kərimovun solo konsertində qonaq qismində iştirak edən müğənni səhnədə çıxış edərək, "Dilbərin ariyası"nı ifa edə bildi.Sirr deyil ki,Vəfa Şərifovanın özünəməxsus olmayan janrda ifası xüsusi olaraq, tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

 

Beləliklə,Vəfa Şərifova "səsi yoxdur" deyənlərə və bu istiqamətdə onun əlehdarları üçün səs diapozonunu nümayiş etdirmiş oldu. Digər tərəfdən, böyük səhnələrə çıxmaq iqtidarında olduğunu,toy mahnılarından başqa daha hansı ifa mədəniyyətinə və səsə qadir olduğunu o gün özünü təsdiqlə nümayiş etdirdi. Təbii ki, burada Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi İntiqam Kərimovun müstəsna xidmətini qeyd etməmək yersiz olardı.Amma "quyuya su tökməklə,quyu dolmaz" atalar misalının timsalında Vəfa Şərifovaya bəraət qazandırmamaq bu mənada ədalətsiz görünərdi.

Göründüyü kimi, müğənni Vəfa Şərifova “Sevil” operasından "Dilbərin ariyası"nı ifa etməklə boy verib görsəndi, istər məcburiyyətdən,istərsədə zərurətdən özünü ilk əvvəl rəqabət mühitində olduğu şəxslərə təqdim edə bildi,gündəmə gəldi. Bu özünü təsdiq, ona hər an tənqidi yanaşmaq üçün fürsət gözləyənlərə zaman buraxmadı. Tarazlığını saxlamaq üçün üzərində çalışdı,bu yolda prinsipiallığı ona əlavə divident gətirdi.Belə anlaşılır ki,Vəfa Şərifova "Dilbərin ariyası" ilə kifayətlənməyəcək,ardı olacaq.

 
01 Fevral 2025 Azərbaycanda "Nimesil"in satışı qadağan edilib? - KİV
01 Fevral 2025 Bu tarixdən temperatur enəcək: Güclü külək, yağıntı...
01 Fevral 2025 Görürdən xəbərdarlıq: Əsl fəlakət onda olacaq!
01 Fevral 2025 Bu ölkələr 1 fevral tariflərindən yayına bilməyəcək
01 Fevral 2025 Öcalan çağırış edəcək – Bu tarixdə
30 Yanvar 2025 Geri çağrılan "Lay's" çipsləri ölkəmizə də gətirilibmi?
30 Yanvar 2025 Azərbaycan-İsrail əlaqələri müzakirə edildi
30 Yanvar 2025 Türkiyənin Afrikaya ixracı rekord məbləğə qalxdı
30 Yanvar 2025 Fransa və Almaniyanın Azərbaycana qarşı “söyüş legionerləri”...
30 Yanvar 2025 "GTA VI"nın buraxılış tarixi internetə sızdı
30 Yanvar 2025 12 yaşlı məktəbli elektron siqaretdən öldü
30 Yanvar 2025 Azərbaycanda tanınmış ekspert həbs edildi
30 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanda yol-nəqliyyat infrastukturunun yenilənməsi labüddür”
30 Yanvar 2025 Ukrayna torpaq, AB qaz hayında: mətnə əlavə edildi
30 Yanvar 2025 Trampın planı bəlli oldu: Türkiyəyə İsraillə bağlı şərt...
30 Yanvar 2025 Bakı və İrəvana yardıma hazırıq: İşğalçı Rusiya...
30 Yanvar 2025 Azərbaycan XİN ABŞ-a başsağlığı verdi
30 Yanvar 2025 Paşinyan Trampla şəkil çəkdirmək üçün... - KİV
30 Yanvar 2025 Novruzda 11 gün qeyri-iş günü olacaq: əlavə 2 gün də...
30 Yanvar 2025 Cənubi Qafqazda gərginliyi onlar qızışdırır – KTMT
30 Yanvar 2025 Əliyevdən Trampa: Bu xəbər bizi kədərləndirdi
30 Yanvar 2025 Quran yandıranlardan biri güllələndi
30 Yanvar 2025 Sülh yenə sual altına düşdü: İrəvanın məqsədi nədir?
30 Yanvar 2025 İndi top Rusiyanın meydanındadır - Stubb
30 Yanvar 2025 Kadırov niyə görünmür? - Nazir açıqladı
30 Yanvar 2025 Trampın Putinə sərt sözlərinə qapılmayın, səhərisi... - Kuleba
30 Yanvar 2025 Nazir getdi, nazirlik də ləğv olunur?
30 Yanvar 2025 Bağırov onların 3 aydır gecikən maaşını, nəhayət ki, verdi
29 Yanvar 2025 Kliçkodan Zelenskiyə: Ətrafınız siyasi intriqa ilə məşğuldur!
29 Yanvar 2025 Tramp bu ərazini ələ keçirmək istəyir, AB şokda... - KİV