Trend məlumatına görə, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.
Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu, yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 6-8 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 12-də hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 12-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı Kürdəmir Rayon Xəstəxanasının baş həkimi cəzalandırılıb:
“Baş həkim Eynulla Novruzov TƏBİB-ə dəvət edilib, izahatı alınıb. O, izahatında qeyd edib ki, hava şəraitinin pis olmasına görə kollektivin xahişi ilə təcili tibbi yardım avtomobili ayrılmasına icazə verib ki, işçiləri səsverməyə aparsın. E.Novruzov bu hərəkətinə görə ciddi cəzalandırılıb”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) fevralın 9-da Milli Məclisə növbədənkənar keçirilən seçkilər zamanı Kürdəmirdə təcili tibbi yardım maşını ilə seçkilərə adam daşınması məsələsinə münasibət bildirib.Erməni hərbi birləşmələri Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı alayın silah və texnikasının, habelə orada xidmət edən erməni və rus hərbçilərin köməyi ilə fevralın 9-dan etibarən Malıbəyli və Quşçular kəndləri üzərinə hücuma keçib.
Üç gün davam edən qeyri-bərabər döyüşdən sonra 1992-ci il fevralın 11-də hər iki kənd işğal edilib. Kəndlər yandırılıb, yaşayış evləri, məktəblər, uşaq bağçaları, xəstəxanalar, məişət evləri, inzibati binalar, mədəniyyət abidələri, təsərrüfat obyektləri məhv edilib. İşğal nəticəsində iki kəndin 30-dək dinc sakini qətlə yetirilib, əsir götürülüb, yüzlərlə sakin yaralanıb.
Qalan əhali qarlı, şaxtalı havada bir neçə kilometr dağ yolunu və erməni postlarını çətinliklə keçərək Ağdam rayonuna gələ bilib.
APA məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Rayon ərazisindəki küçələrdən birində təxminən 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Onun gecə küçədə soyuqdan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bu barədə Report-a onun yaxınları məlumat verib.
Baku.ws verdiyi məlumata görə, hadisə rayonun Ələsgərli kəndində baş verib.
Üç otaqlı, bir mərtəbəli evin yanması nəticəsində bir qadın yanaraq ölüb, iki nəfər - 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Hazırda Şəmkir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Hadisənin nə səbəbdən baş verdiyi bilinməsə də, ilkin ehtimal kimi qaz sızması göstərilir.
APA xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Belə ki, Cahangir Hacıyevin 16 il 6 ay həbs cəzasından 3 ay azaldılıb və üzərində qəti olaraq 16 il 3 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Digərlərinin isə cəzası dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Digər təqsirləndirilən şəxslər - Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilib. C.Hacıyev mənimsəmə və israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma və digər əməlləri törətməkdə təqsirli bilinib.
Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, bundan əvvəl də C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib. Sentyabr ayında Nizami Rayon Məhkəməsi İ.Hidayət-zadənin cəzasının qalan hissəsinin şərti hesab edilərək azadlığa buraxılması barədə qərar verib.
Cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası fevralın 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Qəsəbə ərazisində "Azercell Telecom" MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Qanlı hadisəni törətməkdə şübhəli bilinən Alim Abışov polis əməkdaşları tərəfindən saxlanılıb.
“101 saylı Göygöl-Daşkəsən seçki dairəsində ölən müşahidəçi Sübhan Hacıyev deputatlığa namizəd Mövsüm Aslanovun yaxın qohumu və vəkili olub”.
Bu barədə Modern.az-a jurnalist Aida Eyvazlı məlumat verib.
A.Eyvazlı bildirib ki, seçki mübarizəsini hələlik yarıda dayandırıblar:
“Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində bülletenlərin sayılma prosesində Sübhan Hacıyev ürək çatışmazlığından vəfat etdi. Ona görə bütün seçki məntəqələrindən müşahidəçilərimizi təcili geri çağırdıq. Bizdə olan məlumata görə, seçki məntəqəsinin əməkdaşları ilə mübahisə zəminində Sübhan Hacıyevin səhhətində ağırlaşma baş verib və bundan bir neçə dəqiqə sonra o həyatını itirib. Hazırda dövlət və hüquq mühafizə orqanları ilə birgə faktların araşdırılması ilə məşğuluq. Bu məsələnin araşdırılması üçün əlimizdən gələni sonuna qədər edəcəyik”.
“Allah Sübhan Hacıyevə rəhmət eləsin. Onun yaxınlarına və qohumlarına baş sağlığı veririrk. Bəzən heç bir mübarizə bir insan ömrünə dəyməzmiş”,- deyə jurnalist qeyd edib.